Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6813/2022 23.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)5912/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhk əməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, e-2(004)1408/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 262500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 555 manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(103)-5912/2022 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, e-2(004)-1408/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsin əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğin də dövlət rüsumu tutulmalıdır. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.
7. Belə ki, iş materiallarına əsasən hazırki iddianın qiyməti 262500 manat olmaqla, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən birinci instansiya məhkəməsinə 555 manat dövlət rüsumu ödənilmişdir.
8. Lakin cavabdeh kassasiya şikayətini verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü və 8.6-cı maddələrinin tələblərinə uyğun olaraq 276,25 manat dövlət rüsumu ödəməli olduğu halda, Azərbaycan Respublikası Ali Məhkəməsinin hesabına cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.
9. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi müəyyən olunmur.
10. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
11. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(103)-5912/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.