Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-681/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1730/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26.11.2010-cu kr edit xətti müqaviləsinə əsasən, “xxxx” QSC tərəfindən Cavabdeh1 120 ay müddətə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 3. xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz 1,75 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
4. Bankla Cavabdeh1 arasında bağlanmış bir neçə (sonuncusu xx.xx.2018-ci il tarixli) sazişlə kredit razılaşmasında və ödəniş planında dəyişiklik edilərək borcun qaytarılması müddəti 1110.2018-ci ilədək uzadılmışdır.
5. Buna baxmayaraq əsas borclu borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.
6. Bank xx.xx.2019-ci ildə hazırkı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiаçı “xxxx” QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixdə bağlanmış 15R000005182 nömrəli kredit razılaşması üzrə 13581,9 ABŞ dolları məbləğində kredit borcu, 8583,03 ABŞ dolları məbləğində faiz borcu, 10187,63 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 32352,56 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-5) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalıdır.
9. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında maddi vəziyyətini nəzərə alıb faizin və dəbbə pulunun azaldılmasını xahiş etmişdir.
10. Ağcəbədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(017)894/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 15R000005182 nömrəli kredit razılaşması üzrə 13581,90 ABŞ dolları məbləğində kredit borcu, 8583,03 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğin də cərimə borcu, ümumilikdə cəmi 22264,93 ABŞ dolları məbləğində borc (ödəniş gününə dolların manata olan məzənnəsi ilə) və 21 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit xətti, razılaşmalar, və zaminlik müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Zeynalov (sədrlik edən və məruzəçi), İ.Əsədov və M.Həsənov) xx xxxxxx 2020-ci il tarixli, 2(106)-1730/20 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsas məbləğə münasibətdə faizlər artıq hesablanmışdır, kredit müqaviləsinin şərtlərinə əsasən ödənilmiş ilkin aylıq ödənişlərin böyük bir hissəsi faiz məbləğinə silinməli idi. Bununla da faiz məbləği əsas məbləğdən qat-qat aşağı olmalı idi. Hazırki halda isə faiz məbləği əsas məbləğdən cəmi 5000 manat aşağıdır. Buna baxmayaraq iş üzrə mühasibatlıq ekspertizası keçirilməmişdir. Bundan əlavə manatın devolivasiyası ilə əlaqədar borcu ödəmək iqtidarında deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikd ə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
19. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyf iyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisə ləndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına gör ə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının borcun tutulması haqqında tələbi yuxarıda qeyd edilən ma ddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 18-21). Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin təmin edilməsi qanuni və əsaslı olmuşdur.
29. Kollegiya, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, cavabdeh borc məbləğlərinin düzgün hesablanmamasına və onların mühasibatlıq ekspertizası ilə yoxlanılmasına dair mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin maddi vəziyyətinin pisləşməsi və bu səbəbdən borcu ödəyə bilməməsi mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.
30. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunma malıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1730/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.