Məhkəmə qərarları › İş №2(102)-684/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-684/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-684/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X7 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin bitməsindən sonrakı dövr üçün gecikdirilmiş vaxt üçün illik beş faiz borcun hesablanması, dəbbə pulunun azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlüd oğlunun və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-4029/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “X7 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “X7 Azərbaycan” QSC-nin “Gəncə” filialı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 23943/01 nömrəli kredit müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən, “xxxx” MMC-yə “X7 Azərbaycan” QSC-nin “Gəncə” filialı tərəfindən illik 18 faiz hesablanmaqla 18 ay müddətinə 50000 manat məbləğində kredit verilmiş, borcalan isə müəyyən olunmuş müddətdə və qaydada onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Son ödəniş tarixi xx.xx.2017-ci il müəyyən edilmişdir. “X7 Azərbaycan” Q SC-nin “Gəncə” filialı ilə borcalan “xxxx” MMC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 bank ilə borcalan “xxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan “xxxx” MMC ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “X7 Azərbaycan” QSC cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə cavabdehlərdən 38301,55 manat əsas, 11935,85 manat hesablanmış faiz, 9671,11 manat hər geci kdirilmiş günə görə cərimə və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 59938,84 manat məbləğində borcun QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan MMC kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. xx.xx.2017-ci tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixə “xxxx” MMC-nin kredit müqaviləsi üzrə banka olan əsas borcu 38301,55 manat, faiz borcu 10269,74 manat, cərimə pu lu 7635,07 manat, cəmi borc 56206,36 manat təşkil edir. xx.xx.2018-ci tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixə “xxxx” MMC-nin kredit müqaviləsi üzrə banka olan əsas borcu 38301,55 manat, faiz borcu 11935,85 manat, cərimə pulu 9671,44 manat, cəmi borc 59908,84 manat təşkil edir. xx.xx.2016-cı il tarixli bildirişdən (pretenziyadan) görünür ki, “xxxx” MMC-yə “X7 Azərbaycan” QSC-yə olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova) xx xxxxxxxx 2018-ci il tarixli 2(004)-1410/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada “X7 Azərbaycan” QSC-nin xeyrinə xx xxxxxx 2016-cı il tarixli 23943/01 saylı kredit müqaviləsi üz rə əsas borc qismində 38301,55 manat, faiz borcu qismində 10269,74 manat və dəbbə pulu 700 manat, cəmi 49271,29 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək alınmış ekspert rəyinə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada 38301,55 manat məbləğində əsas borc, müqavilə müddəti üçün 5964,35 manat faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanan 1302,22 manat faiz borcu, 200 manat dəbbə pulu olmaqla, cəmi 45768,12 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Hazırda mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, borc alan tərəfindən kredit müqaviləsi üz rə müqavilə müddəti daxilində sonuncu ödəniş xx.xx.2016-ci il tarixdə edilmişdir. Həmin vaxta əsas borc məbləği olan 39941,78 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 19,97089 manat (39941,78x18%/360=19,97089), həmin faizlərin hesablanmalı olduğu müddət isə 337 gün, yəni müqavilə müddəti daxilində sonuncu ödənişin edildiyi xx.xx.2016-ci il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 6730,18 manat (19,97089x337) təşkil edir. Göründüyü kimi müqavilə müddətinin sonuna (xx.xx.2017-ci il tarixə) 6730,18 manat faiz borcu olmuşdur. Borcalan tərəfindən xx.xx.2017-ci il tarixdə edilmiş 3000 manat ödənişin 765,83 manatı faiz borcuna silinmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən tutulmalı olan faiz borcu 5964,35 manat (6730,18-765,83) məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün faiz borcu illik 5 faizlə hesablanmalıdır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normanın məzmunundan müəyyən edildiyi kimi, əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Hazırki iş üzrə isə pul məbləğinin ödənilməsi gecikdirilmişdir. Göründüyü kimi, müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, bundan sonra borclu tərəfindən sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilmişdir. Belə olan halda sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixədək olan əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 5,547 manat (39941,78x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 42 gün, yəni müqavilə müddəti bitdiyi xx.xx.2017ci il tarixdən sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 232,99 manat təşkil edir (5,547x42). xx.xx.2017-ci il tarixdə borclu tərəfindən 3000 manat ödəniş edilmiş, onun 1640,23 manatı əsas borc məbləğindən silinmiş və 38301,55 man at əsas borc qalmışdır. Həmin vaxta əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 5,3196 manat (38301,55x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 201 gün, yəni sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixdən sonuncu maliyyə arayışının təqdim edildiyi xx.xx.2018-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 1069,23 manat təşkil edir (5,3196x201). Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün faiz borcu illik 5 faizlə hesablanmaqla 1302,22 (232,99+1069,23) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və y a lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək, borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, hesab etmişdir ki, cavabdehlərdən 200 manat məbləğində dəbbə pulunun tutulması yetərli, qanuni və ədalətli sayılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin faiz və cərimə hissəsinə münasibətdə apellyasiya məhkəməsinin dəlilləri əsassız olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya Məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olumuş sübutlar əsasında mahiyyəyi üzrə baxmalı olduğu halda, bank tərəfındən əsaslı və tutarlı subutlarm təqdim olunması nəzərə alınmamış, lazımı qaydada düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Bayramov Pərviz Mövlüd oğlunun və vəkili X2 məhkəmə ko llegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni ke yfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddia tələbinin təmin edilən hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qətnamədən şikayət verən iddiaçı iddia tələbin rədd edilən hissəsini (apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən faiz və dəbbə pulu hissəsi) mübahisələndirmişdir. Ona görə də, məhkəmə aktı yalnız iddiaçının mübahisələndirdiyi hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələn dirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilən faiz borcu ilə bağlı hissəni kifayət qədər əsaslandırmış, müqavilə müddəti bitəndən sonra müqavilə şərtləri ilə müəyyən edilmiş faiz borcunun hesablanmasının yolverilməz olması səbəbindən haqlı olaraq həmin müddətdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək 5 faiz pulun tutulm asını qət etmişdir. Dəbbə pulu hissədə isə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunun azaldılması maddi hüquq normasının tələbinə uyğun olmuşdur. Həmin normaya görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddi açı “X7 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4029/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar