Məhkəmə qərarları › İş №2(102)-680/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-680/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-680/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: pul tələbi 07.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5611/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı (bundan s onra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsində iddiaçıya məxsus həyətyanı sahədə bir mərtəbəli həyət evinin tikilib təhvil verilməsi barədə razılığa gəlmiş, evin tikilməsindən sonra onların arasında evin təmir edilməsi üçün də razılaşma olmuşdur. İddiaçı təmir üçün razılaşdığı məbləği Kəramətə ödədikdən sonra təmirin sonlarına yaxın Kəramət onun verdiyi pulları şəxsi ehtiyacına xərclədiyinə görə ondan borc istəmiş və söz vermişdir ki, aldığı pulları təmir qurtardıqdan sonra qaytaracaqdır.

2. Tərəflər arasında etibar olduğu üçün iddiaçı cavabdehə 13000 manat borc pul vermiş, lakin cavabdeh aldığı borc məbləğini qaytarmaqdan imtina edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun cavabdehə borc vermiş olduğu 13000 (on üç min) manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə məhkəmədən xahiş edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, evin tikilməsindən sonra onların arasında evin təmir edilməsi üçün də razılaşma olmuşdur. O, təmir üçün razılaşdıqları məbləği cavabdehə ödədikdən sonra təmirin sonlarına yaxın cavabdeh onun verdiyi pulları şəxsi ehtiyacına xərclədiyinə görə ondan borc istəmiş və söz vermişdir ki, aldığı pulları təmir qurtardıqdan sonra ona qaytaracaqdır. Aralarında etibar olduğuna görə o, cavabdehə13000 manat borc pul vermişdir. Lakin cavabdeh ondan pul aldıqdan sonra onun evinin təmir işlərini yarımçıq qoyaraq qaçmışdır. Pulunu tələb etdikdə isə hər dəfə müxtəlif bəha nələrlə onu aldatmış. Buna görə də o, məcbur qalıb cavabdehin ona qarşı dələduzluq etməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Nəsimi RPİ-də aparılan araşdırma zamanı Cavabdeh ona yalvararaq ondan şikayət etməməyini xahiş etmişdir. Həmçinin, cavabdeh təmiri yekunlaşdırmadığına görə ona vurulmuş külli miqdarda ziyanı qaytarmağa gücü çatmasa da sonda aldığı 13000 manat borcu qaytaracağına söz vermişdir. Oda bir kişi kimi onun sözünə inanıb, həm də səhvini etiraf etməsinə görə onunla razılaşmışdır. Cavabdeh söz vermişdir ki, borclu olduğu 13000 manat pulu 10 gün müddətində qaytaracaq. Nəsimi RPİ-də aparılan araşdırmada isə cinayət işinin başlanması rədd edilərək ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh polisdə aparı lan araşdırma zamanı ona 13000 manat borcu olmasını etiraf etmişdir. Lakin o, yenə verdiyi sözə əməl etməyərək, borclu olduğu 13000 manat pulu qaytarmamışdır. Buna görə də məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edir ki, Cavabdeh ona borclu olduğu 13000 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməli, həmçinin cavabdehin əməllərində cinayət tərkibinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmalıdır.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək ilk növbədə bildirmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda onun adından yazılmış izahatı müstəntiqin təzyiqi ilə yazmışdır. Əslində isə İddiaçı ilə aralarında əldə edilmiş şifahi razılığa əsasən o, id diaçıya məxsus ümumi ölçüsü 165 m2 olan evin kvadratını 350 manatdan təmir etməli idi. Hansı ki, bu evi özü tikmişdi və iddiaçı razı qaldığına görə təmiri də ona həvalə etmişdi. Evin təmiri üçün iddiaçı ona hissə-hissə 47000 manat məbləğində pul vermişdir. Lakin təmir vaxtı iddiaçı ilə aralarında mübahisə düşmüşdür. Belə ki, iddiaçı əlavə xərcləri ödəməkdən imtina etmişdir. Məsələn, onun vurulmasını tələb etdiyi kafel ən bahalı kafel olmuşdur ki, ilk razılaşmalarında bu qədər bahalı kafel vurulması nəzərdə tutulmamışdır. Kafel bahalı olduğuna görə usta işinin də qiyməti artmış, 5000 manata razılaşdıqları iş 7500 manata başa gəlmişdir. İddiaçının pulu ödəmədiyinə görə ustaya 2500 manat borclu qalmışdır. Bundan əlavə evdə iddiaçının istəyi ilə razılaşmadan əlavə müəyyən işlər görülmüşdür. Mə sələn, kamin soba, həyətdə fontan, su hovuzunun içərisində balaca uşaq hovuzu, həyətdəki artıq tikilinin sökülməsi, yerinə su çəninin yerləşdirilməsi, hasarın çöl tərəfdən rənglənməsi, həyətdə olan dəmir hasarların rənglənməsi, tamet döşəmənin dəyişilib yenisi ilə əvəzlənməsi və s. Bütün bu işlər əlavə vəsait tələb etsə də iddiaçı bu pulu ödəməkdən imtina etmişdir. O, iddiaçı ilə mübahisəsi düşsə də ona etibar etdiyindən təmiri yarım qoymamış, evi tam təmir etmişdir. Həm də təmirə görə ustalara borcu olduğundan təmiri yarım qoymamışdır. Əslində o, həmin evin tikintisi və təmiri ilə birlikdə evdə 150000 manatlıq iş görmüş, bütün işi təhvil vermişdir. O, iddiaçıdan 13000 manatı gördüyü işlərə görə almışdır. Yəni, o, nəinki iddiaçıdan borc almamışdır, hətta gördüyü bütün bu işlərə görə iddiaç ının ona borcu var. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən izahata gəldikdə isə o belə bir izahat verməmiş, onun izahatı təhrif edilmişdir. Beləliklə, onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1402/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın təmin edilmiş, cavabdehdən 13000 (on üç min) manat pul vəsaiti və 129 (yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, müstəntiq tərəfindən verilmiş qərarda Cavabdeh İddiaçı 13000 manat məbləğində borc alması ilə bağlı qeyd edilənlər işin həqiqi halıdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin izahatı ndan belə təəssürat yaranır ki, o, iddiaçının evində gördüyü işlərin böyük əksəriyyətini, belə demək mümkünsə, təmənnasız görmüşdür. Cavabdeh əminliklə ifadə etmişdir ki, o, bu evin təmiri üçün 47000 manat pul alsa da əslində 80-90000 manatlıq təmir işləri görmüş, ümumiyyətlə isə o, bu evdə 150000 manatlıq iş görmüşdür. Cavabdeh iddia edir ki, evin dizaynının verilməsi, uşaq hovuzu tikilməsi, su çəninin yerləşdirilməsi, çəpərlərin rənglənməsi, çöl hasarının rənglənməsi, “kamin” soba qurulması, həyətdə fontan tikilməsi, həyətdə tamet döşəmənin dəyişilməsi və s. kimi işlərin hamısı iddiaçı ilə razılaşmalarından kənar, “əlavə iş” olmuşdur. Lakin təmir işləri görülən obyektin məhz bağ evi olduğu nəzərə alındıqda bütün bu işlər çıxıldıqdan sonra geriyə nə qaldığı, iddiaçının verdiyi 47000 manat məbləğində pulun hansı işlərə xərcləndiyi barədə cavabdeh izahat verməmişdir. Bir sözlə, cavabdeh yalnız əlavə gördüyü işlərdən bəhs etmiş, razılaşmaya uyğun gördüyü və müqabilində 47000 manat pul aldığını qəbul etdiyi işlər barədə isə məlumat verməmişdir. Digər tərəfdən, nəzərə alınsa ki, cavabdeh özünün də qəbul etdiyi kimi peşəkar şəkildə təmir-tikinti işləri ilə məşğul olur, onun tikinti materiallarında “gözlənilməz qiymət artımları”, “razılaşmadan kənar” görülən çoxlu işlər, pulu ödənilməsə də “öz hesabına başa vurulan təmir” barədə qeyd etdikləri inandırıcılıqdan çox uzaqdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 331, 337, 351, 386, 739, 740, 1091 və 1092-cu maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 77.1, 88, 107, 119 və 217.4- cü maddələrinə istinadla əsaslandgrmgödgr. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onların arasında borc münasibətləri olmasa da, iddiaçı öz iddia tələbini borc müqaviləsi ilə əsaslandırdığına görə, borc münasibətlərini tənzimləyən normaların tələbinə əməl etməli, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün ona borc müqaviləsinin ləğv edilməsi haqqında üç ay əvvəlcədən xəbərdarlıq etməli idi. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına baxmayaraq, məhkəmə Nəsimi RPİ-nin 30 iyul 2021-ci il tarixli cinayət işinin başlanması barədə rəd d qərarında olan onun izahatını yeganə əsas sübut kimi rəhbər tutmuş, həmin izahatı təsdiq etməməyinə, həmin izahatın heç bir sübutla təsdiq edilməməsinə əhəmiyyət verməmiş, bununla da sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. İddiaçı öz iddiasını əsaslandırdığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, onun iddiaya etirazının əsaslandığı halları onun tərəfindən əlavə işlər görülməsini etiraf edərək, həmin işlərə görə pulların ödənildiyini bildirsə də, ona əlavə hər hansı bir məbləğdə pul ödəməsini sübut etməmişdir. O heç bir zaman iddiaçının ona 13 000 manat məbləğində pul verməsini bildirməmiş, hətta iddia ərizəsinə etirazında da ona heç bir məbləğdə pul verməməsini göstərmiєdir. Məhkəmə öz gəldiyi nəticəni əsaslandırmaq üçün yeganə yol kimi onun izahatın ı təhrif etməkdə görmüşdür. Qətnamə qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Mərdanova sədrliyi və məruzəsi ilə, E.Həsənov və V.Sadıqov) 2(103)-5611/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş. iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1402/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

13. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, ilk baxışdan cinayət işinin başlanması rədd edilməsi qərarının məzmunundan Cavabdeh izahatında göstərilənlərə əsasən borcunu etiraf etdiyi halda məhkəmə iclasında bu borcu etiraf etməməsi barədə izahatl arında kəskin ziddiyətin olması görünür və işə baxan məhkəməyə bu ziddiyətlərin aydınlaşdırılması və düzgün hüquqi nəticəyə baxımından müəyyən çətinliklər yaranır. Lakin kollegiya hesab edir ki, cavabdehin bu dəliliinin əsaslı olub-olmamasını aydınlaşdırmaq üçün onun izahatının təhrif olunub-olmamasına düzgün hüquqi qiymət verilməsi məqsədi ilə sözügedən materialın tələb edilərək cavabdehin izahatı ilə qərarda əksini tapmış izahatının eynilik təşkil edib-etməməsi müəyyən edilməli idi.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təmir üçün razılaşdığı məbləği cavabdehə ödədikdən sonra təmirin sonlarına yaxın sonuncuya verilmiş pulları şəxsi ehtiyacına xərclədiyinə görə iddiaçının 13000 manat borc pul verməsi, pulu aldıqdan sonra onun evinin təmir işlərini yarımçıq qoyaraq qaçmasına dair iş materiallarında heç bir mötəbər sübut yoxdur.

15. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, Cavabdeh əhəmiyyətsiz borc müqaviləsi üzrə əldə etdiyi 13000 manat hesabına əsassız varlanmasına dair nəticəsi işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmayaraq əsassız olaraq tərəflər arasında borc münasibətlərinin olması nəticəsinə gəlmişdir. Halbuki, işin materiallarında aydın görünür ki, iddiaçının cavabdehə işçisi vasitəsilə verdiyi pullar evin təmirinə və materiallarına sərf edilmişdir.

16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-nin 386.1, 739.1, 740.1, 1091.1, 1091.2, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin d əlilləri

17. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Suraxanı rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda qeyd olunan vacib prinsip pozulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılma sının rədd edilməsi haqqında qərardan və izahatlardan açıq-aşkar görünür ki, iddiaçı və cavabdeh arasında mülki münasibət mövcud olmuşdur. Belə ki, cavabdeh müəyyən işləri görməyi, iddiaçı da öz növbəsində görülmüş işlərin müqabilində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh nəzərdə tutulmuş pul vəsaitini aldıqdan sonra öhdəsinə götürdüyü işləri görmədiyindən iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. İş mülki məsələləri ehtiva etdiyindən iddiaçıya məhkəməyə müraciət etməyi bildirilmişdir. Bununla yanaşı onu da nəzərinizə çatdırmalıyamki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsində cavabdehin 13000 borcu olduğunu etiraf etməsi və imkanı düzələn kimi ödəyəcəyini bildirməsi əsas rol oynamışdır. Nəticə olaraq deyə bilərik k i, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi normalarla yanaşı prosessual normalar da kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinə etiraz verərək, iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(103)-5611/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh heç bir zaman iddiaçının ona 13 000 manat məbləğində pul verməsini bildirməmiş, hətta iddia ərizəsinə etirazda da ona heç bir məbləğdə pul verməməsini, iddiaçının öz evinin tikilməsi üçün zəruri olan vəsaiti xərcləməsini, sonra isə ona qalan borcunu ödəməsin deyə, xərclədiyi pulu da ondan tələb etməsini göstərmişdir. İd diaçı da, birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verərək, ondan tələb etdiyi pul vəsaitinin 6600 manat hissəsini ona işin görülməsi üçün nağd qaydada borc verdiyini, qalan hissəsini isə tikinti materiallarına sərf etdiyini bildirmişdir. Belə olduqda, iddiaçı həmin pul məbləğinin cavabdehə verilməsini və öz evinin təmiri üçün xərclədiyi qalan məbləğin isə cavabdehin ona qaytarmaq vəzifəsinin olduğunu özü sübut etməli idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əs asa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

31. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kollegiya qeyd edir ki, iddiaçının təmir üçün razılaşdığı məbləği cavabdehə ödədikdən sonra təmirin sonlarına yaxın sonuncuya verilmiş pulları şəxsi ehtiyacına xərclədiyinə görə iddiaçıın 13000 manat borc pul verməsi, pulu aldıqdan sonra onun evinin təmir işlərini yarımçıq qoyaraq qaçmasına dair iş materiallarında heç bir mötəbər sübut yoxdur.

36. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını araşdıraraq qeyd etmişdir ki, Cavabdeh əhəmiyyətsiz borc müqaviləsi üzrə əldə etdiyi 13000 manat hesabına əsassız varlanmasına dair nəticəsi işin faktki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmayaraq əsassız olaraq tərəflər arasında borc münasibətlərinin olması nəticəsinə gəlmişdir. Halbuki, işin materiallarında aydın görünür ki, iddiaçının cavabdehə işçisi vasitəsilə verdiyi pullar evin təmirinə və materiallarına sərf edilmişdir.

37. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillə rinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiqolunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5611/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar