Məhkəmə qərarları › İş №2(102)-6809/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6809/2019

04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6809/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(103)6247/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin (hakim R.Mustafayev) 22.01.2 019-cu il tarixli, 2(094)-1/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 13.01.2015-ci il tarixli BAKU1-26092-10818 saylı kredit müqaviləsinə, 13.01.2015-ci il tarixli BAKU1-26092-10818/1 və BAKU1-26092-10818/12 saylı razılaşmalara xitam verilməsi, Cavabdeh 16439.53 ABŞ dolları əsas, 6990.36 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23439.889 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 20 manat ödənilmiş dövlət rüsumu məbləğinin “xxxx” MMCnin xeyrinə tutulması, 10 manat qalıq hissənin tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh 140 manat məbləğində ekspertiza xərcinin dəyərinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabı na ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) 21.05.2019-cu il tarixli, 2(103)-6247/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 22.01.2019-cu il tarixli, 2(094)-1/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” MMC məhkəməyə ərizə ünvanlayaraq tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X4 barışıq sazişi ilə razı olduqlarını bildirərək, məhkəmədən 23.10.2019-cu il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli barışıq sazişini nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.5, 262, 417.1.5-ci maddələrinin tələbinə əsasən iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli barışıq sazişi təsdiq edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli barışıq sazişinə əsasən:

1. Borc məbləği və ödəniş qaydası: 2.1 Tərəflər 13 yanvar 2015-ci il tarixli BAKU1-26092-10818 saylı Kredit müqaviləsi (onuntərkib hissəsi olan 13 yanvar 2015-ci il tarixli BAKU1-26092-10818/1 və BAKU126092- 10818/2 saylı Razılaşmalar daxil olmaqla) üzrə - cavabdehin İddiaçıya olan ümumi borc məbləğini 20 000,00 (i yirmi min) ABŞ dolları məbləğində, qaytarılma müddətini isə 48 (qırxsəkkiz) ay müəyyən edirlər. 2.2 20 000 (iyirmi min) ABŞ dolları 2019-cu ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayının 30-unadək 48 təqvim ayı ərzində, hər ay ən azı 300 (üç yüz) ABŞ dolları məbləğində olmaqla Cavabdeh tərəfindən İddiaçının xeyrinə ödənməlidir. 2.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu müddətlərin ötürülməsi öhdəliklərin lazımınca icra olunmaması lıcsab olunacaq.

2. Öhdəliklərin tam icra olunma şərtləri. 2.1 Bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehin 13 yanvar 2015-ci il tarixli BAKU1-26092-10818 saylı Kredit müqaviləsi (onun tərkib hissəsi olan 13 yanvar 2015-ci il t arixli BAKU1-26092-10818/1 və BAKU1-26092-10818/2 saylı Razılaşmalar daxil olmaqla) üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq.

3. Öhdəliklərin lazımınca icra edilməməsi 3.1 Cavabdeh bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir: 3.2 Cavabdehdən bu Sazişlə müəyyən edilən 20 000 (iyirmi min) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur.

4. Sazişin icraya yönəldilməsi 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və yalazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tə rəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında AR Qanununa əsasən icra edilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 261.0.4, 261.0.5, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 2(102)-1188/2019 nömrəli mülki iş üzrə bağlanmış aşağıdakı məzmunlu 23.10.2019-cu il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Borc məbləği və ödəniş qaydası: 2.1 Tərəflər 13 yanvar 2015-ci il tarixli BAKU1-26092-10818 saylı Kredit müqaviləsi (onuntərkib hissəsi olan 13 yanvar 2015-ci il tarixli BAKU1-26092-10818/1 və BAKU126092- 10818/2 saylı Razılaşmalar daxil olmaqla) üzrə - cavabdehin İddiaçıya olan ümumi borc məbləğini 20 000,00 (iyirmi min) ABŞ dolları məbləğində, qaytarılma müddətini isə 48 (qırxsəkkiz) ay müəyyən edirlər. 2.2 20 000 (iyirmi min) ABŞ dolları 2019-cu ilin noyabr ayından başlayaraq 2023-cü ilin noyabr ayının 30-unadək 48 təqvim ayı ərzində, hər ay ən azı 300 (üç yüz) ABŞ dolları məbləğində olmaqla Cavabdeh tərəfindən İddiaçının xeyrinə ödənməlidir. 2.3 Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu müddətlərin ötürülməsi öhdəliklərin lazımınca icra olunmaması lıcsab olunacaq.

2. Öhdəliklərin tam icra olunma şərtləri. 2.1 Bu Sazişin 1-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra Cavabdehin 13 yanvar 2015-ci il tarixli BAKU1-26092-10818 saylı Kredit müqaviləsi (onun tərkib hissəsi olan 13 yanvar 2015-ci il tarixli BAKU1-26092-10818/1 və BAKU1-26092-10818/2 saylı Razılaşmalar daxil olmaqla) üzrə İddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab ol unacaq.

3. Öhdəliklərin lazımınca icra edilməməsi 3.1 Cavabdeh bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edir: 3.2 Cavabdehdən bu Sazişlə müəyyən edilən 20 000 (iyirmi min) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə tutulur.

4. Sazişin icraya yönəldilməsi 4.1 Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və yalazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və İcra haqqında AR Qanununa əsasən icra edilir. İş üzrə Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(103)-6247/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar