Məhkəmə qərarları › İş №2(102)-6834/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6834/2019

04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6834/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiаçı İddiaçı vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1576/2019 nömrəli iş üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Balakən rayon məhkəməsinin (hakim Hümbət Səlimov) 21 fevral 2019-cu il tarixli 2(019)-175/ 2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 63115 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci və nümayəndəyə-vəkilə ödənilən xərcə görə 300 manat, cəmi 63445 manat pulun alınıb İddiaçı ödənməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə Balakən rayon məhkəməsinə mürаciət edərək Cavabdeh borcun məbləği olan 63115 manat miqdarında pul vəsaitinin, dövlət rüs umu üçün ödənilən 30 manat və hüquqi yardım üçün vəkilə ödənilən 2000 manat miqdarında pul vəsaitlərinin alınaraq ona ödənilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fındıq alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə də bu səbəblə tanış olmuşdur. Onların tanışlığı 2008-ci ildən başlamışdır. O, müxtəlif rayonlardan fındıq tədarük edib Cavabdeh nisyə vermiş, sonuncu da həmin məhsulu satdıqdan sonra pulunu iddiaçıya vermişdir. 2008-ci ildən 2015-ci ilin noyabr ayının 20-dək aralarında heç bir narazılıq olmamışdır. Lakin o 20 noyabr 2015-ci il tarixdə Cavabdeh verdiyi fındığınpulunu ala bilməmişdir. Cavabdeh hər dəfə ona söz vermişdir ki, heç bir narahatçılığa əsas yoxdur, onun pulunu tezliklə verəcəkdir. Bu minvalla cavabdeh iddiaçıya borcu ndan 100 manat, 2400 manat və 5000 manat pul ödəmişdir. Bu ödənişlərdən əlavə cavabdeh iddiaçıdan 4000 manat pul alaraq 32000 manat dəyərində “ATEKO” markalı yük maşını vermişdir, iddiaçı 32000 manatdan 4000 manatı çıxaraq, cavabdehin borcundan 28000 manatı “ATEKO” markalı yük maşınına görə çıxmışdır. Həmin yük maşını “NZS” pivə zavodunda işləyən bir şəxsə məxsus olmuş və cavabdehin həmin şəxsə 2500 manat borcu olduğu üçün iddiaçı yük maşınını öz adına sənədləşdirə bilmirdi. Buna görə də məcbur olub cavabdehin əmisi oğlu Şahid1 vasitəsi ilə həmin şəxsə 2500 manat pulu ödəyib, yük maşınını öz adına sənədləşdirmişdir. Bununla da cavabdehin iddiaçıya olan borcundan ödədiyi məbləğ 100+2400+5000+28000-2500=33000 manat olmuşdur. Bundan sonra Cavabdeh tərəfindən iddiaçıya olan borcundan heç bir məbləğ ödənilməmişdir. İddiaçı 08 yanvar 2016-cı il tarixdə cavabdehlə görüşərək ona olan borcunu dəqiqləşdirmişdir. Cavabdehin razılığı ilə onun evində video çəkiliş aparılmaqla öz xətti ilə yazdığı qəbzdən də göründüyü kimi 08 yanvar 2016-cı il tarixdə cavabdehin iddiaçıya 18000 manat və 49755 ABŞ dolları (49755$x1,57 manat=78115 manat) borcunun olduğu öz təsdiqini tapmışdır. Həmin dövrdə 1 ABŞ dolları 1,57 manat olmuşdur. Hazırda Cavabdeh iddiaçıya olan borcu 63115 manat təşkil edir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə bağlı dövlət rüsumu üçün 30 manat, hüquqi yardım göstərmək və məhkəmədə hüquqlarını müdafiə etməklə bağlı vəkil üçün isə 2000 manat pul ödəmişdir. Оnа görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qаlmışdır. İş üzrə y uxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Borcun etiraf edilməsi barədə qəbz təziq altında yazılmış, bu barədə video gizli çəkilmişdir. Devalvasiya nəticəsində düşdüyü ziyan nəzərə alınmamışdır. İddiaçı hansı tarixdə, hansı çək idə fındıq verdiyini sübut etməmiş, məhkəmə bu halları nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiаçı İddiaçı vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiаçı İddiaçı ilə cаvаbdeh Cavabdeh fındıq məhsulunun alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçı fındığı nisyə olaraq cavabdehə vermiş, cavabdeh isə fındığı satıb pulunu verməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, ödəməli olduğu 63115 manat pulu iddiaçıya verməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi nisyə verilmiş fındıq məhsulunun dəyəri olan 63115 manat pula aid hissədə əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf fındıq məhsulunun bir hissəsinin xarab olmasını, cavabdehin onu ucuz qiymətə satmasını, cavabdehin borcunun az miqdarda olmasın ı göstərsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfin vəsatəti əsasında dindirilən Şahid1 cavabdehin əmisi oğlu olmasını, digər Şahid2 isə cavabdehin işçisi olmasını nəzərə alaraq məhkəmə onların ifadələrinə tənqidi yanaşaraq onların bu barədə göstərdiklərini qəbul etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş, baxış zamanı həmin çəkilişin 08 yanvar 2016-cı ildə aparıldığını, video görüntünün hər iki tərəfin razılığı ilə aparıldığı, çəkilişin cavabdehin evində aparmaqla öz xətti ilə qəbz yazdığı, qəbzdə 08 yanvar 2016-cı il tarixə cavabdehin iddiaçıya 18000 manat və 49755 ABŞ dolları borcunun olmasının qeyd edildiyi müəyyən edilmişdir. İşdə olan dəftərd ən görünür ki, Şamsuda 18000 manat və 49755 ABŞ dolları borcunun olduğunu yazılı surətdə yazmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1, 567, 600.1, 600.2 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinnin 119.1 və 121.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci mаddəsinin tələbinə görə, öhdəliyə əsаsən bir şəxs (bоrclu) bаşqа şəxsin (kreditоrun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlаk verməli, iş görməli, xidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, kreditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb etmək hüququ vаrdı r. Həmin Məcəllənin 442-ci mаddəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 445-ci mаddəsinin tələbinə görə, icrаnı gecikdirmiş bоrclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditоr qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əs asən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1, 600.2 və 600.4-cü maddələrinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhv il almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya məhkəməsi sadalanan normalara istinad edərək və işin faktiki hallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə cаvаbdeh Cavabdeh nisyə verilmiş malın dəyəri olan 63115 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci və nümayəndəyə-vəkilə ödənilən xərcə görə 300 manat, cəmi 63445 manat pulun alınıb İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası mülk i işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etməmiş, qəbzin təzi qlə yazıldığını, video çəkilişin onun xəbəri olmadan çəkilməsini sübut edə bilməmişdir. Cavabdeh kassasiya şikayətinin iddiaçının hansı çəkidə, hansı qiymətdə mal verməsini sübut edə bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tələb edilən borc cavabdeh tərəfindən etiraf edildiyindən iddiaçı borcun mövcudluğunu sübut etmə yükündən azaddır. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1576/2019 nömrəli iş üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar