Məhkəmə qərarları › İş №2(102)-6798/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6798/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6798/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-212/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh3 12 ay müddətinə illik istifadə dərəcəsi 26 faiz olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərinin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 28 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən banka cəmi 11.511,04 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun Cavabdeh3 və zaminlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 14 may 2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-460/2020 saylı, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.B.Əliyev) iddia qismən təmin edilərək borclu və zaminlərdən bankın xeyrinə müştərək qaydada cəmi 6.312.22 manat və 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək iş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı kredit müqaviləsi üzrə gecikdirilmiş faizlərin nəz ərə alınmamasını, əsas kredit, faiz və cərimə borclarının düzgün hesablanmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək məhkəmənin iş üzrə hərtərəfli araşdırma aparmamasını, eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla işə təkrar baxmasını əsas göstərərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-212/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və G.Q.Abbasov) apellyasiya şikayətləri qismən təmin edilərək Qəbələ Rayon Məh kəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(025)-460/2020 saylı qətnaməsi kredit müqaviləsi üzrə 1052.63 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 612.14 manat müəyyən olunmuş və cavabdehlərdən bankın xeyrinə cəmi 5921,67 manat tutulması qət edilmiş, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh3 kassasiya şikayəti verərək məhkəmənin işə onların iştirakı olmadan baxmaqla çəkişmə prinsipinin tələblərini pozmasını, onun tərəfindən ödənilmiş kreditin məbləğinin müəyyən olunmamasını, müqavilənin müddətinin bitdikdən 2 il sonra məhkəməyə müraciət olunmaqla həmin müddət ü çün faizlərin hesablanmasını, ümumiyyətlə hazırkı günə kimi onun tərəfindən banka 10.000 manatdan çox ödəniş edilməsini, lakin qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mü mkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM -nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan s onra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh3 bankla 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla bankdan götürdüyü 15.000 manat məbləğində krediti müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin müəyyən olunmuşdur ki, Cavabdeh3 kreditin qaytarılmasını lazımınca təmin etməməklə müqav ilə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiqləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən aparılmış eksp ertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 10 iyul 2017-ci il tarixə banka olan əsas borcu 5159,53 manat, faiz borcu isə 662,14 manat təşkil edir. Cavabdeh3 kredit borcu kimi ondan tutulması qət olunmuş həmin məbləğlə razılaşmasa da borcun ekspert tərəfindən müəyyən olunmuş və məhkəmə tərəfindən ondan tutulması qət olunmuş məbləğdən az olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinin tələbinə müvafiq olaraq kreditin borclu tərəfindən qaytarılması halı üçün borcun ödənilməsi barədə üzərlərinə öhdəlik götürdüklərindən, məhkəmə kollegiyası borcun eyni zamanda zamin kimi onlardan da tutulmalı olması barədə nəticəyə gəlmişdir. Mülki Məcəllənin 472.1-ci maddə sinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kollegiya işin göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə, qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-212/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar