Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-680/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1859/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 aprel 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.10.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 27 faiz olmaqla 11.458 (on bir min dörd yüz əlli səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh tanış olduqdan sonra həmin cədvəli imzalamışdır. Ödəniş cədvəlinə əsasən cavabdeh 20.11.2015-ci ildən 20.10.2020-ci ilə qədər hər ay 349,87 ABŞ dolları, sonuncu ay isə 361,03 ABŞ dolları ödəməklə, cəmi 21003,36 ABŞ dolları vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 arasında 20.10.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, 11458 ABŞ dolları əsas borc, 9966.65 ABŞ dolları faiz borcu, 31.49 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 21.456,14 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaç ırmışdır. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişlər. Buna görə də “xxxx” ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 24 sentyabr 2019-cu il tarixli 12717 nömrəli rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 20 oktyabr 2015-ci il tarixli RM/31204/54/25 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 31 yanvar 2019-cu il tarixinə iddiaçı “xxxx” ASC-nə olan borcu ümumilikdə 21286.54 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 11.458 ABŞ dolları, faiz borcu üzrə 9.828,54 ABŞ dolları. Cəlilabad Rayo n Məhkəməsinin (hakim Elxan Əmirəliyev) 2(073)-598/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11458 ABŞ dolları əsas kredit borcu, 9828.54 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 31.49 ABŞ dolları cərimə olmaqla, cəmi 21318.03 ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə müştərək qaydada və 30 manat dövlət rüsumunun alınaraq “xxxx” ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərcinin Cavabdeh1 aid edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Məhkəmə iddia tələbinin əsas və faiz borcu məbləği ilə bağlı hesab etmişdir ki, 20.10.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsi üzrə əsas və faiz məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 24 sentyabr 2019-cu il tarixli, 12717 nömrəli rəyində göstərilən məbləğdə, yəni əsas borc 11.458 ABŞ dolları, faiz borcu 9.828,54 ABŞ dolları həddində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə tələbinə dair hissəsi nə qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə əsaslıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 442, 425, 445.1, 445.2.1, 472.1, 472.2, 462.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)-598/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək faiz borcunun azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(073)-598/2019 saylı qətnaməsində düzgün nəticəyə gəlinməmişdir. Belə ki, qətnamənin faiz borcu hissəsində verilən nəticə düzgün deyildir. Məhkəmə tərəfindən faiz borcuna münasi bət tam bildirilməmiş, faiz borcu həddindən artıq saxlanılmışdır. Məhkəmə qətnaməsində göstərilən borcla hazırki maddi imkanı arasında həddindən çox fərq vardır. İşə baxılan zaman vəsatət verərək iş üzrə iddiaçı bank tərəfindən onlara qarşı əsas və faiz borcunun artıq hesablandığını və buna görə də iş üzrə mühasibatlıq ekspertizasının təyin edılməsini xahiş etmişdir. Məhkəmənin qərardadı üzrə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspertiza tərəfindən verilən rəy onu qane etməmiş, tam və şəffaf olmamışdır. Belə ki, ekspertizanın rəyində əsas borca münasibət bildirilsə də, faiz borcuna tam münasibət bildirilməmişdir. Əlavə olaraq, iddiaçı bankla arasında bağlanmış kredit müqaviləsi üzrə ödəniş cədvəli tərtib olunmuş və həmin cədvəldə nəzərdə tutulan qaydada hər ay davamlı olaraq ay lıq ödənişləri kreditora ödəməklə krediti bağlamalı idi. Müqavilə və ödəniş cədvəli üzrə üzərinə götürdüyü öhdəlikləri hər ay davamlı olaraq yerinə yetirərək kreditora olan borcunu ödəyirdi. Lakin sonradan ölkə ərazisində məlum devalvasiyadan sonra hər kəs kimi, onun da maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdi. Buna baxmayaraq kreditora az miqdarda da olsa borcunu ödəməyə davam edirdi. Lakin iddiaçı bank tərəfindən ona qarşı yüksək faiz məbləği hesablanmış və ekspertizanın rəyində isə həmin faiz borcuna kifayət qədər münasibət bildirilməmişdir. Düşünür ki, bank ona qarşı faiz borcunu hesablayarkən tərs mütənasibliyə yol vermiş və artıq olaraq faiz borcu hesablamışdır. Hesab edir ki, “xxxx” ASC tərəfindən hesablanmış faiz borcu məhkəmə tərəfindən yenidən mübahisələndirilməli, araşdırıl malı və həmin hissədə faiz borcuna düzgün hüquqi qiymət verilməlidir. Apelyasiya şikayəti ilə qətnamənin əsaslılığı faiz borcunun müəyyən olunması hissədə mübahisələndirildiyindən, həmin hissə üzrə qətnamənin əsaslılığı yoxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tale Kərimov - sədrlik edən, məruzəçi, İsmayıl Əhmədov və Fuad Soltanov) 05 avqust 2020-ci il tarixli, 2(106)-1859/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək Cəlilabad Rayon Məhkəməsinin 2(073)-598/2019 saylı 31 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 (apelyasiya şikayətinə) münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin faiz borcu hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilmişdir ki, cavabdeh kimi borcalan iddiaçı ilə kredit müqaviləsini bağlayan zaman müqavilənin şərtlərindən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən geri almaq hüququ vardır. Kollegiya hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində heç bir arqument gətirilmədən ekspert rəyinin şübhə altına alınması qəbul edilə, yenidən ekspertizanın keçirilməsi üçün əsas ola bilməz. Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(106)-1859/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi hər tərəfli araşdırmamış və qəbul edilmiş qətnamə işin hallarına uyğun gəlmir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 teleqramla məhkəməyə müraciət edərək müəyyən səbəblərdə n məhkəmədə iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının başqa vaxtda təxirə salınmasını xahiş etmişdir. Lakin Cavabdeh1 teleqramda hansı üzürlü səbəbdən gəlməməsi barədə heç bir məlumat verməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakç ıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsa ssız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələb lərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qismən faiz borcu hissəsində mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən faiz borcunun tutulması hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegi yası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1859/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.