Məhkəmə qərarları › İş №2(102)-6796/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6796/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6796/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(106)1665/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin i nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İmişli Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(036)-2361/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 16741,25 manat məbləğində əsas borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı1 MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(106)-1665/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(036)-2361/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(106)-1665/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkə mələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh işin faktiki hallarına istinad etməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu zaman kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 81, 88, 217.1-ci maddələrinin dispozisiyaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, Ali Məhkəmənin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin bir s ıra qərarları sadalanmışdır. Lakin kassator qeyd olunan iş üzrə hansı maddi və prosessual hüquq normalarının pozulmasını, həmin pozuntuların nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(106)-1665/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar