Məhkəmə qərarları › İş №2(102)-6831/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6831/2019

04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6831/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cuiltarixli 2(107)-1704/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 04.09.2018-ci il tarixli 2(051)1872/2018 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 4500 manat məbəlğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) 08.11.2018-ci il tarixli, 2(051)1872/2018 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 04.09.2018-ci il tarixli 2(051)1872/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, iş üzrə icraatın təzələnərk məhkəmə iclasına təyin edilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) 21.12.2018-ci il tarixli 2(051)1872/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 30.05.2019-cuiltarixli 2(107)-1704/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərə findən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin 21.12.2018-ci il tarixli 2(051)-1872/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 11.06.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən ona borc verdiyi 4500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iddianı iddia müddətinin ötürül məsi ilə əlaqədar rədd etsə də, iddiaçının hüquqlarının pozulmasını 2018-ci ilin əvvəllərində, cavabdehin pulu qaytarmaqdan imtina etməsindən sonra bilməsini və bundan sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almamışdır. Bununla bağlı məhkəməyə təqdim edilmiş sübutlar isə sübut kimi qiymətləndirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası maddi və hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı vəkili X1 oğlu və Cavabdeh məhkəm ə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçıməhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 27 fevral 2015-ci il tarixdə İddiaçı Cavabdeh 4500 manat məbləğdə borc pul vermiş, Cava bdeh da aldığı borc pulu 10 may 2015-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbаycаn Respublikаsı Konstitutsiyа Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Azərbаycаn Respublik аsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun L.İ.Binnətovаnın şikаyəti üzrə Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyаsının 05 iyun 2007-ci il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir 08 mаy 2008-ci il tаrixli qərаrındа qeyd edilir ki, hər hаnsı bir mülki mübаhisənin qаnuni həlli bаxımındаn iddiа müddətlərinin аxımının bаşlаnğıcının müəyyənləşdirməsi ilə yаnаşı mübаhisəyə аid bütün digər hаllаr dа nəzərə аlınmаlıdır. İddiа müddətinin tədbiqi qаydаlаrınа riаyət edilməsi üçün ilk növbədə nəzərə аlınmаlıdır ki, iddiа etmək hüququ iddiаnı təqdim etmə və iddiаnın təmin olunmаsı hüquqlаrındаn ibаrətdir. Birinci hüquq məhkəmədən yаrаnmış mübаhisəyə bаxılmаsınа və müvаfiq prosessuаl qаydаdа həll etməsini tələb etmək hüququdur. Bu hüququn həyаtа keçirilməsi hər hаnsı iddiа müddətinin keçməsindən аsılı deyil. Bunа görə də, iddiа müddətinin keçməsindən аsılı olmаyаrаq məhkəməyə iddiаnı təqdim etmək mümkündür (MM-nin 375.1-ci mаddəsi). İkinci hüquq iddiа tələblərinin məhkəmə vаsitəsi ilə məcburi şəkildə həyаtа keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddiа müddətinin keçməsi məhz bu mümkünlüyünün qаrşısını аlır və məhkəmə tərəfindən iddiаdаn imtinа edilməsinə əsаs götürülür (MM-nin 375.2-ci mаddəsi). Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 375.2-ci mаddəsində təsbit edilmişdir ki, məhkəmə tərəfində n iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyаsı qeyd etmişdir ki, iddiа müddətlərinin və onlаrın müəyyənləşdirilməsinin qаydаlаrını nəzərdə tutаn qаnunun tələbləri əsаsən imperаtiv xаrаkter dаşıyır. Eyni zаmаndа qаnun, məhkəmə tərəfindən iddiа müddətinin yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıxаrılаnаdək verdiyi ərizə əsаsındа tətbiq edilməsi bаrədə son dərəcə vаcib qаydаnı nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi il ə bağlı dəlilləri ilə razılaşmamış,qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddəti 10 may 2015-ci il tarixdə başa çatmışdır. Belə olan halda iddiaçı 3 il müddətində, yəni 10 may 2018-ci il tarixədək cavabdehə qarşı iddia qaldırmaq hüququnda olmuşdur. Lakin, iddiaçı bu müddət ərizində iddia qaldırmamışdır. Bundan əlavə iddiаçı qаnunlа müəyyən оlunmuş 3 illik iddiа müddətini üzrlü səbəbdən ötürdüyünə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdirvə birinci instasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin şikayətin dəlillərinə qiymət verməkdə hüquqi cəhətdən düzgün yanaşmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğu kassasiya yoxlaması zamanı müəyyən edilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli 2(107)1704/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar