Məhkəmə qərarları › İş №2(102)-6807/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6807/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6807/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili MA və Cavabdeh2 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin MK-nın 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov, iş № 2(008)-5791/2017 s aylı mülki iş) iddia qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 52075,33 ABŞ dolları məbləğində kredit borcu, 14433,58 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 67508,91 ABŞ dolları, 027KK**********01 saylı kredit razılaşması üzrə 4944,92 ABŞ dolları məbləğində kredit borcu, 179,85 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5624,77 ABŞ dolları borc olmaqla ümumilikdə cəmi 73133.68 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dö vlət rüsumunun və 21 manat xidmət haqqı tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Bakı şəhəri Sabumçu rayonu Bakıxanov qəsəbəsi X4 küçəsi ev 23 ünvanında Cavabdeh2 mülkiyyətində olan 31 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və cəmi ümumilikdə cəmi 73133.68 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı həmin əmlakın hərracda satılmasından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Ca vabdeh1 və Cavabdeh3 ümumi qaydada tutularaq İddiaçı-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən, məruzəçi), E.Nağıyeva və H.Həmidov, 2(103)1113/2019 saylı mülki iş) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 İddiaçı-nin xeyrinə müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 51556,90 ABŞ dolları əsas, 14092,22 ABŞ dolları məbləğində faiz borcunun və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 66649,12 ABŞ dollarının tutulması, tutmanın Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəs i X4 küçəsi ev 23 ünvanında Cavabdeh2 mülkiyyətində olan 31 nömrəli mənzilin ilkin satış qiyməti 82.000 manat müəyyən edilməsi, Cavabdeh2 dövlət büdcəsinə 20 manat ekspertiza xərcinin tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 52075,33 ABŞ dolları məbləğində kredit borcu, 14433,58 ABŞ dolları məbləğində faiz borcu və 29506.34 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 96015.25 ABŞ dolları borcun, -027KK**********01 saylı kredit razılaşması üzrə 4944,92 ABŞ dolları məbləğində kredit borcu, 179,85 ABŞ dolları məbləğində faiz borcu və 2204.89 ABŞ dolları məbləğində cərimə borcu olmaq la, cəmi 5624,77 ABŞ dolları borc olmaqla ümumilikdə cəmi 7329.66 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 103344(yüz üç min üç yüz qırx dörd) ABŞ dolları 91(doxsan bir) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Sabumnu rayonu Bakıxanov qəsəbəsi X4 küçəsi ev 23 ünvanında Cavabdeh2 mülkiyyətində olan 31 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və cəmi 103344.68 ABŞ dolları 91 sent məbləğində borcun,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqı həmin əmlakın hərracda satılmasından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi qaydada tutulması, Bakı şəhəri Sabumnu rayonu Bakıxanov qəsəbəsi X4 küçəsi ev 23 ünvanında Cavabdeh2 mülkiyyətində olan 31 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan bir ay sonra Cavabdeh2 mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsini və iddia tələbində hesablanmış faiz borcunun yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili X2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili MA kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkə mə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya inst ansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 23.01.2007-ci il tarixli kredit xətti müqaviləsindən və 16.07.2015-ci il tarixdə həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə sazişdən görünür ki, cavabdehə bank tərəfindən 60.000 ABŞ dolları məbləğində uzun müddətli maksimum 212 ay müddətinə kredit xətti açılması razılaşdırılmışdır. Həmin müqavilə əsasında bağl anmış 05.11,2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 60.000 ABŞ dolları məbləğində aylıq faiz 1,75 ABŞ dolları olmaqla 35 ay müddətinə kredit verilmişdir. 11.05.2014-cü il tarixli qəbzdən görünür ki, kredit alan 60000 ABŞ dolları məbləğində pulu İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən qəbul edilmişdir. Tərəflər arasında imzalanmış 21.07.2015-ci il tarixli sazişdən görünür ki, kredit öhdəliyi üzrə yeni ödəniş cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən 24.07.2015-ci il tarixə kredit üzrə qalıq borcu 54794,97 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğin 07.07.2020-ci il tarixədək qaytarılması, cəmi 32854,47 ABŞ dolları faiz ödənilməsi müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış 22.01.2016-cı il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 5000 ABŞ dolları məbləğində 16.01.2016-cı il tarixədək aylıq faiz 1,9167 ABŞ dolları olmaqla bank plastik kartı vasitəsilə kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə 23.01,2007-ci il tarixli və 19.11.2008-ci il tarixli zaminlik müqavilələri bağlanmış, 16.07.2015-ci il tarixdə kredit öhdəliyinin həcminin artması ilə əlaqədar həmin müqavilələrə dəyişikliklər edilmişdir. Kredit öhdəliyinin təminatı olaraq 14.01.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 mülkiyyətində olan Bakı səhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, ev 23, mənzil 31 ünvanında yerləşən ev ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 39342,10 manat məbləğində qiymətləndirilmişd ir. 24.07.2015-ci il tarixdə kredit öhdəliyinin həcminin artması ilə əlaqədar həmin müqaviləyə dəyişiklik edilmiş və dövlət reyestrində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Kredit alan və zaminlər tərəfindən kredit ödənişlərinin həyata keçirilməsi təmin edilmədiyindən bank tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, bundan sonra ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, eyni zamanda bildiriş dövlət reyestrində qeydə alınmışdır. Kredit borcunun ödənilməsi təmin edilmədiyindən bank 26.04.2017-ci il tarixdə kreditin vaxtından əvvəl qaytarılması üçün iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 295, 279, 296.1, 307.6, 385-ci 421.1, 421.2, 442, 445.1, 448.1, 470.1, 471-ci maddələrinə, “İpoteka haqqında" Qan unun 36-cı maddələrinə istinad edərək iddianı yuxarıda qeyd edilən məbləğlərdə-əsas və faiz borcu hissəsində tam, dəbbə pulu hissəsində Mülki Məcəllənin 467-ci maddəsinə əsasən qismən təmin etmişdir. Cavabdeh tərəfindən kredit borcunun məhkəmə tərəfindən tutulmuş məbləği mübahisələndirildiyindən işə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 25.04.2019-cu il tarixli 31718 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 21.04.2017-ci il tarixə (bank tərəfindən maliyyə arayışı verilən tarixə) 21.07.2015-ci il tarixli 027R**********SA saylı kredit müqaviləsi üzrə Cavabdeh2 əsas borcu 51556,90 ABŞ dolları, faiz borcu 14092,22 ABŞ dolları təşkil etmişdir. Ekspert rəyini əsas götürərək məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi 027R**********SA saylı kredit razılaşması üzrə cavabdehlərin əsas və faiz borcunun məbləğini düzgün müəyyənləşdirmədiyindən qətnamə həmin müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, 027R**********SA saylı kredit müqaviləsi üzrə cavabdehlərin əsas borcu 51556,90 ABŞ dolları, faiz borcu 14092,22 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Cavabdeh2 ilkin olaraq 20.000 ABŞ dolları kredit xətti açılsa da, sonradan həmin müqaviləyə dəyişiklik edilərək kredit xəttinin həddi 60.000 ABŞ dolları, kredit xəttindən istifadə müddəti 212 ay müəyyən edilmiş və müvafiq olaraq ipoteka müqaviləsinə bununla bağlı dəyişiklik əlavə edilmişdir. Buna görə də ipoteka müqaviləsinə xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların olmadığı müəyyən ed ilmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərək qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 51556,90 ABŞ dolları əsas, 14092,22 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 66649,12 ABŞ dolları t utulmaqla, tutmanın yönəldilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X4 küçəsi, ev 23 ünvanında Cavabdeh2 mülkiyyətində olan 31 nömrəli mənzilin ilkin satış qiymətinin 82.000 manat müəyyən etməklə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar