Məhkəmə qərarları › İş №2(102)-6787/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6787/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6787/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutumanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-434/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən Cavabd eh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC tərəfindən illik 20 faizlə 30000 manat məbləğində kredit almışdır. 03.07.2013-cü il tarixli 108.CL.03.07.13.00001/a saylı ipoteka müqaviləsi və həmin müqaviləyə 02.09.2014-cü il tarixli 1 saylı əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 02.09.2014-cü il tarixli 108.CL.020914.00001/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 30000 manat məbləğində alınmış krediti və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə öhdəlik götürmüş və zamin olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 16.10.2019-cu il tarixli 19/3592 saylı ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinə tutmanın ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fər di yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ərizə ilə müraciət etmişdir. 02.08.2019-cu il tarixli 19/0581 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 01.10.2019-cu il tarixli 19/3358 saylı bildirişin surətindən görünür ki, ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi barədə ipoteka qoyan Cavabdeh1 xəbərdarlıq edilmişdir. Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12.08.2014-cü i l tarixli № 9485 saylı arayışının surətindən görünür ki, Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Həmin evdə Cavabdeh2 və Cavabdeh4 yaşayırlar. 01.08.2019-cu il tarixli № 05/213 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 01.08.2019-cu il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 7405,12 manat əsas, 1352,84 manat faiz və 1344,75 manat cərimə olmaqla, cəmi 10102,71 manat borcu vardır. "xxxx" MMC-nin 03.06.2020-ci il tarixli № 17 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) bazar dəyəri 50000 manatdır. Keçirilmiş ekspertiza təd qiqatının dəyəri 200 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutumanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə) olmaqla, cəmi 10102,71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.m. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kre dit müqaviləsinə əsasən illik 20 faizlə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 03.07.2013-cü il tarixli 108.CL.030713.00001/a saylı ipoteka müqaviləsinə 02.09.2014-cü il tarixli 1 saylı əlavəyə əsasən, Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində mülkiyyətində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 47,5 kv.m. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, Cavabdeh3 ilə 108.CL.020914.00001/c saylı 02.09.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilmədiyindən, 01 avqust 2019-cu il tarixə onun banka 7405,12 manat əsas, 1352,84 ma nat faiz, 1344,75 manat artırılmış faiz (cərimə), cəmi 10102,71 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka qoyana bildiriş göndərilmiş, bildiriş reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Odur ki, iddiaçı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02.09.2014-cü il tarixli 108.LN.2106.020914.00001 saylı kredit müqaviləsi üzrə 7405,12 manat əsas, 1352,84 manat faiz, 1344,75 manat artırılmış faiz (cərimə) olmaqla, cəmi 10102,71 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus, Şamaxı şəhəri, M.Əliyev küçəsində olan, 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 4 7,5 kv.m. yaşayış, 55,5 kv.m. köməkçi sahədən ibarət 1 A nömrəli fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka əmlakının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Hümbətov, iş № 2(074)-131/2020) iddia qismən təm in edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 7405,12 manat əsas, 1352,84 manat faiz və 20 manat cərimə olmaqla, cəmi 8777,96 manat borcun tutulması, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, satışdan əldə edimiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması və həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 200 manat məbləğində ekspertiza xərci alınıb Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156(20A) 1933-cü məhəllə, VÖEN**********, h/h AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov filialı, kod 200093, VÖEN **********, S.W.İ.F.T. AİİBAZ2X m/h Az37NABZ******************** hesaba köçürülməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 30000 manat məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı üsulu kimi cavabdeh ipoteka qoyan Cavabdeh1 məxsus fərdi yaşayış evi iddia çının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 iddiaçı qarşısında olan öhdəliklərinin icrasına görə zamin olmuş və üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə 01.08.2019-cu il tarixə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 7405,12 manat əsas, 1352,84 manat faiz və 1344,75 manat cərimə olmaqla, cəmi 10102,71 manat borcu qalmışdır. Yaranmış borcu ödəməsi cavabdehlərə təklif edilmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. Həmçinin iddiaçı hazırkı iddia üzrə 30 manat dövlət dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş arayışdan məlum olur ki, ipoteka predmeti olan evdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 yaşayır. "xxxx" MMC ipoteka predmetinin bazar dəyərinin 50000 manat olduğunu müəyyən etmişdir. Məhkəmə, qeyd edilənləri və "xxxx" MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki hesabatla razılaşır və ipoteka predmetinin ilkin satış qiymətinin əmlakın bazar dəyərinə uyğun olaraq 50000 manat məbləğində müəyyən edilməsini ədalətli sayır. Məhkəmə iddianın 1344,75 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliklərinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehlərdən 1344,75 manat cərimə borcu əvəzinə 20 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Apellyasiya instansiyası məhkəməsin də icraat Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsinin qismən, tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsində ləğv olunması, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelly asiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, 8777,96 manat borca görə evin satılması düzgün deyildir. Həmin borcu 1 il müddətində ödəmək imkanı var. Qeyd edilən borca görə 50000 manat dəyərindəki evin satılması ağlabatan deyildir. Keçirilmiş ekspertizanın rəyi ilə də razı deyildir. Evin bazar dəyəri 110000 manat həddindədir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-434/2021) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(074)-131/2020 saylı qətnaməsi ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat müəyyə n edilməsi hissəsində dəyişdirilərək ipoteka predmetinin likvid dəyəri 45000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, qətnamənin mübahisələndirilən tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması, həmin evdə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin likvid dəyəri müəyyən edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun 45000 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntuların a yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)434/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və işi mahiyyəti üzrə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, evin qiymətləndirilməsi düzgün aparılmamışdır. Rəy 2 otaqlı evin sənədləri əsasında verilmişdir. Lakin əlavə olaraq həyətdə iki mərtəbəli tikili var, onun birinci mərtəbəsi 2 qarajdan, ikinci mərtəbəsi isə iki böyük otaq və hamamdan ibarətdir. Evin hazırkı dəyəri 110000 manat dəyərindədir. Evin qiymətləndirilməsi hazırkı vəziyyətə uyğun müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi evin ilkin satış qiymətini 50000 manat olaraq göstərmişdir. İddiaçı tərəf apellyas iya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 218.3-cü maddəsinin tələblərini pozaraq qətnaməni iddiaçının mübahisələndirmədiyi hissədə onun xeyrinə dəyişərək evin ilkin satış qiymətini 45000 manata endirmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi bir-biri ilə əlaqədar olmayan tələblərin bir icraatda birləşdirilməsini nəzərə almamışdır. Borc məbləği 8777,96 manat təşkil edir, həmin məbləğə münasibətə isə ipoteka predmetinin hərraca çıxarılması ədalətli deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsi r göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallard a, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəm ə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 477.0.-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2.-ci maddəsinə əsasən əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3.-cü maddəsinə əsasən kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardı qda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsa sən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlkin olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilən tələbin ipoteka predmeti olan Şamaxı şəhəri, M.Əliyev küçəsində yerləşən 1A saylı fərdi yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına 8777,96 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində evin boşaldılması, həmin evdə qeydi yyatda olan Cavabdeh2 və Cavabdeh4 yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olduğunu qeyd etsə də sonradan qətnamənin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməli olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmiş hissəsi ilə bağlı qeyd edir ki, ipoteka predmetinin dəyəri birinci instansiyası məhkəməsi tərəfindən 50000 manat həddində müəyyən olunmuş, məbləğ iddiaçı tərəfindən mübahisələndirilməmişdir. (ipoteka predmetinin dəyərinin daha artıq olması əsası ilə). Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, dəlilləri ipoteka predmetinin dəyərinin 50000 manatdan artıq olması və tələbi ipotekanın dəyərinin daha artıq mə bləğdə müəyyən olunması ilə bağlı olmuşdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin dəyərinin müəyyən olunması hissəsinə apellyasiya şikayətində irəli sürülmüş tələb həddində baxmalı olduğu halda cavabdehin irəli sürdüyü tələbindən kənara çıxaraq, müvafiq tələb olmadığı halda ipoteka predmetinin dəyərini daha aşağı həddə (likvid dəyər olaraq 45000 manat) müəyyən etmişdir. Məhkəmə kollegiyası isə apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini MPM-in 218.3-cü və 372.6-cı maddələrinin pozulması kimi qiymətləndirir. Odur ki, kassasiya şikayəti qismən təmin edilərək ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qətnamə ləğv edilməli və həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası digər mübahisələn dirilən hissələr üzrə isə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələr üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-434/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi “ipoteka predmeti nin ilkin satış qiymətinin 45000 manat müəyyən olunması” hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar