Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6802/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)-8534/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, sonuncudan 23.000 ABŞ dolları məbləğində borc pulun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh təxminən 4-5 ildir ki, tanıyır və onlar arasında ticarət əlaqəsi olmuş, təxminən 3 il birlikdə işləmişlər. 05 may 2017-ci ildə Cavabdeh Dehli-İstanbul reysində təyyarədə ona etibar edilmiş və içərisində 45.000 ABŞ dolları və 6.610 funt sterlinqi məbləğində pul olan çantanı itirmişdir. Cavabdeh həmin pulun 30.000 ABŞ dollarını ona qaytarmış və bu barədə 16 may 2017-ci ildə akt yazıb imzalamışlar. Həmin Akta əsasən cavabdeh 30.000 ABŞ dolları ödədiyini göstərmiş və qalan pulu da hissə-hissə 5 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müxtəlif b əhanələr gətirərək, qalan 23.000 ABŞ dolları məbləğində pulu qaytarmaqdan boyun qaçırmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh 15.000 ABŞ dolları və 6.610 ingilis funt sterlinqi (GBP) məbləğində borcun (pulun) məhkəmə qətnaməsinin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.Qasımov) 14 mart 2019-ci il tarixli 2(010)-833/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov sədrlik edən və məruzəçi A.Hüseynov, A.İman ov) 24.06.2019-cu il tarixli 2(103)-8534/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-833/2019 saylı iş üzrə 14 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiasının təmin edilməsi, Cavabdeh 15.000 ABŞ dolları və 6.610 ingilis funt sterlinqi məbləğində pul məhkəmə qətnaməsinin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı verilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının açıq-aşkar yalançılığı barədə çoxlu sayda təkzibolunmaz dəlillər, iddiaçını xarakterizə edən polis orqanının qərarı, digər çoxlu sayda xüsusatlar, iddianın cəfəngiyyatlıl ığını təsbit edən qanunvericiliyin müddəaları məhkəmədə diqqətə çatdırılsa da təəssüflər olsun ki, iddiaçının məhkəməyə heç bir dəlil təqdim etməməsi fonunda məhkəmə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmamasına yol verərək əsassız iddia tələbini təmin etmiş, iddia ilə bağlı qanunun tətbiqində səhvlərə yol vermişdir. İddiaçının cavabdehdən 15000 ABŞ dolları və 6610 ingilis funt sterlinqi məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair əsassız tələbi işə əlavə olunan sübutlar üzrə mülki qanunvericilik haqqında normativ hüquqi aktlar prizmasından diqqətə alınmamış, bu əsasla da qanunvericilik yanlış tövsif olunmuşdur. Məhkəmə iddiaçının subyektiv hüququnun olmasını istisna edən qanunun imperativ normasını nəzərə almamış, bununla da çoxlu sayda digər maddi və prossesual hüquq normalarının pozulması ilə əhatə olunan və düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən qətnamə qəbul edilmişdir. Cavabdehin öhdəliyi ilə bağlı normativ hüquqi aktlara ümumi xarakterli əsassız istinadlar edilmiş və şəxs iddiaçıya qarşı öhdəliyi olmadığı hüquqi vəziyyətdə təqsirli hesab olunmuşdur. AR Konstitusiyasının 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsində qeyd olunur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bakı Apellyasiya məhkəməsi iddiaçının əsasız tələbini təmin etməklə AR Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinin imperativ tələblərini nəzərə almamış və pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğu n izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 05 may 2017-ci ildə Cavabdeh Dehli-İstanbul reysi üzrə təyyarədə ona etibar edilmiş, içərisində 45.000 ABŞ dolları və 6.610 funt sterlinqi məbləğində pul olan X2məxsus çantanı itirmişdir. Həmin tarixdə türk dilində tərtib edilmiş protokolla Cavabdeh itirdiyi 45.000 ABŞ dolları ilə 6.610 ingilis ster linqinin 30.000 ABŞ dolları məbləğində ilk qismini ən geci 01 iyun 2017-ci il tarixində, qalan 15000 ABŞ dolları ilə 6.610 ingilis sterlinqinin isə hissə-hissə aylıq olaraq X2ödəyəcəyinə söz vermişdir. Cavabdehin imza etdiyi 16 may 2017-ci il tarixli aktda qeyd olunmuşdur ki, “Mən Cavabdeh 05.05.2017-ci il Delhi-İstanbul reysi gələndə mənə X2 tərəfindən verilən 45.000 ABŞ dolları və 6610 ingilis sterlinqini təyyarədə çantanın içində unutduğum üçün itirmişəm. Mən həmin pulun 30.000 ABŞ dollarını X3 zamini İddiaçı təhvil verirəm, qalan pulu isə hissə-hissə verməyə söz verirəm. Yəni, 5 ay ərzində ödəməyi öz üzərimə götürürəm”. Birinci instansiya məhkəməsi 386.1, 433.1, 522.1-ci maddələrinə istinad edərək, iddiaçı tərəfindən “Ashvani Saluja” adlı şəxslə öhdəliklərin verilməsini təsdiq edən müq avilənin mövcud olmasına dair hər hansı sübut təqdim edilmədiyindən, 16 may 2017-ci il tarixli atkda qeyd olunanlar isə özü-özlüyündə öhdəliyin qalan hissəsinin də məhz İddiaçı icra edilməli olmamasını hesab edərək, həmin akt əsasında pulun qalan hissəsinin iddiaçıya verilməsi barədə tələbin əsassız olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 16.05.2017-ci il tarixli aktda cavabdeh iddiaçını pulun sahibi X3 zamini qismində göstərməklə və pulun bir hissəsini ona qaytarmaqla iddiaçını pulun alınmasında ixtiyarlı şəxs olmasını qəbul etmişdir. Buna görə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.1, 433.2, 433.3-cü maddələrinə əsasən iddiaçı öhdəliyi qəbul etməyə ixtiyarlı şəxs olduğ undan onun öhdəliyin icra olunmamış hissəsini tələb etməyə subyektiv hüququ olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, hazırki işdə də cavabdehə aid öhdəliyin üçüncü şəxsə verilməsi baş verməmişdir. Belə olan halda, iddiaçının “Ashvani Saluja” adlı şəxslə öhdəliklərin verilməsini təsdiq edən müqavilənin mövcud olmamasına görə öhdəliyin qalan hissəsinin icrasının iddiaçı tərəfindən tələb edilməsinin əsassız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbin in qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsası kimi iddiaçının ixtiyarlı şəxs olması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433-cü maddəsinə istinad etmiş və bununla da iddiaçının tələbinin qanuni əsaslarına düzgün hüquqi qiymət verməmiş və nəzərə almamışdır ki, bu maddə ümumi norma olmaqla müstəqil qaydada deyil, öhdəliyin özünün yaranmasına əsas verən xususi norma ilə birlikdə tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, h abelə, fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları;14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərini n, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; 14.2.6. Başqa şəxsə zərər vurulması; 14.2.7. Əsassız varlanma; 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri;14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əməl ə gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya iddia tələbində qeyd edilən vəsaiti ödəmək öhdəliyinin yaranmasına əsas verən qanunla nəzərdə tutulmuş hallar iş üzrə müəyyən edilmir və iddiaçının istinad etdiyi 16.05.2017-ci il tarixli aktın məzmunu, yəni X3 itirilmiş puluna görə Cavabdeh həmin puldan 30.000 ABŞ dollarını X3 tapşırığı ilə İddiaçı verməsi, qalan 15.000 ABŞ dolları ilə 6.610 ingilis sterlinqin İddiaçı tərəfindən məhkəmə qaydasında cavabdehdən tələb edilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öhdəliyin icra olunmamış hissəsini tələb etməkdə də ixtiyarlı olmasına dair nəticəyə gələrkən Mülki Məcəllənin 43 3-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Hazırki işdə məhkəmə iddiaçının hansı qanun normasına və ya hansı məhkəmə qərarına əsasən bu öhdəliyi qəbul etməyə ixtiyarlı şəxs olduğunu müəyyən etməmişdir. Həmin Məcəllənin 433.3-cü maddəsi də imkan verir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb etsin, çünki bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini borclu daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına görə 15.000 ABŞ dolları və 6.610 ingilis funt sterlinqi məbləğində pul X2məxsus olduğund an həmin pulu geri tələb etmək hüququ pulun sahibinə məxsusdur. Həmin tələb hüququnun X5tərəfindən İddiaçı güzəşt edilməsi barədə işdə heç bir sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. - 194.2-ci maddəsinə əsasən isə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. - 194.4-cü maddəsinə görə isə sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. - 198.1-ci maddəsinə əsasən borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 522.1-ci maddəsinə istinad etməsi isə əsassızdır, çünki hazırki iş üzrə öhdəliyin üçüncü şəxsə verilməsi deyil, tələb hüququnun güzəşt edilməsinə hüquqi qiymət verilməli idi. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi X5adlı şəxslə iddiaçı arasına tələbin güzəşti haqqında müqavilənin mövcud olmasına və cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasına dair iş materialların da heç bir sübut olmadığı halda, cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı hesab edilməsinə qətnamə qəbul etmiş, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olmasını istisna edən qanunun imperativ normasının tələbini nəzərə almamış, iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası həmçi nin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə ə sasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.06.2019-cu il tarixli 2(103)8534/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehdən 15.000 ABŞ dolları və 6.610 ingilis funt sterlinqi (GBP) məbləğində borcun (pulun) məhkəmə qətnaməsinin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması barədə iddia tələbi rədd edilin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6802/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6802/2019
28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver