Məhkəmə qərarları › İş №2(102)-678/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-678/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-678/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinovaya, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-678/22 (Açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinovaya qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7148/2021 saylı, 31.08.2021-ci il tarixli qətnaməsindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə bir icraatda birləşdirilmiş mülki işlərə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış KM 02 saylı, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə göt ürmüşdür. Həmin müqaviləyə əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh1 15.000 ABŞ dolları məbləğində əsas bоrc və 3.600 ABŞ dolları faiz məbləği оlmaqla hər ay 300 ABŞ dolları оlmaqla banka 18.600 ABŞ dolları məbləğini 24 yanvar 2016-cı il tarixdən 24 dekabr 2016-cı il tarixə kimi ödəməli idi.

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 KM 02 saylı, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

3. İddiaçı LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş **********453 saylı, 09 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 KM 02 saylı, 24 dekabr 2015-ci il tarixli k redit müqaviləsi üzrə 04 oktyabr 2019-cu il tarixə LPO İddiaçı ASC-yə 13.817,90 ABŞ dolları əsas, 3.367,17 ABŞ dolları faiz, 4.147,44 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 1.903,80 ABŞ dolları faiz, cəmi 23.236,31 ABŞ dolları borcu vardır.

4. Atrabank” ASC ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, 14 noyabr 2014-cü il tarixli İstehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 01 saylı, 27 noyabr 2015-ci il tarixli əlavədən görünür ki, İddiaçı ASC Cavabdeh1 illik 24 faiz dərəcəsi olmaqla 12 ay müddətinə verilmiş 15.000 ABŞ dolları məbləğində kreditinn qalıq 14.100,45 ABŞ dolları kredit borcunun ödənilməsi müddəti 14 noyabr 2016-cı il tarixə kimi uzadılmışdır.

5. İddiaçı LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş **********453 saylı, 09 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İKM 01 saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 04 oktyabr 2019-cu il tarixə LPO İddiaçı ASC-yə 4.241,43 ABŞ dolları əsas, 122,74 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 613,60 ABŞ dolları faiz, cəmi 4.977,77 ABŞ dolları borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanmas ı Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinovaya qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.817,90 (on üç min altı yüz on yeddi dollar doxsan sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 24.12.2016cı il tarixinə 3.367,17 (üç min üç yüz altmış yeddi dollar on yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.903,80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 4.147,44 (dörd min yüz qırx yeddi dollar qırx dörd sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 23.236.31 (iyirm i üç min iki yüz otuz altı dollar otuz bir sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bundan başqa, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.11.2014-cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə Cavabdeh1 4.41,43 (dörd min iki yüz qırx bir dollar qırx üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 14.11.2016-cı il tarixinə 0 (sıfır) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 613,60 (altı yüz on üç dollar altmış sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 122,74 (yüz iyirmi iki dollar yetmiş dörd sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 4.977,77 (dörd min doqquz yüz yetmiş yeddi dollar yetmiş yeddi sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(005)4983/2019 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli, 2(005)4983/2019 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2020-ci il tarixli ekspert rəyin ə əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24.12.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan kredit borcunu müəyyən etmək mümkün olmamışdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2(005)373/2020 nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2021-ci il tarixli ekspert rəyinə əsasən, 24.12.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə 24.12.2016-cı il tarixə Cavabdeh1 İddiaçı ASC-nə borcu 18.327,18 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, əsas kredit borcu 15.000 ABŞ dolları, faiz borcu 3327,17 ABŞ dolları. İş materiallarında olan hesabdan çıxarış məlumatl arından göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə 24.12.2016-cı il tarixdən 05.12.2018-ci il tarixədək olan müddətdə 5123,39 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş nəzərə alındıqda Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 13.203,78 ABŞ dolları məbləğində müəyyən edilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə aparılmış 4030,88 ABŞ dolları məbləğində artıq ödənişin tərəflər arasında rəsmiləşdirilmiş 24 dekabr 2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə yaranmış 13.203,78 ABŞ dolları məbləğində borcdan silinməsinə yönəldiyi təqdirdə borcalan Cavabdeh1 24 dekabr 2015ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə olan borcu 9172,29 ABŞ dolları məbləğində müəyyən edilir. 14 noyabr 2014-cü il tarixli İKM 01 saylı kredit müqaviləsinin və kredit müqaviləsinə əlavə edilmiş 27.11.2015-ci il tarixli 01 saylı əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla, 14.11.2016-cı il tarixə Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 17.011,29 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən, əsas kredit borcu 14100,45 ABŞ dolları, faiz borcu 2910,84 ABŞ dolları. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə 14.11.2016-cı il tarixdən 26.09.2019-cu il tarixədək olan müddətdə 21042,17 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş nəzərə alındıqda Cavabdeh1 İddiaçı ASC-nə olan borcu müəyyən edilmir. 4030,88 ABŞ dolları məbləğində artıq ödənişin aparıldığı müəyyən edilir.

13. Bakı şəhəri Nərimanov Rayon M əhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 24.12.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə 13.203,78 ABŞ dolları əsas borcun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.903,80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə olmaqla cəmi 16.107,58 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 qarşı “14.11.2014- cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edi lmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 29.10.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə ekspert rəyində qeyd olunanlara əsasən hesab etmişdir ki, 24.12.2015-ci il tarixli KM 02 saylı müqavilə üzrə Cavabdeh1 13203 ABŞ dolları əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1903.80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcu tutulmalı, 14.11.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə isə borc müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.

16. Məhkəmə hesab etmişdir ki, 24.12.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə 4147.44 (dörd min yüz qlrx yeddi dollar qırx dörd sent) ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 1000 ABŞ dollarına endirilməlidir.

17. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) 2(103)-7148/2021 nömrəli, 31.08.2021ci il tarixli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-77/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası Cavabdeh1 təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, müvafiq rəy alınmış və məhkəmə prosesində tədqiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini əsaslı hesab etmir. Bundan başqa, Cavabdeh1 apelyasiya şikayətində kredit müqavilələrinin “ABŞ” dolları ilə rəsmiləşdirildiyini, pulun isə AZN-lə verildiyini qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

20. Eyni z amanda, Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin ondan müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1.903,80 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimənin tutulması hissəsində düzgün nəticəyə gəlməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək da ha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri dəlillər əsassızdır və təmin edilə bilməz.

21. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elçin Abdullayevin və Cavabdeh1 apеlyasiya şikayətlərində sadaladıqları dəlillərini işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еtmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin faiz və borcu barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq birinci instansiya məhkəməsi 24.12.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra cavabdeh tərəfindən həyata keçirilən bütün ödənişlərin ilk növbədə faiz borcu üzrə silinməli olduğu nəticəsinə gəlməkdə haqlı olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, KM 02 saylı, 24.12.2015-ci il tarixli kredit müqaviləsi üzrə tələb olunan 4.147,44 ABŞ dolları dəbbə pulunun 1.000 ABŞ dolları həddində a zaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur.

23. Apellyasiya şikayətinin İKM 01 saylı, 14.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi ilə bağlı dəlilinə apellyasiya məhkəməsi münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/5879 saylı, 10 fevral 2021-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə 14.11,2016-cı il tarixdən 26.09.2019-cu il tarixədək olan müddətdə 21.042,17 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-nə müəyyən edilmir. Həmçinin, həmin ekspert rəydən göründüyü kimi, Cavabdeh1 14.11.2015-ci il tarixli İKM 01 saylı kredit müqavi ləsi üzrə 4.030.88 ABŞ dolları məbləğində artıq ödənişinin aparıldığı müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

25. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 qətnamədən kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.

27. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

30. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Maddə. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başq a, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

33. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

35. Maddə. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Maddə. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

37. Maddə.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

44. Maddə. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

45. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

46. Maddə

416. Kassasiya instansiyas ı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

49. Kassasiya şikayətlərində qeyd edilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmaqla, hər bir dəlilə ayrılıqda hüquqi qiymət verilmişdir.

50. İş üzrə gəlinən nəticə məhkəmə-mühasibatlıq ekspertizasının müvafiq rəyinə uyğun olaraq qanunvericiliyin tələbləri rəhbər tutulmaqla əsaslandırılmışdır.

51. Mülki Prosessual Məcəllənin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

52. Kassasiya kollegiyası həmin maddənin tələblərini rəhbər tutaraq hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə əsas verən hal mövcud deyildir. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Odur ki, aşağı instansiya məhkəmələri iddianı yalnız Cavabdeh1 aid hissədə 24.12.20 15-ci il tarixli kredit müqaviləsi üzrə təmin etməklə doğru nəticəyə gəlmişlər. Tərəflərin formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz.

55. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

57. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7148/2021 saylı, 31.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar