Məhkəmə qərarları › İş №2(102)-6806/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6806/2019

14.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6806/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Z.Ə.Əliyev; 2(009)-55/2018) İddiaçı İddiaçı ASC-nin ca vabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli, 408/E saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 40.800 manat əsas, 12.318 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 53.218 (əlli üç min iki yüz on səkkiz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, Cavabdeh1 məxsus, Bakı şəhəri, ********************** saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməklə, tutmanı həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə ed ilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, ******************* saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə mənzilin satıldıqdan sonra 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov; 2(103)-4487/2018) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin dəyişdirilmədən saxlanılmışdır. 15 yanvar 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2018ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.İbayev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva; 2(102)-6423/2018) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov; 2(103)-728/2019) Cavabdeh1 apellyasiya şikayəti qisnən təmin edilmiş, Bakı ş əhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, **************************** saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 197000(yüz doxsan yeddi min) manat müyyən edilməsi qət edilmişdir. İşin halları İddiaçı İddiaçı ASC, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli, ******** saylı kredit müqaviləsinin ləğv ediməsi, Cavabdeh1 40.800 manat əsas, 12.318 manat faiz və 00 manat cərimə olmaqla, cəmi 54.118 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 11 noyabr 2015-ci il ixli, 408/E saylı sonrakı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X3 a dına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri, ***************** nömrəli binada yerləşən 68.0 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı, 10 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh1, X6 və Cavabdeh3 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli, ****** saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24%-lə 40.800 manat məbləğində kredit verilmişdir. Tərəflər müqavilədə öhdəliyin icrasının gecik dirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 34% miqdarında cərimə hesablanmasını da razılaşdırmışlar. Bundan əlavə, Cavabdeh1 ilə bank arasında bağlanmış eyni tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, ***************************** saylı mənzili ipoteka ilə yüklü edilərək, iddiaçının tələb hüququna təminat verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müvafiq olaraq 40.800 manat məbləğində krediti Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq, borcunu qrafik üzrə qaytarmamış və 29 noyabr 2016-cı il tarixə tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdar lıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin,ediiməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. məhkəməsinin Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 390.2, 741-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayı r. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyy ən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 noyabr 2015-ci il tarixli, ********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Fəxriyyə Əliyevaya 36 ay müddətinə, illik 24%-lə 40.800 manat məbləğində kredit verilmişdir. Tərəflər müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğin illik 34% miqdarında cərimə hesablanmasını da razılaşdırmışlar. Cavabdeh1 ilə bank arasında bağlanmış eyni tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, *********************** saylı mənzili ipoteka ilə yüklü edilərək, iddiaçının tələb hüququna təminat verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərə k, müvafiq olaraq 40.800 manat məbləğində krediti Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq, borcunu qrafik üzrə qaytarmamış və 29 noyabr 2016-cı il tarixə tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. 11 noyabr 2015-ci il tarixli, ******** saylı kredit müqaviləsi, eyni tarixli sonrakı ipoteka müqaviləsi, məxaric kassa orderi, ödəniş qrafiki, maliyyə arayışı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 20 noyabr 2015-ci il tarixli çıxarış, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında pre tenziya məktubu, ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə məktub və 05 yanvar 2018-ci il tarixli etiraz ərizəsi ilə təsdiqlənir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11847/18 saylı 08.11.2018-cı il tarixli qərardadı ilə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. Lakin beş aydan çox vaxt keçdikdən sonra ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 22 aprel 2019-cu il tarixli məktubuna əsasən çıxarış və texniki pasportda göstərilmədiyi, lakin mövcud olduğu tikililərə sənədlər cavabdehlər tərəfindən təqdim edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin əmlakın qiymətləndirilməsi barədə qərardadının icrası mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi mülki işin baxıl masında süründürməçiliyi aradan qaldırmaqla, tez baxılması məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli fərmanının 7.4-cü bəndini rəhbər tutaraq mübahisəli X1 mülkiyyətində olan Bakı şəhəri, ************************************ saylı mənzilinin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə məhkəmənin 29 aprel 2019-cu il tarixli qərardadı ilə mütəxəss rəyinin verilməsi özəl quruma, “xxxx” MMC-nə həvalə edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qərardadı ilə mübahisəli mənzilin hazırki real bazar dəyərini müəyyən etmək məqsədi ilə “xxxx” MMC Konstaltinq və Qiymətləndirmə Şirkəti tərəfin dən verilmiş 15.05.2019-cu il tarixli MB ******* mütəxəssis rəyi, hazırki dövrün real bazar qiymətini əks etdirdiyindən, həmin rəydə göstərilən qiymət əsas götürülməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3-cu və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şə rh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar