Məhkəmə qərarları › İş №2(102)-68/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-68/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-68/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi,cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Şirkətinin cavabdeh qarşı “şirkətin saziş hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxa raq MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) İddiaçı Şirkətinin cavabdeh qarşı “şirkətin saziş hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikili cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.İmanov) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx xxxxxx 201 9-cu il tarixli qərarı ilə (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayət ini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Şirkəti cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağamirzə İlham Məhəmməd oğlunun Şirkətin Saziş ərazisi hüdudları, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150552 saylı neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarıl ması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu bulokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərən camında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Həmçinin o da mübahisə olunmur ki,Biləcəri Bələdiyyəsinin xx xxxxxx 2007-ci tarixli qərarı ilə və “xxxx” ASC-nin BSKİİ-nin X2 Zonası, Binəqədi rayon Qaz İstismar İdarəsi, “xxxx” ASC-nin Binəqədi ETİ ilə rəsmi qaydada razılaşdırmaqla mübahisəli evin yerləşdiyi 500 kv m torpaq sahəsi cavabdeh fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış, cavabdeh tərəfindən həmin torpaq sahəsinin dəyəri Bələdiyyə xəzinəsinə ödənilmişdir. Eyni zamanda o da mübahisə olunmur ki, mübahisəli evin bütün komunikasiya xətləri mövcuddur və cavabdeh uzun müddətdir ki həmin evdə yaşayır. İddiaçının nümayəndəsi bildirir ki, cavabdeh, şirkətin saziş ərazisi hüdudları daxilində iddia tələbində göstərilən ünva nda lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə surətdə pozmaqla özbaşına tikinti inşa etmişdir.Halbuki, həmin torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 901-İİQD №li, xx xxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 nömrəli Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir və həm torpaq sahəsinin İddiaçı şirkətinin müstəsna istifadə hüququ vardır. Həmin tikinti şirkətin qanunla qorunan hüquqlarını pozur. Cavabdeh bildirir ki, məhkəmə qanunsuz olaraq öz qərarında 20 il istifadəsində olan, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 163 saylı qərarı ilə “xxxx” Səhmdar Cəmiyyətinin BSKİİ-nin X1 Zonası, Binəqədi rayon Qaz İstismar İdarəsi, “xxxx” ASC-nin Binəqədi ETİ ilə rəsmi qaydada raşılaşdırılmaqla onun xüsusi mülkiyyətinə verilmiş 500,0 kv.m. torpaq sahəsindəki tikilini özbaşına tikili hesab etmişdir. İddia tələbi özü-özlüyündə MM-in müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə cavabdehə qanuni əsaslarla məxsus olan torpaq sahəsində inşa edilmiş qanuni hasarın və tikilinin sökülməsi qənaətinə gələrkən nəzərə almamışdır ki, sözügedən sahə özbaşına tikinti sayılmır. Xüsusi mülkiyyətdə olan torpaq sahəsinin hasarlanması mülkiyyətçinin məxsusi hüququdur, hündürlük və bir sıra digər amillər istisna olmaqla bu hüquq məhdudlaşdırıla və özbaşına tikili hesab oluna bilməz. Özbaşına tikintiyə gəldikdə isə MM-in 180.1 -ci maddəsinə əsasən “Tikinti-fçtəqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan vsf ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evr, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır”. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində və tikinti aparılan həmin torpaq sahəsi xx xxxxx 2005- ci il tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 nömrəli Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbayc an Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, İşin mübahisə edilməyən hallarından göründüyü kimi mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçı şirkətin qanuni istifadəsinə verilmiş olsa da cavabdehə həmin torpaq sahəsi qanuni əsaslarla bələdiyyə tərəfindən ayrılmış, sonuncunun həmin torpaq sahəsində mübahisəli evi tikməsinə dövlət orqanları o cümlədən iddiaçı tərəfindən vaxtında etiraz edilməmişdir. Həmçinin mübahisəli evə buna səlahiyyətli olan dövlətin təsərrüfat subyektləri tərəfindən işıq, qaz, su və telefon xətləri çəkilmişdir və cavabdeh, ailəsi ilə birgə həmin evdə yaşayır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı" qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı mü stəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir v ə daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə də (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində ol an əmlak kimi qəbul edilməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15- dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Göründüyü kimi mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli ev neft-qaf yataqlarının yerləşdiyi ərzinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 4 16, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar