Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6822/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Zamin Əli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli 2(103)1037/2019 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 14.02.2018-ci il tarixli 2(007)-23/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinin, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsinin və 28 noyabr 2014-cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən 176869 manat əsas, 9594.17 manat faiz, 8000 manat cərimə olmaqla, cəmi 194463 manat borcun, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə 5056.94 manat əsas, 373.65 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 5480.59 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh X2 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 9 saylı evin 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə ümumi sahəsi 711.5 kv.m. olan 10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6996.97 manat əsas, 469.53 manat faiz, 200 manat cərimənin, cəmi 7666.5 manat məbləğind ə borcun «xxxx» ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 09.04.2018-ci il tarixli 2(007)-23/2018 nömrəli əlavə qətnaməsi ilə cavabdeh X3 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinin, 15 may 2014cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsinin və 28 noyabr 2014-cü il tarixli MK-FB228 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən 176869 manat əsas, 23218.69 manat faiz, 8000 manat cərimə olmaqla, cəmi 208087.69 manat borcun, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə 4920.97 manat əsas, 726.63 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 5697.6 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsi, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh X2 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 9 saylı evin 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak kompleksi kimi müəssisə ümumi sahəsi 711.5 kv.m. olan 10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına borcun Banka ödənilməsi, X1, Cavabdeh2 və C avabdeh3 müştərək qaydada 28 noyabr 2014-cü il tarixli MK-FB-288 saylı kredit müqaviləsi üzrə 6996.97 manat əsas, 469.53 manat faiz, 1145.97 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 8342.94 manat məbləğində borcun «xxxx» ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, Z.Əliyev, R.Eyvazov) 14.05.2019-cu il tarixli 2(103)-1037/2019 nömrəli qətnaməsi ilə cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(007)-23/2018 nömrəli qətnaməsinin (09.04.2018-ci il tarixli əlavə qətnaməsinin) dəyişdirilməsi, 15.05.2014-cü il tarixli kart müqaviləsi üzrə qət edilən 726.63 manat faiz məbləğinin dəyişdirilərək 553.45 manat məbləğində müəyyən edilməsi, əmlakların ilkin satış qiymətinin-Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin 101 saylı mənzilinin 90000 manat, Abşeron rayonu, Növxanı kəndində yerləşən Əmlak Kompleksinin dəyərinin 300000 manat müəyyən edilməsi, ekspertiza xərci olan 345 manat məbləğində pul vəsaitinin cavabdeh X3 tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və qiymətləndirmə rəyi üzrə 832 manat məbləğində xidmət haqqının cavabdeh X3 tərəfindən “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.05.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 176869 manat əsas, 39662.99 manat faiz borcu olmaqla, cəmi 216531.99 manat borcun, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 4920.97 manat əsas, 640.43 manat faiz borcu olmaqla, cəmi 5561.40 manat borcun və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 61 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun X1 tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, X2 məxsus olan ünvan 1 13 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən ümumi 66.2 kv.m, 36.4 kv.m yaşayış sahəsi, o cümlədən 29.8 kv.m, yardımçı sahəsi olan 2 otaqlı 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi müəssisə ümumi sahəsi 711.5 kv.m (liter A,B,C) olan 0.10 ha torpaq sahəsinə yönəldilərək açıq hərracda satılması və həmin əmlakların satışından əldə edilən məbləğ hesabına “xxxx” ASC-yə ödənilməsi, 28 noyabr 2014-cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinə əsasən cavabdeh X1 6996.97 manat əsas, 1534.86 manat faiz borcu olmaqla, cəmi 8531.83 manat məbləğin borcun cavabdehlər X1, Cavabdeh2 Mirzhəmid oğlundan və Cavabdeh3 müştərək qaydada tutularaq «xxxx» ASC-yə ödəni lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə İddiaçı ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsinin və 28 noyabr 2014cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinin ləğv edilməsi, 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 176869 manat əsas, 23218.69 manat faiz, 85758.18 manat cərimə faizi olmaqla, cəmi 285845.87 manat borcun, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 4920.97 manat əsas, 726.63 manat faiz, 783.13 manat cərimə faizi olmaqla, cəmi 6430.73 manat borcun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 13 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən ümumi 66.2 kv.m., 36.4 kv.m. yaşayış sahəsi, o cümlədən 29,8 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi istifadə edilən ümumi sahəsi 711.5 kv.m. (liter A,B,C) olan 0.10 ha torpaq sahəsinə yönəldilərək, onların açıq hərracda satılması və həmin əmlakların satışından əldə edilən məbləğ hesabına «xxxx» ASC-yə ödənilməsi, 28 noyabr 2014-cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinə əsasən cavabdeh X1 6996.97 manat əsas, 1145.97 manat faiz borcu, 2265,57 manat cərimə faizi olmaqla, cəmi 10408.51 manat məbləğin borcun cavabdehlər X1, Cavabdeh2 Mirzhəmid oğlundan və Cavabdeh3 müştərək qaydada tut ularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ilə İddiaçı ASC arasında bağlanmış 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsinin və 28 noyabr 2014-cü il tarixli MKFB-228 saylı kredit müqaviləsinin ləğv edilməsi, 15 may 2014-cü il tarixli İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 176869 manat əsas, 23218.69 manat faiz, 8000 manat cərimə faizi olmaqla, cəmi 208087.69 manat borcun, 15 may 2014-cü il tarixli 197-K-B saylı kredit kart müqaviləsi üzrə cavabdeh Feyziyev Rövşən Vəzir oğlundan 4920.97 manat əsas, 726.63 manat faiz, 50 manat cərimə faizi olmaqla, cəmi 5697.6 manat borcu n tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 13 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən ümumi 66.2 kv.m., 36.4 kv.m. yaşayış sahəsi, o cümlədən 29,8 kv.m. yardımçı sahəsi olan 2 otaqlı 101 saylı mənzilə və Abşeron rayonu, Novxanı kəndi Əmlak kompleksi kimi istifadə edilən ümumi sahəsi 711.5 kv.m. (liter A,B,C) olan 0.10 ha torpaq sahəsinə yönəldilərək, onların açıq hərracda satılması və həmin əmlakların satışından əldə edilən məbləğ hesabına «xxxx» ASC-yə ödənilməsi, 28 noyabr 2014-cü il tarixli MK-FB-228 saylı kredit müqaviləsinə əsasən cavabdeh X1 6996.97 manat əsas, 1145.97 manat faiz borcu, 200 manat cərimə faizi olmaqla, cəmi 8342.94 manat məbləğin borcun cavabdehlər X1, Cavabdeh2 Mirzhəmid oğlundan və Cavabdeh3 müştərək qaydada tutular aq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X3 və vəkili Əliyev Akif Zakir oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh R.Feyziyev ilə iddiaçı bank arasında bağlanmış 3 müqavilə üzrə cavabdehin ödəmiş olduğu 94000 manat borc pulun hansı hissəyə ödənilməsi müəyyən edilmir. Dəbbə puluna gəldikdə isə qeyd edilməlidir ki, dəbbə pulu zərərin çatmamış əvəzi olaraq ödənilə bilər. Bank isə hazırda ziyana düşməmişdir. Cavabdeh isə əsas və faiz borcunu ödəməyə hazırdır. Bunlarla yanaşı, əmlakların qiymətləndirilməsinə dair “xxxx” MMC tərəfindən əmlaklara qoyulmuş qiymətlər inandırıcı deyildir. Həmin rəydə əmlakın real dəy əri əks olunmamışdır. Belə ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin 101 saylı mənzilində təmirsiz evlərin dəyəri 90000 manatdan az deyildir. İpoteka predmeti isə təmirlidir və təmirinə 50000 manatdan çox vəsait sərf edilmişdir. Digər ipoteka predmeti olan əmlak kompelsinə gəldikdə isə kompleksin dəyəri 300000 manat müəyyən edilsə də, həmin əmlakın dəyəri 500000 manatdan yuxarıdır. Hətta bununla əlaqədar cavabdeh əmlakın qiymətləndirilməsi sahəsi üzrə ixtisaslaşmış müəssisələrdən birinə-“xxxx” MMC-nə hazırki ipoteka predmetlərinin qiymətləndirilməsi üçün müraciət etmiş və həmin rəylə məhkəmə baxışı zamanı əldə edilmiş rəy arasında kəskin fərq olması öz əksini tapmışdır. Belə ki, həmin rəylə ipoteka predmeti olan mənzilə 115000 manat, əmlak kompeksinə isə 520000 manat dəyər müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh “xxxx” MMC tərəfindən əmlaklara qoyulmuş qiymətlər ilə razı olmamış, sonuncu məhkəmə iclasında iştirak edə bilməməsi ilə əlaqədar məhkəməyə müraciət edib, məhkəmə məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, məhkəmə onun xahişini nəzərə almamış, onun rəyi mübahisələndirməsinə şərait yaratmamışdır. Göründüyü kimi məhkəmə kollegiyası işin faktiki hallarını düzgün nəzərə almamış və düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(007)23/2018 nömrəli qətnaməsinin (09.04.2018-ci il tarixli əlavə qətnaməsinin) dəyişdirilərək 15.05.2014-cü il tar ixli, İRH-FB-002 saylı kredit müqaviləsinə əsasən 8000 manat cərimə, ilkin satış qiyməti-Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin 101 saylı mənzilinin 90000 manat, Abşeron rayonu, novxanı kəndində yerləşən Əmlak Komplkesinin dəyəri 300000 manat müəyyən edilmiş, ekspertiza xəri olan 345 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və qiymətlənirmə rəyi üzrə 832 manat xidmət haqqının onun tərəfindən “xxxx” MMC-nin hesabına ödənilməsi hissəsində ləğv edilərək, yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdeh X3, vəkili Əliyev Akif Zakir oğlu və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili Məmmədov Zamin Əli oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269 -270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 470-471, 550-554, 556, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətlərinin subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi üçün əsaslar olmasada, dəyişdirilməsi üçün əsaslar müəyyən edən məhkəmə kollegiyası hesab etmişdir ki, X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-23/2018 saylı işi üzrə 14 fevral 2018-ci il tarixli (09 aprel 2018-ci il tarixli əlavə) qətnaməsi ekspertiza rəylərinə müvafiq dəyişdirilməli, 15.05.2014-cü il tarixli kart müqaviləsi üzrə qət edilən 726,63 manat faiz məbləği dəyişdirilərək 553,45 manat məbləğində müəyyən edilməli, əmlakların ilkin satış qiyməti - Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 9 saylı evin, 101 saylı mənzilin 90000, Abşeron rayonu, Novxanı kəndində yerləşən Əmlak Kompleksinin dəyəri 300000 manat müəyyən edilməli, ekspertiza xərcləri cavabdehdən tutulmalı, apellyasiya şikayətlərinin tam təmin edilməsi üçün əsaslar olmadığından onların verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərc i cavabdehə aid edilməlidir. Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni tam əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya baxışı zamanı ipoteka predmeti olan mənzil və qeyri-yaşayış sahəsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin edilmiş və məhkəmə həmin rəy üzrə əldə etdiyi qiymətlərlə ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmişdir. Həmçinin iş materiallarından görünür ki cavabdeh R.Feyziyev 13.05.2019-cu il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini göstərmiş (səh 73), məhkəmə kollegiyası həmin tarixdə qətnamə qəbul etməklə məhkəmə araşdırmasını yekunlaşdırmış, məhkəmə iclas protokolunda cavabdehin məhkəməyə ünvanlandığı teleqr ama münasibət bildirməmiş, cavabdehin əldə edilmiş, rəylərə münasibətini öyrənməmiş, bununla da ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Hətta hazırki halda cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə edilmiş qiymətləndirmə rəyindən də görünür ki, məhkəmə baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyi üzrə qeyri-yaşayış sahəsinin (Əmlak Kompleksinin) müəyyən edilmiş dəyəri ilə şikayətə əlavə edilmiş rəy üzrə əmlakın dəyəri arasında əhəmiyyətli dərəcədə fərq mövcuddur. Bu isə cavabdehin kassasiya şikayətində qeyd etdiyi kimi məhkəmə baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyini mübahisələndirməsi üçün, ədalətli və ətraflı məhkəmə araşdırmasının davam etdirilməsi üçün kifayət qədər əsas verir. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümu mi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli mə hkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kassasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə gəlikdə isə, kassasiya kollegiyası qeyd edir ki, cərimə borcunun düzgün müəyyən edilməməsi və ya əsassız müəyyən edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və cərimə borcu hissəsi üzrə qətnamə qəbul edərkən apellyasiya kollegiyası haqlı olmuşdur. Odur ki, kassasiya şikayətinin qeyd edilən hissədə dəlilləri əsaslı hesab edilə bilməz. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli qətnaməsi qismən-ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X4rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.05.2019-cu il tarixli 2(103)-1037/2019 nömrəli qətnaməsi qismən--ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6822/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6822/2019
04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver