Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-683/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 yanvar 2019-cu il İş № 2(102)-683/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı-nin vəkili X4 oğlu və Cavabdeh vəkili Mehrəliyev Cabir Miriş oğlunun iştirakı ilə, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-410/2017 nömrəli iş üzrə 14 iyun 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsi nin (hakim Z.C.Tahirov) 24 may 2016-cı il tarixli, 2(027)-122/2016 nömrəli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2013-cü il tarixli, 13013-01/337594 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı-nin xeyrinə 13209,16 ABŞ dolları əsas borc, 542,51 ABŞ dolları faiz borcu və 1 ABŞ dolları penya olmaqla, cəmi 13.752,67 ABŞ dolları borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 2 9,88 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 50 manat ekspertiza xərcinin 49.80 manatının Cavabdeh, 0.20 manatının isə İddiaçı-dən alınaraq «xxxx» MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi) A.Q.Hüseynov və G.F.Tağızadə) 2(105)-410/2017 nömrəli iş üzrə 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin İdarə Heyətinin sədri X.Həsənovanın apelyasiya şikayəti qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(027)-122/2016 nömrəli qətnaməsi qismən – «iddia Cavabdeh məxsus olan «HYUNDAİ İ30» minik markalı (buraxılış ili 2013, Ban TMAD351BBEJ099451, mühərrik G4FGCZ651179, rəngi ağ, tip sedan) ** DZ *** dövlət nişanlı minik avtomo bilinə tutmanın yönəldilməsi, avtomobilin qiymətləndirilməsi və açıq hərracda satılması məqsədi ilə hərrac təşkilatının sərəncamına verilməsi, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi hissəsində təmin edilməsin» hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməsi, tutma Cavabdeh məxsus olan “Hyundai İ30” minik markalı (buraxılış ili 2013, Ban TMAD351BBEJ099451, mühərrik G4AGCZ651179, rəngi ağ, tip sedan) ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin ilkin açıq hərracda satılması qiyməti 19.000 (on doqquz min) manat müəyyən edilməsi və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan borcun ödənilməsi, “Hyundai İ30” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılması məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borc ümumi qaydada Cavabdeh İddiaçı-nin xeyrinə tutulması, qətnamə – «İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 may 2013-cü il tarixli, 13013-01/337594 saylı kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13.209,16 ABŞ dolları əsas kredit borc, 542,51 ABŞ dolları faiz borcu və 1 ABŞ dolları penya olmaqla, cəmi 13.752,67 ABŞ dolları borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 29,88 manat ödənilmiş dövlət rüsumu tutulması, iş üzrə 50 manat ekspertiza xərcindən 49,80 manat Cavabdeh, 0,20 manat isə İddiaçı-dən alınaraq «xxxx» MMC-nin H/hAZ66AİİB******************** Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093 VÖEN:********** S.W.İ.F.T. AİİBAZ2X M\h:AZ37NABZ******************** saylı hesabına ödənilsin» hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmış dır ki, 24 may 2013-cü il tarixli, 13013-01/337594 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 17% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 18557 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh ilə 24 may 2013-cü il tarixli 13013-01/337594 İ saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus “Hyundai İ 30” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 22.07.2015-ci il tarixə iddiaçıya 13209.16 ABŞ dolları məbləğində əsas kredit borcu, 542.51 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 55,30 ABŞ dolları kredit müqaviləsi üzrə hesablanmış penya, c əmi 13806.97 ABŞ dolları məbləğində vəsait borcu yaranmışdır. Cavabdeh dəfələrlə bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 may 2013-cü il tarixli, 13013-01/337594 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçınin xeyrinə 13209,16 ABŞ dolları əsas borc, 542,51 ABŞ dolları faiz borcu, 55.30 ABŞ dolları kredit müqaviləsi üzrə hesablanmış penya məbləği, cəmi 13.806,97 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılıması üçün ödənilmiş 30 manat mə bləğində dövlət rüsumunun ödənilməsi, cavabdehə məxsus olan “Hyundai İ30” minik markalı (buraxılış ili 2013, Ban TMAD351BBEJ099451, mühərrik G4FGCZ651179, rəngi ağ, tip sedan) ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi, avtomobilin qiymətləndirilməsi və açıq hərracda satılması məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, satışdan əldə ediləcək vəsait hesabına cavabdehin Banka olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qə rarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)410/2017 nömrəli iş üzrə 14 iyun 2017-ci il tarixli qətnaməsinin qismən - Quba Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli, 2(027)-122/2016 nömrəli qətnaməsi qismən – «iddia Cavabdeh məxsus olan «HYUNDAİ İ30» minik markalı (buraxılış ili 2013, Ban TMAD351BBEJ099451, mühərrik G4FGCZ651179, rəngi ağ, tip sedan) ** DZ *** dövlət nişanlı minik avtomobilinə tutmanın yönəldilməsi, avtomobilin qiymətləndirilməsi və açıq hərracda satılması məqsədi ilə hərrac təşkilatının sərəncamına verilməsi, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əl də olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi hissəsində təmin edilməsin» hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməsi, tutma Cavabdeh məxsus olan “Hyundai İ30” minik markalı (buraxılış ili 2013, Ban TMAD351BBEJ099451, mühərrik G4FGCZ651179, rəngi ağ, tip sedan) ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin ilkin açıq hərracda satılması qiyməti 19.000 (on doqquz min) manat müəyyən edilməsi və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə ödənilməsi, “Hyundai İ30” minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılması məqsədilə hərrac təşkilatının sərəncamına verilməsi, satışdan əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borc ümumi qaydada Cavabdeh İddiaçı-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına Cavabdeh kassasiya şikayətinə qarşı iddiaçı tərəfin etirazı daxil olmuşdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh vəkili Mehrəliyev Cabir Miriş oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı-nin vəkili X4 oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək t əmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-410/2017 nömrəli iş üzrə 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bi lər. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, işin həqiqi hallarına və tərəflərin qarşılıqlıı münasibətlərinə əsaslanmayan əsasız bir nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 24 may 2013-cü il tarixli, 13012-01/337594 saylı Kredit müqaviləsindən, kassa məxari orderindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə illik 17% ödəmək şərti ilə Cavabdeh 18557 (on səkkiz min beş yüz əlli yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin öhdəliklərin təmin edilməsi məqsədi ilə həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, 18.200 (on səkkiz min iki yüz) ma nat dəyərində qiymətləndirilmiş, 2013-cü il buraxılışlı “HYUNDAİ İ30” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin (rəngi- ağ olan) ipotekaya qoyulması göstərilmiş, lakin həmin ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmamışdır. İş materiallarında olan: 18 iyun 2015-ci il tarixli, 400 saylı bildirişdən görünür ki, İddiaçı tərəfindən cavabdehə üç gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. 11 iyul 2015-ci il tarixli, 481 saylı ikinci bildirişdən görünür ki, İddiaçı tərəfindən cavabdehə üç gün müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. 06 oktyab r 2015-ci il tarixli, 3057 saylı bildirişdən görünür ki, İddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. 15 oktyabr 2015-ci il tarixli, 3057-01 saylı ərizədən və iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə Cavabdeh məxsus «HYUNDAİ İ30» minik markalı, (buraxılış ili 2013, Ban TMAD351BBEJ099451, mühərriki G4FGCZ651179, rəngi ağ, tip sedan) ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət etmiş və həmin tarixdə DYP orqanı tərəfindən qeydiyyata alınmamışdır. İddiaçı-nin arayışından görünür ki, Cavabdeh İddiaçı-yə 24 may 2013-cü il tarixli kredi t müqaviləsi üzrə 22 iyul 2015-ci il tarixə 131209,16 ABŞ dolları əsas kredit borcu, 542,51 ABŞ dolları faiz borcu və 55,30 ABŞ dolları penya borcu vardır. «xxxx» MMC-nin 03 mart 2016-cı il tarixli, 83 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh məxsus «Hyundai İ30» markalı, ** DZ *** dövlət nömrə nişanlı avtomobilinin ehtiyat hissəsi kimi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan müvafiq qiyməti 550 manat təşkil edir. 05 oktyabr 2015-ci il tarixli, ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. 24 may 2013-cü il tarixli, 13013-01/337594İ ipoteka müqaviləsinin 2.4-cü bəndindən görünür ki, tərəflərin razılaşmasına əsasən girov predmeti olan avtomobilin dəyəri 18.200 manat məb ləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2017-ci il tarixli, 7896 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2013-cü il buraxılışlı «Hyundai İ30» markalı avtomobilin 2017-ci ilin aprel ayına olan bazar qiyməti təxminən 19.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəs inə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, borclu bankdan tələb olunan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Adıçəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstırilən Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunan Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Adıçəkilən Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələb ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sözügedən Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Aşağı instansiya məhkəmələri işdəki sübutlara hüquqi qiymə t verərək dzgün olaraq hesab etmişlər ki, iddianın İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 may 2013cü il tarixli, 13013-01/337594 saylı kredit müqaviləsinin ləğv edilməsi tələbi, həmçinin 13209,16 ABŞ dolları məbləğində əsas kredit borcu və 542,51 ABŞ dolları məbləğində faiz borcu tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının Cavabdeh tələb etdiyi 55,30 ABŞ dolları penya növündə dəbbə pulu 13.209,16 ABŞ dolları məbləğində əsas borc və 542,51 ABŞ dolları məbləğində faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğ olması barədə gəldiyi qənayəti ilə razılaşmışdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun, yəni İddiaçı Açıq Səhmdar Cəmiyyətinin gəliri, kredit müqavil əsi üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər də bbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nə zərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkü n zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, hazırki iş üzrə tələb edilən 55,30 ABŞ dolları məbləğində dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən tənasübsüz surətdə yüksək məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilmə sində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı»19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğün olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «De Cubber Belçikaya qarşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezdentinin 11 aprel 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Daşınar Əmlakın rəsmi reyestrləri onların tərtib edilməsi və aparılması qaydalarına riayət etməmiş, Azərbaycan Respublikası Mülki Məcəllənin 307.7-ci maddəsinin tələbləri pozulmuş və bu səbəbdən 24 may 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız (əhəmiyyətsiz) əqd olması qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, yuxa rıda adı çəkilən fərmana əsasən daşınar əmlakların rəsmi reyestr xidməti qismində Azərbaycan Respublikasının Dövlət Yol Polisi orqanı çıxış edir. İddia ərizəsinə əlavə olunmuş sənədlər sırasında daşınar əmlakın Dövlət Yol Polisi İdarəsində müvafiq qeydiyyata alınması barədə çıxarışın notariat qaydada təsdiq olunmuş surəti əlavə olunmuşdur. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydad a istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın girov və ya ipotekaya qoyulması mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir. Buna görə də, Mülki Məcəllənin 271.1-ci maddəsində əşyanı girov qoyanın yalnız onun mülkiyyətçisi ola biləcəyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Göründüyü kimi, ipoteka müqaviləsində iki tərə f iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İkinci tərəf - ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olur, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə, kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələrinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafıə edilir. Mülkiyyət hüququ ilə yanaşı servitutlar, girov və əmlakdan istifadə hüquqları da əmlak hüquqlarma aid edilmişdir. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, onlar mülkiyyətçi olmayan şəxslərə də məxsus ola bilər. Belə halda həmin hüquqlar başqa şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Belə ki, Mülki Məcəllənin 288-ci maddəsinə əsasən girov qoyulmuş əşyanı saxlayan və ya sax lamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanm sahibliyindən tələb edə bilər. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularının aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər. Bundan əlavə “İpoteka haqqında” Qanunun 10.2.-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfındən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7-ci mad dəsinin tələbinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Qanunda daşınar əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməsi imperativ norma daşımır. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh məxsus olan «HYUNDAİ İ30» minik markalı (buraxılış ili 2013, Ban TMAD351BBEJ099451, mühərrik G4FGCZ651179, rəngi ağ, tip sedan) ** DZ *** dövlət nişanlı minik avtomobilinə tutmanın yönəldilməsi, avtomobilin qiymətləndirilməsi və açıq hərracda satılması məqsədi ilə hərrac təşkilatının sərəncamına verilməsi, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 2(105)-410/2017 nömrəli iş üzrə 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-410/2017 nömrəli iş üzrə 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-683/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-683/2019
18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver