Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-682/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-682/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(105)3089/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim N.Abıyev) 11.05.2018-ci il tarixli, 2(0260-222/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimələrin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə “xxxx” ASC-nin Mərkəz filialı ilə 20 avqust 2014-cü il tarixli, 07/5048/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin xeyrinə 30459.03 manat əsas, 10510.06 manat faiz, 50 manat dəbbə pulu olmaqla, cəmi 41019.09 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1nında yerləşən 10 saylı mənzilə yönə ldilməsi, ünvan 1nında yerləşən 10 saylı mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 41019.09 manat məbləğində borcun “xxxx” ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq AR ƏN MEM-nin hesabına köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilməsi üçün ödənilmiş 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, Ş.Abasov, T.Məmmədov) 12.09.2018-ci il tarixli, 2(105)-3089/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11.05.2018-ci il tarixli, 2(0260-222/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinə görə ödənilmiş 15.04 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilmişdir. Cavabdeh1 və vəkili X3 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti icraata qəbul edilmiş və baxılması üçün 04.02.2019-cu il tarixə saat 11:25ə təyin edilmi şdir. Cavabdeh1 və vəkili X3, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 3-cü şəxs X4 məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı “xxxx” ASC iddiadan imtina barədə ərizə göndərərək, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı “xxxx” ASC məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun nümayəndəsinin izahatı dinlənilməmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Resp ublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddiadan imtinası qəbul edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.4, 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin iddiadan imtinası qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli, 2(105)3089/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas b orcun, hesablanmış faizlərin və cərimələrin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-682/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-682/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver