Məhkəmə qərarları › İş №2(102)-6829/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6829/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6829/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2023/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, X2, X9 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsinin, 15.03.2019-cu il tarixli DEN-00091- 16/19A əsas kredit müqaviləsinin və DENA00091-16/19A saylı əlavə kredit müqaviləsi ləğv edilməsi, DEN-00074-16/18A saylı kredit müqaviləsindən irəli gələn 19.08.2020-ci il tarixinə olan 80280.1 manat əsas borc, 14875.24 manat faiz məbləği, 5511.39 manat dəbbə borcu, ümumilikdə 100666.73 manat məbl əğində borcun və DEN-A00091-16/19A Əlavə kredit müqaviləsindən irəli gələn 19.08.20-ci il tarixinə olan 87231.65 manat əsas borc, 16115.09 manat faiz məbləği, 4903.14 manat dəbbə borcu, ümumilikdə 108249.88 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11.12.2018-ci il tarixli DENG-00074-16/18A saylı ipoteka müqaviləsi və 15.03.2019-cu il tarixli DENG- B00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilə, Ca vabdeh1 və Cavabdeh2 arasında bağlanmış 11.12.2018-ci il tarixli DENG-A00074-16/18A saylı ipoteka müqaviləsi və 15.03.2019-cu il tarixli DENG-A0009116/19A saylı Sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə X5 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzilə, Cavabdeh1 və Cavabdeh6 15.03.2019-cu il tarixli DENG-00091-16/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh6 qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzillərə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və ipoteka və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin ipoteka və sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməs i, ipoteka və sonrakı ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh5, X7 və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzildə qeydiyyatda olan Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsi və ipoteka predmetləri olan mənzillərin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “HəziAslanov” filialı ilə Cavabdeh1 arasında 11.12.2018- ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 100000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.12.2018-ci il tarixdə iddiaçı ilə DENG-00074-16/18A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə X5 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzili və 11.12.2018-ci il tarixdə iddiaçıyla DENG-A00074-16/18A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili ipotekaya qoymuşdur. Cavabdeh2 11.12.2018-ci il tarixdə id diaçı ilə DENZ-00074-16/18A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 DEN-00074-16/18A saylı kredit müqaviləsinə zamin durmuşdur. Həmçinin iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında 15.03.2019-cu il tarixli DEN-0009116/19A saylı kredit müqaviləsinə əsasən, borcalana 60 ay müddətinə, 15.03.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 200000 manat məbləğinədək kreditlər verilməsi razılaşdırılmışdır. İddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında 15.03.2019-cu il tarixli DEN-A0009116/19A saylı Əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 100000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qi smində cavabdehlər Cavabdeh1 və Cavabdeh6 15.03.2019-cu il tarixdə iddiaçı ilə DENG-00091-16/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzili; 2) Cavabdeh1 və Cavabdeh2 15.03.2019-cu il tarixdə iddiaçı ilə DENG-A00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili; 3) Cavabdeh1 və Cavabdeh2 15.03.2019-cu il tarixdə iddiaçıyla DENGB00091-16/19A saylı Sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270ci mənzilləri ipotekaya qoymuşdur. Cavabdeh2 15. 03.2019-cu il tarixdə iddiaçıyla DENZ-0009116/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1nun DEN-A00091-16/19A saylı Əlavə kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh1 kredit müqavilələrinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqavilələri üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 213 gün gecikməyə və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 209 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan DEN-00074-16/18A kredit müqaviləsinin və DEN-A00091-16/19A saylı əlavə kredit müqaviləsin in 2.10-cu və ipoteka müqavilələrinin 7.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 oktyabr 2020-ci il tarixli 2(009)-1855/2020 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi qismən təmin edilərək, Bank "xxxx" ASC-nin «Həzi Aslanov» filialı ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2018-ci il tarixli DEN-00074-16/18A saylı kredit müqaviləsi, 15.03.2019-cu il tarixli DEN-00091-16/19A saylı əsas kredit müqaviləsi və DEN-A0009116/19A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə müştərək qaydada DEN-00074-16/18A saylı kredit müqaviləsindən irəli gələn 19.08.2020-ci il tarixinə olan 80280.1 manat əsas borc, 14875.24 manat faiz borcu, 5511.39 manat dəbbə borcu olmaqla, ümumilikdə 100666.73 manat məbləğində borcun və DEN-A00091-16/19A əlavə kredit müqaviləsindən irəli gələn 19.08.2020-ci il tarixinə olan 87231.65 manat əsas borc, 16115.09 manat faiz məbləği, 4903.14 manat dəbbə borcu olmaqla, ümumilikdə 108249.88 manat məbləğində borunc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzilə, X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Bank "xxxx" ASC-nin xeyrinə tutulan borcun və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 və X1 qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, Həs ənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzili, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzili və Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 174-cü mənzili hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehlər müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə yaranmış və tələb edilən borc onlardan tutulmalıdır. Cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra olun madığından, məhkəmə, tutmanın cavabdehlərə məxsus ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra yaşayan şəxslər tərəfindən mənzilin boşaldılması barədə tələbləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3, X12 və Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 270-ci mənzilə, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, 269-cu mənzildən istifadə hüququna xitam verilməsi hissəsində əsassızıdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, bank iddiaçı kimi mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi predmeti üzrə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də «İpoteka haqqında» Qanunda bankın cavabdehə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi predmeti ilə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzilin özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Res publikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 385.1, 421.2, 423.2, 442, 447.1, 462, 467, 472.1, 472.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 59.3.1, 59.3.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyalə Cəmilova) 2(103)-2023/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı ilə əlavə əmlakın qiymətləndirilməsi təyin edi lmiş, qiymətləndirmənin keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyalə Cəmilova) 2(103)-2023/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. "xxxx" MMC-nin 30.04.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V-də yerləşən 270 saylı mənzilin likvid dəyəri 135000 manat müəyyən edilir. X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V-də yerləşən 269 saylı mənzilin likvid dəyəri 50000 manat müəyyən edilir. X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V-də yerləşən 174 saylı mənzilin likvid dəyəri 98000 manat müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.04.2021-ci il tarixli, 9/1822 nömrəli rəyinə əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 11.12.2018-ci il tarixli, DEN-00074-16/18A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 19.08.2020-ci il tarixə əsas borc üzrə 76395.61 manat, faiz borcu üzrə 12463.42 manat müəyyən edilir. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 15.03.2019-cu il tarixli, DEN-00091-16/19A saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 19.08.2020-ci il tarixə əsas borc üzrə 87785.70 manat, faiz borcu üzrə 14057.58 manat müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (haki mlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyalə Cəmilova) 2(103)-2023/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin olunması, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2018-ci il tarixli DEN-00074-16/18A №-li kredit müqaviləsi və 15.03.2019-cu il tarixli DEN-00091-16/19A №-li əsas kredit müqaviləsi və DEN-A0091-16/19A №-li əlavə kredit müqaviləsinin ləğv edilməsi, 11.12.2018-ci il tarixli DEN00074-16/18A №-li kredit müqaviləsiüzrə 19.08.2020-ci il tarixinə olan əsas borc kimi 76.395,61 manat, faiz borcu kimi 12.463.42 manat, dəbbə pulu kimi 3.000 manat, cəmi 91.859,03manatborcun cavabdehlər Cava bdeh1 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, 15.03.2019-cu il tarixli DEN-00091-16/19A №-li əsas kredit müqaviləsi və DENA00091-16/19A №-li əlavə kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə olan əsas borc kimi 87.231,65 manat, faiz borcu kimi 14.057,58 manat, dəbbə pulu kimi 3.000 manat, cəmi 104.289,23 manat borc cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,4 manatın cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmaı, tutmanın X5 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 270 və 269 №-li mənzillərə və X1 məxsus olan, Bakı şəhəri, Yasama l rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 174 №-li mənzilə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 270 №-li mənzilin ilkin satış qiymətinin 135.000 manat, 269 №-li mənzilin ilkin satış qiymətinin 50.000 manat, 174 №-li mənzilin ilkin satış qiymətinin isə 98.000 manat müəyyən edilməsi, mənzillərin açıq hərracda satılması, satışdan əldə edilnə pul hesabına borcun ödənilməsi, qalan vəsaitin müvafiq olaraq X8 və X1 qaytarılması, mənzillərin satışından əldə edilən pul borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh1 və X3 tutularaq "xxxx" ASC-yə verilməsi, mənzillərin satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissəsi rədd olunması, qiymətləndirmə xərci olan 450 manatın Cavabdeh1 v ə X3 tutularaq "xxxx" MMC-yə verilməsi, mühasibat ekspertizasının xərci olan 50 manatın Cavabdeh1 və X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 11.12.2018-ci il tarixli, DEN-00074-16/18A №-li kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə əsas borc kimi 76.395,61 manat, faiz borcu kimi 12.463,42 manat, dəbbə pulu kimi 3.000 manat borcalan və zamindən bankın xeyrinə tutulmalıdır. Belə ki, apellyasiya icraatı zamanı keçirilmiş məhkəməmühasibat ekspertizasının rəyi ilə müəyyən olunub ki, həmin müqavilə üzrə 19.08.2020-ci il tarixinə borcalanın banka olan əsas borcu 76.395,61 manat, faiz borcu 12.463,42 manat təşkil edir. Bank dəbbə pulu kim i 5.511,39 manat tələb etsə də o, tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu kimi 3.000 manat tutulmalıdır. 15.03.2019-cu il tarixli DEN-00091-16/19A №-li əsas kredit müqaviləsi və DENA0091-16/19A №-li əlavə kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə əsas borc kimi 87.231,65 manat, faiz borcu 14.057,58 manat, dəbbə pulu kimi 3.000 manat pul borcalan və zamindən bankın xeyrinə tutulmalıdır. Belə ki, apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən olunub ki, həmin müqavilə üzrə 19.08.2020-ci il tarixinə borcalanın banka olan əsas borcu 87.785,70 manat, faiz borcu 14.057,58 manat təşkil edir. Bankın tələb etdiyi əsas borcun məbləği (87.231,65 manat) ekspertin müəyyən etdiyi əsas borcun məbləğindən (87.785,70 manatdan) azdır. Ona görə də əsas borc kimi bankın tələb etdiyi məbləğdə pul tutulmalıdır. Bank dəbbə pulu kimi 4.903,14 manat tələb etsə də o, tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu kimi 3.000 manat tutulmalıdır. Borcalan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutma ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməlidir. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticəsində verilmiş hesabata görə Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 270 №-li mənzilin ilkin satış qiyməti 135.000 manat, həmin evdə yerləşən 269 №-li mənzilin ilkin satış qiyməti 50.000 manat, həmin evdə yerləşən 174 №-li mənzilin ilkin satış qiyməti 98.000 manat təşkil edir. Ona görə də ilkin satış qiyməti hesabatda göstərildiyi kimi müəyyən olunmalıd ır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Belə ki, cavabdehə məxsus mənzillər bitişik mənzillərdir və həmin mənzillər ayrı-ayrılıqda deyil, bir mənzil şəklində bazar qiyməti müəyyən edilməli olduğu halda edilməmiş, nəticədə həmin mənzillərin ilkin satış qiyməti dəyərindəmn xeyli aşağı müəyyən edilmişdir. Bu barədə məhkəmə iclasında şifahi formada verdik ləri vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Vəkil2, digər cavabdehlər Cavabdeh3, X6, X8, X12 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamənin tam ləğvi xahiş edilsə də, əslində qətnamə ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etsə də, kasasiya şikayətinin məzmununda yalnız ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyinə istinad etmiş, iddia tələbinin rədd edilməli olması ilə bağlı hər hansı dəlil göstərməmiş, hər hansı halı vurğulamamışdır. İpoteka predmeti olan mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı cavabdehin dəlilinə g əldikdə isə qeyd edilməlidir ki, cavabdehin bu dəlili də formal xarakterli olmuşdur. Belə ki, cavabdeh mənzillərin bitişik olmasına istinad edib bazar qiymətinin xeyli aşağı müəyyən edilməsini göstərmiş olsa da, mənzillərin ilkin satış qiyməti əldə edilmiş mütəxəssis rəyinə uyğun müəyyən edilmişdir ki, cavabdeh həmin rəyin qeyri-mötəbərliyi barədə hər hansı sübuta və ya hala istinad edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2023/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar