Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-680/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-680/2024 Açar sözlər: iddia müddəti, iddia müddətinin axımının kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 2(103)-6241/2023 nömrəli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 05 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC-nin Sumqayıt filialı (bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 287/11 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh nəqliyyat vasitəsinin alınması üçün 24 ay müddətinə, illik 20% ödəməsi şərtilə 6000 manat məbləğində kredit verilmiş, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2013-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliklərinin təminatı qismində onun mülkiyyətində olan “Vaz 21074” markalı ** KN *** dövlət nömrə nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə həyata keçirilmiş, bank tərəfindən 04 mart 2013-cü il və 24 iyul 2013-cü il tarixlərdə ona 5097 manat əsas, 978 manat faiz borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubları göndərilmişdir.
4. Cavabdeh 5097 manat əsas, 4473,27 manat faiz borcu olmaqla cəmi 9570,27 manat borcu problemli aktivlərin satın alınması ilə bağlı xx.xx.2017-ci il tarixli akt əsasında "xxxx" ASC-dən İddiaçı QSC-nə keçmişdir. 5. “X1 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülmüş olması əsas göstərilərək təmin olunmamış, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə qismən təmin olunaraq, qətnamə ləğv edilməklə “X1 Edilməsi Agentliyi” MMC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 5097 manat, faiz borcu üzrə 4473,27 manat, cəmi 9570,27 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 115,71 manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödən ilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **KN-*** dövlət qeydiyyat nişanlı, "VAZ 21074" markalı minik (buraxılış ili 2011, Ban XTA21074OB3064023, rəngi-boz metal) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka borcu yaranmışdır.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2022-ci ilin dekabr ayında Bakı şəhər Baş Polis İdarəsinə çağırılmış, orada kredit borcu ilə bağlı “AqrarKredit" QSCyə yaxınlaşmalı olduğu deyilmiş, dərhal “AqrarKredit" QSC-yə yaxınlaşmışdır. Orada izahat verərək, təxminən 10-12 il əvvəl Binəqədi şossesi, “Zəngəzur” şadlıq sarayının yanında hərəkətdə olarkən bankın əməkdaşlarının onu saxladaraq avtomobili ondan aldıqlarını, avtomobilin yaxınlığında olan cərimə meydançasında yerləşdirildiyini, bundan sonra avtomobilə dair hər hansı məlumat əldə edə bilmədiyini söyləmişdir. Daha sonra "xxxx"nın Sumqayıt filialına getmiş və maşınla bağlı bir daha maraqlanmışdır. Orada maşının onlarda olmadığı bildirilmişdir. Ehtimal edir ki, avtomobil bankın nümayəndəsi tərəfindən cərimə meydançasından təhvil alınmışdır. Eyni zamanda onda olan məlumata əsasən bankın həmin əməkdaşı özünü asıb öldürmüşdür. Avtomobilin satışında iştirak etməmiş, heç kimə etibarnamə verməmişdir. 2013-cü ildən avtomobildən xəbəri yoxdur. 2012-ci ilin aprel-may aylarında avtomobili ondan almışlar. Bu barədə polisə də müraciət etmiş, lakin maşın tapılmamışdır.
9. Cavabdeh həm də yazılı ərizə verərək bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür və buna görə də iddia rədd olunmalıdır.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim İ.Ə.Əliyev)
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia tələbi təmin edilə bilməz.
12. Belə ki, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2013-cü il tarixində bitmişdir və xx.xx.2016-cı ildə iddia müddətinin axımı kəsilməmişdir. Çünki hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2016-cı ildə və xx.xx.2016-cı ildə aparılan əməliyyatlar hesaba mədaxil deyildir. Həmin qeydlər xx.xx.2012-ci il tarixədək aparılmış ödənişlərdən qalığın köçürülməklə bank tərəfindən yenilənmə əməliyyatının nəticəsi olmuşdur. Həmin hesabdan çıxarış məlumatlarından aydın olur ki, borcalan tərəfindən edilmiş ödənişlər “kredit ödənişi”, “mad”, “kr”, “mada”, “mad”, “madaxil” əməliyyatı kimi təsvir edilmişdir. Halbuki xx.xx.2016-cı ildə bankın faiz borcunun köçürülməsi (loan interest repayment) təsvirli etdiyi əməliyyat heç də borcalanın ödəniş etməsi kimi qəbul edilə bilməz.
13. Bu səbəbdən də iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman belə (xx.xx.2018-ci il) iddia müddətini ötürmüşdür. 14. “X1 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1405/2020 nömrəli qərarında qeyd edilən halı hazırki iş üzrə preyudisial əhəmiyyət daşımadığı qənaətinə gəlir. Çünki kassasiya instansiyası məhkəməsi qərarındakı mövqe onunla bağlı olmuşdur ki, birinci və apellyasiya instansiyası məhkəməsi xx.xx.2016-cı ildə edilən əməliyyata nəzərə almadan qətnamə qəbul etmişdir. Yenidən işə baxan apellyasiya məhkəməsi isə həmin halı araşdırmadan işə mahiyyəti üzrə baxmayaraq, iddia ərizəsini fərqli əsasla baxılmamış saxlamışdır.
15. Bununla yanaşı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2016-cı il tarixi iddia müddətinin axımının kəsilməs i hesab edilsə belə, iddia müddəti sonradan da ötürülmüşdür və iddia müddətinin üzrlü səbəbdən ötürülməsi müəyyən edilməmişdir.
16. Belə ki, xx.xx.2016-cı il tarixdən iddia müddətinin axımının kəsilməsi və fasilədən sonra iddia müddətinin yenidən başlanması nəzərə alındıqda, iddia müddəti xx.xx.2019-cu ildə keçmiş hesab olunurdu. İddiaçı ilk dəfə xx.xx.2018-ci il tarixdə, yəni iddia müddətinin keçməsinə 3 ay 11 gün qalmış məhkəməyə müraciət etmişdir. Həmin mülki iş xx.xx.2021-ci il tarixdə baxılmamış saxlanılmışdır, bundan sonra isə iddiaçı müəyyənləşdirilmiş qaydada iddia ərizəsini xx.xx.2022-ci il tarixdə, yəni iddia ərizəsinin baxılmamış saxlanılmasından təqribən 1 il 8 ay sonra məhkəməyə təqdim etmişdir. Halbuki müəyyənləşdirilmiş qaydada olmayan iddianın irəli sürülməsi iddia müddətin in axımını kəsmir və eyni zamanda iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 373.2-ci, 375.2-ci, 376-cı, 377.2-ci, 380.1-ci, 381.1-ci, 382-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 448.2-ci, 739.1-ci, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 08 may 2008-ci il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 8 may 2008-ci il tarixli qərarlarına istinad edərək iddia tələbini rədd etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Qətnamədən iddiaçı təşkilatın nümayəndəsi ap ellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etməmiş, cavabdehə qarşı əvvəllər qaldırılmış iddianın sonradan baxılmamış saxlanıldığını və sonra yenidən məhkəməyə müraciət edildiyini nəzərə almamışdır. Belə ki, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür.
19. Belə ki, analoji mübahisələr üzrə məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edil miş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Buna görə də, iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir, həmçinin yenidən məhkəməyə müraciət edildiyi zaman iş üzrə iddia müddətinin ötürülməsi məhkəmə tərəfindən üzrlü sayıla bilər.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-6241/2023 nömrəli qətnaməsi ilə (bundan sonra - apellyasiya instansiya məhkəməsi) apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
22. İddiaçı BOKT cavabdehə qarşı əvvəllər irəli sürülmüş “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən baxılmamış saxlanıldığını irəli sürsə də, işin hallarından aydın olur ki, həmin tələb səlahiyyətsiz şəxs (qurum) tərəfindən verildiyi üçün baxılmamış saxlanılmışdır.
23. Hazırkı iş üzrə iddia müddətinin kəsilməsinə əsas verən hallar da mövcud deyildir; belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka sonuncu ödəniş xx.xx.2012-ci il tarixdə həyata keçirilmişdirsə, iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən etirafedici hərəkət edilməmişdir. BOKT-un adından “X1 Edilməsi Agentliyi” MMC-nin cavabdehə qarşı daha əvvəllər irəli sürdüyü iddia tələbi isə səlahiyyətsiz şəxs (qurum) tərəfindən verildiyindən “müəyyənləşdirilmiş qaydada irəli sürülən iddia” kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, "xxxx" ASC-nin problemli kreditləri üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüş, sonuncu da həmin problemli kreditlə rin əldə edilməsindən yaranacaq aktivlərin idarə edilməsi məqsədilə "xxxx" MMC-ni təsis etmişdir. Bununla belə sonuncu, müstəqil hüquqi şəxsdir və öz öhdəliklərinə görə müstəqil məsuliyyət daşıyır. Düzdür, "xxxx" MMC-nin nizamnaməsində aktivlərin idarə edilməsi məqsədilə kredit borclarının qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmaq imkanı ehtiva olunmuşdur, lakin nəzərə almaq lazımdır ki, İddiaçı QSC tərəfindən tələb hüququ "xxxx" MMC-yə ötürülmədiyindən, sonuncu müstəqil şəkildə belə bir hüquqa malik olmamışdır.
24. Kollegiya qeyd etmişdir ki, belə bir imkan xx.xx.2018-ci il tarixədək mümkün olmuşdur; belə ki, həmin tarixədək Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə nəzərdə tutulmuşdur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis s ənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. Yəni hüquqi şəxs istənilən hüquqi və ya fiziki şəxsə etibarnamə verməklə həmin şəxs vasitəsilə məhkəmədə təmsil oluna bilərdi. Lakin 31 oktyabr 2017-ci il tarixli Qanunla Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə edilmiş dəyişiklikdən sonra belə imkan aradan qalxmışdır. Qeyd olunan normaya edilmiş dəyişikliyə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
25. Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir, ona görə də "xxxx" QSC-nin məhkəmədə nümayəndəsi ola, müvafiq olaraq onun adından iddia verə bilməz.
26. Digər tərəfdən qeyd olunmuşdur ki, işin hallarından adı çəkilən Agentlik tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 2019-cu ildə müvafiq iddia tələbinin irəli sürüldüyü, həmin iddia tələbi üzrə xx.xx.2019-cu il tarixdə qətnamə çıxarıldığı, bu qətnamənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixində ləğv edilərək iddianın baxılmamış saxlanıldığı aydın olur; bu isə o deməkdir ki, hətta həmin iddia “müəyyənləşdirilmiş qaydada irəli sürülmüş iddia” kimi qiymətləndirilsə belə, iddia b axılmamış saxlanıldıqdan sonra iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmiş, beləliklə də hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2022-ci il tarixində iddia müddəti ötürülmüş olmuşdur.
27. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzrlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir
28. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsasl ıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı QSC BOKT-un vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün işi Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 15-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehlərdən kredit borcunu alınaraq dövlət büdcəsinə ödəməkdir.
31. Bundan əlavə, dövlət vəsaitinin geri qaytarılması cəmiyyət tərəfindən 2015-ci il tarixdən başlanılmışdır.
32. Kassator hesab etmişdir ki, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və düzgün olmayan nəticəyə gətirmişdir.
33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 372.1. Başqa şəxsd ən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
38. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
39. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
40. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
41. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
42. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
43. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edil ir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
44. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
45. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:...379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə.
46. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
47. Maddə 379.4. Müddətin da yandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.
48. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
49. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
50. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
51. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətini n ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
52. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tər əflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 2(103)-6241/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.