Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-682/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və daşınmaz əmlak obyektinin boşaldılması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli, 2(106)-5 8/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 18 iyun 2015-cü il tarixli, 2015/00049-01 saylı kredit müqaviləsinə əsasən “İddiaçı” ASC tərəfindən Cavabdeh illik 24 faiz olmaqla, 36 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmiş, 18 iyun 2015-cü il tarixli, 2015/00049-01 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən həmin kredit müqaviləsi üzrə öhdəliklərinin son icra müddəti 18 iyun 2018-ci il müəyyən edilmişdir. “İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2015-cü il tarixli, 2015/00049-01İP saylı ipoteka müqaviləsi əsasında Cavabdeh xüsusi mülkiyyətdə olanXrayonu X qəsəbəsi, X küçəsi ev 6-da yerləşən 2 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilədə ipoteka predmetinin qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. “İddiaçı” ASC-nin 18 iyun 2015-cü il tarixli, 2015/00049-01 saylı kredit müqaviləsi üzrə 12 dekabr 2016-cı il tarixə olan kredit borcuna dair maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsi üzrə “İddiaçı” ASC-yə ödənilməmiş əsas borcu 25.568,64 ABŞ dolları, faiz borcu 4.629,44 ABŞ dolları və cərimə borcu 8.970,00 ABŞ dolları olmaqla, cəmi borcu 39.168,08 ABŞ dollarıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı "İddiaçı" ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq iddiaçı "İddiaçı" ASC-nin xeyrinə əsas borc üzrə 25568,64 ABŞ dolları, faiz borcuna görə 4629,44 ABŞ d olları, cərimə borcuna görə 8970,00 ABŞ dolları, borcun cəmi məbləği 39168,08 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31(otuz bir) manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus Xşəhəri,Xrayonu Xqəsəbəsi, X küçəsi, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsi, ev 6, mənzil 2 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin əsas borc üzrə 25568,64 ABŞ dolları, faiz borcuna görə 4629,44 ABŞ dolları, cərimə borcuna görə 8970,00 ABŞ dolları, borcun cəmi məbləği 39168,08 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 31(otuz bir manat) məbləğində pulun iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi, cavabdehin əşyaları ilə birlikdə Xşəhəri,Xrayonu Xqəsəbəsi, X küçəsi, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsi, ev 6, mənzil 2 ünvanında yerləşən mənzildən çıxarılması tələbini irəli sürmüşdür. İmişli Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 06 aprel 2017-ci il tarixli, 2(036)-624/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ödəniş vaxtı məzənnədə milli valyuta ilə 25.568,64 ABŞ dolları əsas borc, 4629,44 ABŞ dolları faiz borcu, 800 ABŞ dolları cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulub “İddiaçı" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş Seriya MH № ******* Hüquqların dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi: 110613600, reyestr nömrəsi: kitab 6, vərəq 5909) Cavabdeh məxsus olanXrayonu Xqəsəbəsi X küçəs i ev 6-da yerləşən 2 saylı mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiyməti 50.000 manat müəyyən edilməsi, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 443, 442, 445,449, 739.1, 739.2-ci normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən olunmuş miqdarda və vaxtda ödənişləri həyata keçirməmiş və nəticədə onun 12 dekabr 2016-cı il tarixə iddiaçı təşkilata yuxarıda müəyyən edilən məbləğdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmiş və onun tələbinə uyğun olaraq Cavabdeh iddiaçı təşkilata olan əsas borcunu 25.568,64 ABŞ dolları və faiz borcunu 4.629,44 ABŞ dolları məbləğində, dəbbə pulunu 800 manat müəyyən etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, İmişli rayon məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(036)-624/2017 saylı qətnaməsinin ləğv edilməsini və “İddiaçı" ASC-nin iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh sifarişi üzrə “xxxx” MMC -nin təqdim etdiyi 10.12.2018-ci il tarixli PR/D-29-2279 nömrəli qiymətləndirmə barədə hesa batdan görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olanXrayonu X qəsəbəsi, X küçəsi ev 6-da yerləşən 2 saylı mənzilin hazırki dövrdə bazar dəyəri 230000 (iki yüz otuz min) manat təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadı üzrə “xxxx” MMC-nin təqdim etdiyi 15.02.2019-ci il tarixli 047/F13/19 nömrəli qiymətləndirmə barədə hesabatdan görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olanXrayonu X qəsəbəsi, X küçəsi ev 6-da yerləşən 2 saylı mənzilin hazırki dövrdə orta bazar qiyməti 225000 (iki yüz iyirmi beş min) manat təşkil etmişdir. İddiaçı “İddiaçı” ASC-nin sifarişi üzrə "xxxx” MMC-nin təqdim etdiyi 09.12.2019-cu il tarixli 01/907 nömrəli qiymətləndirmə barədə hesabatdan görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olanXrayonu X qəsəbəsi, X küçəsi ev 6-da yerlə şən 2 saylı mənzilin hazırki dövrdə bazar dəyəri 168000 (bir yüz altmış səkkiz min) manat, likvid dəyəri 143000 (bir yüz qırx üç min) manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin qərardadı üzrə “xxxx” MMC-nin təqdim etdiyi 05.06.2020-ci il tarixli 0784/20/FİNİKO nömrəli qiymətləndirmə barədə hesabatdan görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olanXrayonu X qəsəbəsi, X küçəsi ev 6-da yerləşən 2 saylı mənzilin hazırki dövrdə orta bazar qiyməti 150000 (bir yüz əlli min) manat təşkil edir. 12 noyabr 2019-cu il tarixli 4529 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən və bildirişdən görünür ki, iş materiallarında olan sənədlərə (ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, kredit müqaviləsi və ödəniş qrafiki) əsasən 18 iyun 2015-cü il tarixli, 2015/00049-01 saylı kredit (borc) müqaviləsi üzrə Cavabdeh 12 dekabr 2016-ci il tarixə banka olan borcu 27.847.73 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 25.470,48 ABŞ dolları, fazi borcu üzrə 2.377.24 ABŞ dollarıdır. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 04.04.2018-ci il tarixədək 9.301,41 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 12.12.2016-cı il tarixə göstərildiyindən 9.301,41 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər Fuad Soltanov - sədrlik edən və məruzəçi, Tale Kərimov və İsmayıl Əhmədov) 23 i yul 2020-ci il tarixli, 2(106)-58/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək İmişli Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(036)-624/2017 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kredit borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 18 iyun 2015-ci il tarixli, 2015/00049-01 saylı kredit müqaviləsi üzrə əsas borc 25 470,48 (iyirmi beş min dörd yüz yetmiş tam yüzdə qırx səkkiz) ABŞ dolları, faiz borcu 2377,24 (iki min üç yüz yetmiş yeddi tam yüzdə iyirmi dörd) ABŞ dolları və cərimə borcu 800 (səkkiz yüz) ABŞ dolları olmaqla, cəmi 28.647,72 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müə yyən etdiyi manat məzənnəsi ilə "İddiaçı" ASC xeyrinə tutulması, İpoteka predmetləri olan Seriya MH № ******* Hüquqların dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən (qeydiyyat nömrəsi: 110613600, reyestr nömrəsi: kitab 6, vərəq 5909) Cavabdeh məxsus Xşəhəri,Xrayonu X qəsəbəsi X küçəsi ev 6-da yerləşən 2 saylı mənzilin ilkin satış qiyməti 168000 (bir yüz altmış səkkiz min) manat məbləğində müəyyənləşdirilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 12 noyabr 2019-cu il tarixli 4529 saylı rəyi üzrə aparılmış tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinin müvafiq hesabına ödənilməsi, İmişli Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2 (036)-624/2017 saylı qətnaməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya ş ikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə qismən razılaşaraq, hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən olunmuş miqdarda və vaxtda ödənişləri həyata keçirməmiş və nəticədə onun 12 dekabr 2016-cı il tarixə iddiaçı təşkilata yuxarıda müəyyən edilən məbləğdə borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsinin digər nəticələrinə əsasən tədqiq edilmiş sübutlar la müəyyən edir ki, iddiaçı tərəfindən tələb edilən borcun cəmi məbləği, o cümlədən əsas və faiz borcu ayrı-ayrılıqda işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, işin obyektiv həllinə nail olmaqdan ötrü apelyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12 noyabr 2019-cu il tarixli 4529 saylı rəyinə əsasən Cavabdeh 12 dekabr 2016-ci il tarixə iddiaçı təşkilata olan borcu 27.847.73 ABŞ dolları, o cümlədən əsas borc üzrə 25.470,48 ABŞ dolları və faiz borcu üzrə 2.377.24 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Halbuki, birinci instansiya məhkəməsi işin həmin halı üzrə ətraflı araşdırma aparmayaraq, iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmiş və onun tələbinə uyğun olaraq Cavabdeh iddiaçı təşkilata olan əsas borcunu 25.568,64 ABŞ dolları və faiz borcun u 4.629,44 ABŞ dolları məbləğində müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda tədqiq edilmiş sübutlara istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən, tərəflərin buna razılıqlarının olub-olmamasını aydınlaşdırmadan ipoteka müqaviləsində olan qiymətləri əsas götürmüş və bununla da həmin hissədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, hazırki iş üzrə 18 iyun 2015-cü il tarixli, 2015/00049-01İP saylı ipoteka müqaviləsində Cavabdeh xüsusi mülkiyyətdəki ipoteka predmeti olan,Xrayonu X qəsəbəsi, X küçəsi ev 6-da yerləşən 2 saylı mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində qiymətləndirilmiş olduğu halda, həmin ipoteka predmetinin dəyəri Cavabdeh sifarişi üzrə “xxx x” MMC tərəfindən 230000 (iki yüz otuz min) manat, apelyasiya instansiyası məhkəməsinin qərardadı üzrə “xxxx” MMC tərəfindən 225000 (iki yüz iyirmi beş min) manat, iddiaçı “İddiaçı” ASC-nin sifarişi üzrə "xxxx” MMC tərəfindən 168.000 (bir yüz altmış səkkiz min) manat və apelyasiya instansiyası məhkəməsinin təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardadı üzrə “xxxx” MMC tərəfindən 150.000 (bir yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin qiymətləndirmədən (“xxxx” MMC tərəfindən 225000 (iki yüz iyirmi beş min) manat) az və təkrar qiymətləndirmədən (“xxxx” MMC tərəfindən 150000 (bir yüz əlli min) manat) çox olmaqla orta qiymət təşkil etdiyindən sözügedən ipoteka predmetinin bazar dəyərinə dair "xxxx” MMC-nin müəyyən etdiyi qiymət daha ağlabatandır və ipoteka predmetinin ilkin satış qiymətinin məhz həmin MMC-nin hesabatında göstərilən məbləğdə müəyyən olunması daha ədalətlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası t ələb olunan cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir Apellyasiya instansiyası məhkəməsi cavabdehin tərəfindən 20 fevral 2017-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək olan müddət ərzində sözügedən kredit müqaviləsi üzrə iddiaçı təşkilatın hesabina cəmi 28651,41 ABŞ dolları məbləğində ödəniş etməsi məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, həqiqətən də cavabdehin nümayəndəsinin baxış üçün təqdim etdiyi ödəniş qəbzləri ilə müəyyən olunur ki, göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaçı təşkilatın hesabına 28651,41 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının tələbi əsasında 12 dekabr 2016-cı il tarixə olan faktiki hallara hüquqi qiymət verərək yekun n əticəyə gəlmiş olduğundan və apelyasiya instansiya məhkəməsi məhz birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxladığından, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra etdiyi həmin ödənişlər hazırki apelyasiya şikayəti üzrə yoxlama predmetinə daxil olmur. Sözügedən ödənişlərin qətnamə üzrə müəyyən edilən ümumi borcdan silinməsi qətnamənin icra mərhələsində həll edilməli olan məsələdir. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448, 465.2 739.1, 739.2, 317,-ci, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 4, 34.1.1-34.1.3, 39, 39.3, 59.3-cü, Mülki Prosessual Məcəllənin 107, 119.1, 119.2, 218.3, 2 17.2, 384.0.1-ci maddələrinə istinadla. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya kollegiyası tərəfindən işin obyektiv həllinə nail olunmaqdan ötrü apelyasiya baxışı zamanı təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 12 noyabr 2019-cu il tarixli 4529 saylı rəyinə əsasən Cavabdeh 12 dekabr 2016-cı il tarixə iddiaçı təşkilata olan borcu 27.847,73 ABŞ dolları, o cümlədən əsas borc üzrə 25.470,48 ABŞ dolları və faiz borcu üzrə 2.377.24 ABŞ dolları məbləğində müəyyən edilməsinə və cavabdeh tərəfindən həmin məbləğin ödənilməsinə və artıq mübahisə predmetinin mövcud olmadığına baxmayaraq iş üzrə icraata xitam verməli olduğu halda, bunu etməmişdir. Ekspert tərəfindən müəyyən edilmiş 27.847,73 ABŞ dolları borc məbləğinin və 800 ABŞ dolları cərimənin (cəmi 28.651,41 ABŞ dolları), habelə ekspertiza təyin edilən vaxtadək ödənilmiş, lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixinin 12.12.2016-cı il tarixə göstərildiyindən nəzərə alınmamış 9.301,41 ABŞ dolları məbləğində vəsait cavabdeh tərəfindən iddiaçının hesabına ödənilsə də, buna aid sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə bunları da nəzərə almamışdır. Məhkəmə kollegiyası qətnamədə bu məsələyə mü nasibət bildirərək qeyd etmişdir ki, həqiqətən də cavabdehin nümayəndəsinin baxış üçün təqdim etdiyi ödəniş qəbzləri ilə müəyyən olunur ki, göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaçı təşkilatın hesabına 28.651,41 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbi əsasında 12 dekabr 2016-cı il tarixə olan faktiki hallara hüquqi qiymət verərək yekun nəticəyə gəlmiş olduğundan və apelyasiya instansiya məhkəməsi məhz birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxladığından, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra etdiyi həmin ödənişlər hazırkı apelyasiya şikayəti üzrə yoxlama predmetinə daxi l olmur. Sözügedən ödənişlərin qətnamə üzrə müəyyən edilən ümumi borcdan silinməsi qətnamənin icra mərhələsində həll edilməli olan məsələdir. Məhkəmə bu mülahizəsini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarına istinad etsə də, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün əsaslandırılmamışdır. Nəticə olaraq belə hesab edirlər ki, məhkəmənin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 8, 9, və 372-ci maddələrin tələblərinin pozulması ilə çıxarıldığından və hüquq normaları düzgün tətbiq edilmədyindən ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir. Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansi ya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəs na olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey i Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88ci maddəsi baxımından düzgün qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində istinad etdiyi mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından iddia qaldırılan vaxta Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli olmasını düzgün qeyd etsə də, tam hüquqlu məhkəmə kimi işi araşdıran apellyasiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının 12 noyabr 2019-cu il tarixli 4529 saylı rəyinə isti nad etməklə gəldiyi nəticəsi düzgün olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi 12 noyabr 2019-cu il tarixli 4529 saylı rəyinə əsaslanaraq Cavabdeh iddiaçı təşkilata olan əsas borcunun 12.12.2016-cı il tarixə 25.470,48 ABŞ dolları və faiz borcu üzrə 2.377.24 ABŞ dolları məbləğində müəyyən edilməsi və buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirsə də, cavabdeh tərəfindən 20 fevral 2017-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək olan müddət ərzində sözügedən kredit müqaviləsi üzrə aparılmış ödənişləri nəzərə almamış, cavabdehin nümayəndəsinin borcun tam ödənilməsi barədə izahatı üzrə araşdırma aparmamış, bununla da prossesual qənaət prinsipini pozmuşdur. MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə o lan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədal ət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhk əmə kollegiyası onları qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən kredit üzrə tələb edilən borcun tam ödənilib-ödənilməməsi müəyyən edilmədən hazırki vəziyyətdə iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nə ticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(106)-58/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.