Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6778/2022 23.12.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-255/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-255/2022 n ömrəli, 10 may 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-255/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə 2(104)-255/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizə və kassasiya şikayəti daxil olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-255/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)255/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə 2(104)255/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti daxil olmuş və kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 2(104)-255/2022 nömrəli iş üzrə 10 may 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin qaytarılması barədə 8 avqust 2022-ci il tarixli qərardad qəbul olunduqdan sonra həmin qərardaddan kassasiya şikayəti verməmiş, əvəzində xx.xx.2022-ci il tarixdə 2(104)-255/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixli qərardadla ərizə və kassasya şikayəti geri qaytarıldıqdan sonra xx.xx.2022-ci il tarixdə 8 avqust 2022-ci il tarixli qərardaddan kassasiya şikayəti verməklə qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının 8 avqust 2022-ci il tarix li qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürüb-ötürmədiyini aydınlaşdırmalı olduğu halda bu halı aydınlaşdırmadan və bu məsələyə hüquqi qiymət vermədən şikayəti kassasiya məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 405.0.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. MPM-in 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya ş ikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı şikayətə kassasiya qaydasında baxılmaq üçün əsaslar olmadığından, kassasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405, 408.1.4, 404-1.2, 409-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)255/2022 nömrəli iş üzrə 8 avqust 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6778/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6778/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver