Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6777/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh “X1.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-693/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh “X1.” Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 deka br 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İş üzrə iddiaçılardan İddiaçı3, İddiaçı8, İddiaçı9, İddiaçı1, İddiaçı2, İddiaçı5 Anatolyeviç və İddiaçı6 02 iyun 2014-cü il tarixli əmək müqavilələri, İddiaçı11 12 avqust 2014-cü il tarixli, İddiaçı7 Əlimurat oğlu 03 sentyabr 2014-cü il tarixli və İddiaçı10 13 oktyabr 2014-cü il tarixli Əmək Müqavilələri əsasında cavabdeh “X2.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində mexanik vəzifələrində işləmiş və hazırda da orada işləməkdə davam edirlər. Əmək haqqına əlavələrin, normadan artıq işə görə əmək haqqının və məzuniyyət pulunun ödənilməməsi ilə əlaqədar tərəflər arasında mübahisə yaranmış, lakin mübahisənin danışıqlar yolu ilə-məhkəmədən kənar həlli baş tut mamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar X3 və qeyriləri (cəmi 10 nəfər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədikləri müddətdə dəniz əmsalına, susuzluq əmsalına, qısaldılmış iş vaxtlarına, gecə saatlarında işə görə və istifadə edilməmiş məzuniyyət günlərinə görə onlara əmək haqqının ödənilməməsini əsas göstərməklə həmin əmək haqlarının cavabdehdən onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-19/2020 saylı, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Ə.Süleymanova) iddia qismən təmin edilərək cavabdehdən iddiaçılar İddiaçı1 xeyrinə 24.696,50 manat, İddiaçı2 xeyrinə 21.378 manat, İddiaçı3 xeyrinə 10.786,20 manat, İddiaçı5 Anatolyeviçin xeyrinə 7.277,30 manat, İddiaçı6 xeyrinə 10.656 manat, İddiaçı7 xeyrinə 1.739 manat, İddiaçı8 xeyrinə 10.010 manat, İddiaçı9 xeyrinə 6542 manat, İddiaçı10 xeyrinə 880 manat və İddiaçı11 xeyrinə 4.458,70 manatın tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh apellyasiya şikayəti verərək iddiaçılarla bağlanmış əmək müqavilələrində dəniz əmsalına, susuzluğa, gecə saatlarında görülən işə, əlavə məzuniyyət günlərinə görə ödənclərin verilməsinin əmək müqavilələrində nəzərdə tutulmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını və s. əsas göstərməklə ləğv edilib iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçılardan İddiaçı3, İddiaçı8, İdd iaçı9, İddiaçı10 və İddiaçı11 iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi onlara münasibətdə ləğv edilmiş və onlara münasibətdə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-693/2021 saylı, 30 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2(009)-19/2020 saylı qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2 Oktay oğlu, İddiaçı5 Anatolyeviç, İddiaçı6 və İddiaçı7 Əlimurat oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh kassasiya şikayəti verərək, məhkəmənin iddiaçılara ödənilmiş əlavə ödəncləri düzgün olmayaraq mükafat kimi qiymətləndirməsini, iddia olunan ödənclərin əmək haqqına əlavə kimi müqavilələrdə nəzərdə tutulmasını və bunun qanuna zidd olmamasını, qətnamənin işin həmin hallarına və sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cava bdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 159 Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci madd əsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə yaradan məsələyə aydınlıq gətirilməsi üçün bir neçə dəfə ekspertiza təyin olunmuş və bununla əlaqədar müxtəlif rəylər alınmışdır. Lakin məhkəmə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli ekspert rəyini daha mötəbər sübut kimi qəbul edərək həmin rəyin əsasında iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir. Həmin rəyə görə iddiaçılardan İddiaçı1 24.696,50 manat məbləğində, İddiaçı2 Oktay oğluna 23.617,20 manat, İddiaçı5 Anatolyeviçə 7.277,30 manat, İddiaçı6 10.656 manat, İddiaçı7 Əlimurat oğluna 1.739 manat məbləğində əlavə əmək haqları ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə gör ə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçılara dəniz əmsalına görə ödənilməli olan 75 faiz əlavə cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbi ilə razılaşmasa da apellyasiya instansiyası məhkəməsi iddianı qismən əsaslı saymış və bu zaman gəldiyi nəticəni işdə olan sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tut araq kollegiya QƏRARA ALDİ: Cavabdeh “X1.” Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-693/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6777/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6777/2021
01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver