Məhkəmə qərarları › İş №2(102)-682/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-682/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-682/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, yalan əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin ləğvi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 noyabr 2024-cü il tarixli 2(106)-467/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 50000 manat məbləğində pul borc verməyi, borc alan kredit məbləğini 12 mart 2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kreditin təmin edilməsi məqsədi ilə tərəflər arasında 12 oktyabr 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpote ka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsini ipoteka saxlayan İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunmuş 50.000 (əlli min) manat məbləğində pulun Cavabdeh tutulması və cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3kv/m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ona ödən ilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ondan aldığı pulu geri qaytarmır.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 oktyabr 2021ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsinin ləğv edilməsi və 100 manat dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X5 Bakı şəhərində mollalıqla məşğul olmuşdur. O, tanışı İddiaçı ilə görüşüb ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 20.000 manat məbləğində borc almışdır. Oğlu Araz və İddiaçı şərikli bizneslə məşğul olmaq barədə öz aralarında razılığa gəlmişlər. Sonr adan, oğlu Araz törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş və o, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Oğlu Arazın cinayət işi məhkəmədə olan vaxt Anar onunla əlaqə saxlayaraq oğlu Arazın ona 20000 manat borcu olduğunu demişdir. Borcu verilmədiyi halda Araz barədə o da şikayət edəcəyini demişdir. O, məcbur olub onunla razılaşmışdır ki, həmin borcu özü ödəyəcək. İddiaçı onunla belə bir şərtlə razılaşmışdır ki, notariusda kredit müqaviləsi bağlanılsın. O da razılaşaraq Bakı şəhəri 11 saylı notariat ofisinə getmişdir. Orada İddiaçı ona 20000 manat borclu olduğu barədə sənədlərə imza etdirmişdir. Ancaq həmin vaxt sıxıntı içində olduğundan hansı sənədləri imzaladığını bilməmişdir. Sonradan məhkəmə bildirişi ünvanına gələndən sonra ona bəlli olmuşdur ki, hə min kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv metr olan torpaq sahəsini ipoteka yüklü etmişlər. Notariusda İddiaçı kiminləsə razılığa gələrək sözügedən 20000 manat pulu bankın depozit hesabına qoymuş və sonra həmin məbləği həmin şəxs geri götürmüşdür. Kredit müqaviləsində göstərilən pul məbləğini ümumiyyətlə almamışdır. Əslində, kredit müqaviləsi və ipoteka müqaviləsi yalançı borcun qaytarılmasının təminatı kimi formal xarakter daşıyaraq rəsmiləşdirilmişdir. Belə ki, oğlu Arazla cavabdeh İddiaçı arasında 20.000 manat borc münasibətləri mövcud olmuşdur. Kredit və İpoteka müqaviləsi isə oğlu Araz və İddiaçı arası nda 20.000 manat borc müqaviləsini pərdələmək və onun icrasını təmin etmək məqsədilə bağlanmışdır. Kredit verən yalan əqd bağlamaqla 20.000 manatı tanışı və yaxud da bank işçisindən alaraq notariusun depozit hesabına qoyaraq sonrada həmin şəxsin özünə geri qaytarmışdır. İddiaçı kredit müqaviləsi bağlayarkən ona bildirmişdir ki, borcu ödəməzsə və ya onunla müqavilə bağlamazsa oğlu Araz haqqında şikayət etdiyi halda oğlunun cəzasının daha da çox artıracaqdır. Ona görə də məcbur İddiaçıla müqavilə bağlamışdır. Lakin müqavilədə hansı məbləğdə kredit yazılmasını, həmçinin evinin girov qoyulmasını bilməmişdir. Hazırda İddiaçı ona qarşı iddia qaldıranda ona məlum oldu ki, iddiaçı 50.000 manat pul və borcun ödənilməsini təminatı kimi evini ondan istəyir. Buna baxmayaraq o, iddiaçıya 20000 manat bo rcu tam olaraq ödəmişdir.

7. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə yalançı əqd bağlamağa məcbur olmuşdur. Onun iddiaçıya heç bir borcu qalmayıb. İddiaçıya olan borcunu tam ödəmişdir. Bunu onda olan ödəniş qəbzləri ilə də sübuta yetirə bilər.

8. Lerik Rayon Мəhkəməsinin (hakim A.Kiçibəyov) 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, 12 oktyabr 2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh 29600 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv/m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv/m olan torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq və həmin satışda n əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, qeyd olunan əmlakın açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə ödənilməli olan borcu ödəməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 167.3 kv.metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.025 kv.metr olan torpaq sahəsi borclu Cavabdeh kredit borcunun təminatı olduğundan, iddiaçı tələbin ipoteka ilə yük lü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Ona görə də tələb ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına kredit borcu ödənilməli, evə tutma yönəldikdən və ev satıldıqdan sonra orada yaşayan şəxslər 1 (bir) ay müddətində həmin evdən çıxarılmalıdırlar.

11. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 269.1, 317.1, 319.1, 319.6, 386.1, 385, 445.1, 448.1, 449.1, 470.1, 472.1, 472.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 59.3.1, 59.3.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab olunması və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Onunla İddiaçı arasında ümumiyyətlə hər hansı borc münasibəti olmamışdır. Oğlu Arazla cavabdeh arasında borc məsələsi olmuş, oğlunun ona 20.000 manat borcu olmuş, İddiaçı oğlundan şikayət etməməsi üçün o, İddiaçıla müqavilə bağlamış və 20.400 manat pulu tamamilə ona ödəmişdir. 5.400 manat müqavilədən əvvəl nağd şəkildə verilmiş, qalan pul kart vasitəsi ilə ödənilmişdir. Ümumiyyətlə, o, heç vaxt İddiaçı 50.000 manat borc almamış, onu əvvəllər tanımamış, münasibəti olmamış, sadəcə oğlunun borcuna görə formal olaraq onunla müqavilə bağlamışdır. Lakin məhkəmə işin qeyd olunan faktiki hallarını araşdırmamışdır

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 noyabr 2024-cü il tarixli 2(106)-467/2024 nömrəli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi) Tofiq Heydərov və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(048)-354/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0250 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167.30 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 121500 manat müəyyən edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh müqavilələrin ləğvini tələb etsə də, mahiyyətcə o, həmin müqavilələrin etibarsızlığını iddia edir. Onun tələbinə görə, kredit müqaviləsi yalan əqddir. Cavabdeh tələbində tərəflər arasında bağlanmış kredit müqaviləsinin formal bağlandığını, bu müqavilənin cavabdehin oğlu Araz ilə iddiaçının atası Ənvər arasında olan 2000 manat borc müqaviləsini pərdələmək məqsədilə bağlandığını bildirmişdir. Cavabdeh mahiyyətcə tələbinə görə, əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Cavabdehin tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsi təşkil edir.

16. İlk iddia üzrə iddiaç ının tələbinin təmin edilməsi üçün tərəflər borc münasibətində olmalı, cavabdehin (borclunun) öhdəliyini yerinə yetirməsi müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş borc müqaviləsinin etibarsız olması ilkin iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı tərəf notarial qaydada təsdiq edilmiş 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsini təqdim etmişdir. Müqavilənin qanuniliyi prezumpsiyası vardır. Etibarsızlığı müəyyən edilməyənə qədər müqavilə həqiqi sayılır. Müqavilədə nəzərdə tutulan, kreditin ödənilməsi müddəti başa çatmışdır.

17. Cavabdeh tərəfin vəsatəti əsasında müvafiq qiymətləndiricinin rəyi alınmış, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmişdir. 18. "xxxx" MMC-nin 13 sentyabr 2024-cü il tarixli, UNİ/S50-566/24 saylı rəyinə gö rə, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0250 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167.30 kv.m olan fərdi yaşayış evinin 13 sentyabr 2024-cü il tarixinə bazar qiyməti - 135000 manat, likvid qiyməti - 121500 manat təşkil edir.

19. Cavabdeh tərəfin əsas dəlili ondan ibarətdir ki, kredit müqaviləsi bağlanan zaman 50000 manat “Kapitalbank”da notariat ofisinin depozit hesabına qoyulsa da məxaric olmamışdır. Həmin pulu kimin götürməsi bəlli deyil. Cavabdehin bu dəlili ilə əlaqədar Bakı şəhəri 11 saylı notariat kontorundan borc müqaviləsi və ipoteka müqaviləsi üzrə notariat işləri tələb edilib nəzərdən keçirilmiş və işə əlavə edilmişdir. İpoteka müqaviləsinə Cavabdeh arvadı X1 ərizəsi də əlavə edilmişdir. Həmin ərizəsində, o, ün van 1 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razılığını bildirmişdir. Kredit müqaviləsi üzrə notariat işindən görünür ki, notariat işinə müqavilədə nəzərdə tutulan və borcun predmetini təşkil edən 50000 manatın notariat ofisinin depozit hesabına köçürülməsinə dair qəbz əlavə edilmişdir.

20. Notariat kontorunun depozit hesabına köçürülmüş kredit məbləğinin borc alan Cavabdeh tərəfindən qəbul edilib-edilməməsi barədə sorğusuna cavab olaraq Bakı şəhəri 11 saylı notariat kontoru həyata keçirilən əməliyyatlar üzrə və pul məbləğinin götürülməsi ilə bağlı müvafiq sənədləri təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, 50000 manatın notariat ofisinin depozitinə keçirmək barədə borc verən İddiaçı və borc alan Cavabdeh ərizə ilə müraciət etmiş lər. Müvafiq qaydada təsdiq edilmiş həmin sənədlərdən həmçinin bəlli olur ki, kredit müqaviləsi üzrə pulun məxaric edilməsi üçün borc alana çek təqdim edilmiş və o, çekin kötüyünə imza etməklə çeki qəbul etmişdir. Banka təqdim edilmiş çekin surətindən göründüyü kimi, borc alan tərəfindən pulun qəbul edilməsi onun imzası ilə öz təsdiqini tapmışdır. Notarius Banka müraciət edərək depozitə qoyulan 50000 manatın Cavabdeh verilməsini xahiş etmişdir.

21. Apellyasiya baxışında Cavabdeh müvafiq notariat işinin içərisində olan və məhkəməyə təqdim edilmiş sənədlərdəki, müvafiq çekin kötüyündə “Çek aldım” sözlərinin və Cavabdeh şəxsiyyət vəsiqəsinin məlumatları qeyd edilmiş sənəddəki “Çekdə göstərilən məbləği aldım” sözlərinin qarşısındakı imzanın onun tərəfindən icra edildiyini təsdiq etmişdir.

22. Beləliklə, təqdim edilmiş sənədlərlə cavabdehin 50000 manat pul məbləğini qəbul etməməsi (məxaric olunmaması) barədə dəlili öz təsdiqini tapmır. Göstərilənlər onu deməyə əsas verir ki, mübahisələndirilən kredit müqaviləsi etibarlı müqavilədir.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, iddiaçıya olan mövcud borcunu ödəmədiyindən borc cavabdehdən haqlı olaraq tələb edilmişdir.

24. Məhkəmə kollegiyası "xxxx" MMC-nin 13 sentyabr 2024-cü il tarixli rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0250 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 167.30 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətini 121500 manat müəyyən etmiş, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı "xxxx" MMC-nin müəyyən etdiyi qiymətə tərəflər etirazlarını bildirməmişlər.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.4, 340.2, 385.1, 442, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək (vəkil X2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə təqdim olunmuş məxaric orderi saxtalaşdırılmışdır. O, həmin orderi ümumiyyətlə görməmiş və imza etməmişdir. Məhkəməyə təqdim olunmuş məxaric orderi “skan” olunmuş və imza yerləşdirilmişdir. Hakim məhkəmə iclasında həmin sənədi ona göstərdikdən sonra imzanın ona məxsus olmasını görmüş, lakin onda şübhə yaranmışdır ki, həmin sənəd saxtadır. Çünki həmin sənəd ksero-surət olmuş və sonradan notariat işinə əlavə olunmuşdur. Çünki ilk dəfə məhkəmə tərəfindən tələb edildiyində notariat işinin içərisində məxaric orderi olmamışdır. Müqavilənin notariat formada bağlanması onun etibarlı olması anlamına gəlmir, notariat forma sadəcə yazılı forma şərtidir və 6 şərtdən biridir. Məhkəməyə təqdim olunmuş məxaric orderi də araşdırılmamışdır. Həmin qəbzin sonradan kserosurət for masında təqdim olunması şübhəli məqamdır. Həmin sübut artıq şübhə altındadır və ekspertiza keçirilməklə araşdırılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləş dirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavas itə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

33. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Kassasiya baxışının hədləri

35. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.

37. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığından iş üzrə təqdim edilmiş sübutun (məxaric orderinin) saxta olması ilə bağlı kassatorun dəlili kassasiya instansiyası mərhələsində yoxlanıla bilməz.

39. Prosessual qanunvericilikdə işə mahiyyəti üzrə baxılarkən tərəflərin təqdim edilmiş sübutun mötəbərliyini mübahisələndirmək, sübutun saxta olub-olmadığının yoxlanılması üçün ekspertiza təyin edilməsini tələb etmək hüququ nəzərdə tutulmuş, cavabdeh tərəfindən məhkəməyə nəinki bu barədə vəsatət verilməmiş, sonuncu məhkəmə iclasında məxaric qəbzindəki imzanın ona məxsus olduğunu bildirmişdir. Buna görə də işə baxmış məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı hər hansı prosessual pozuntuya yol verildiyi müəyyən edilmir.

40. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə bağlı olduğundan həmin dəlillər araşdırma predmeti kimi qəbul edilmir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 noyabr 2024-cü il tarixli 2(106)-467/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar