Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6844/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-648/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 24 aprel 2012-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında 36 ay müddətinə illik istifadə dərəcəsi 18 faiz olmaqla 800.000 manat məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi ona məxsus olan N torpaq sahəsində yerləşən 230,6 kv.metr yaşayış, 246,1 kv.metr köməkçi sahədən ibarət 8 otaqlı 2 mərtəbəli 24/2 №-li fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında 24 aprel 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə olan 01 may 2014-cü il tarixli 1 №-li, 30 sentyabr 2014-cü il tarixli 2 №-li, 16 aprel 2015-ci il tarixli 3 №-li, 05 yanvar 2016-cı il tarixli 4 №-li və 27 aprel 2016-c ı il tarixli 5 №-li əlavə razılaşmalara əsasən kreditin məbləği 2.400.000 manat, illik faiz dərəcəsi 20 faiz, müqavilənin müddəti 60 ay müəyyən edilmiş və həmin şərtlərlə Cavabdeh1 2.400.000 manat məbləğində kredit verilmişdir. 24 aprel 2012-ci il tarixli kredit xətti müqaviləsinin və həmin müqavilə üzrə əlavə razılaşmaların təminatı kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.metr ümumi, 230,40 kv.metr yaşayış və 714,31 kv.metr köməkçi sahədən ibarət 9 otaqlı 3 mərtəbəli 428 “a” N-li bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla ipoteka qoyan Cavabdeh2 arasında 01 may 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci inst ansiya məhkəməsində icraat 2017-ci ilin iyul ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit xətti müqaviləsi və ona olan əlavə razışmalar üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən onun 06 iyul 2017-ci il tarixə banka 2.400.000 manat məbləğində əsas, 390.267,72 manat məbləğində faiz borcunun, cəmi 2.790.267,72 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə Cavabdeh1 həmin borcun bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetləri olan fərdi yaşayış evinə və bağ evinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-220/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: F.V.Abdıyev) iddia qismən təmin edilərək Cavabdeh1 bankın xeyrinə kredit borcuna görə cəmi 2.492.325,28 manatın tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, onların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin hesabına kredit borcunun ödənilməsi, artıq qalmış pul vəsaitinin mülkiyyətçilərə qaytarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.520.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 428 “a” saylı bağ evinin ilkin satış qiymətinin 1.640.000 manat dəyərində müəyyən olunması, cavabdehlərin ev satıldıqdan sonra ən geci 1 ay ərzində həmin evlərdən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdehlər apellyasiya şikayəti verərək ipoteka predmetlərinin ilkin satış qiymətlərinin hazırkı bazar qiymətlərindən aşağı göstərilməsini əsas göstərməklə qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində və cavabdehlərin mənzildən çıxarılması hissəsində ləğv edilib iddianın həmin hissələrdə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2078/19 saylı, 21 fevral 2019cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(005)-220/2018 saylı qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və evdən çıxarılma hissələrində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəm əsində birinci icraat İş üzrə Cavabdeh1 ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını əsas göstərməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-179/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər – M.T.Əhmədova (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və Ə.G.Nurməmmədov) Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(103)-2078/19 saylı qətnaməsi qismən-ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apell yasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-648/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(005)-220/2018 saylı qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsinə dair hissədə dəyişdirilərək Bakı şəhərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 4.500.000 manat, Mərdəkan qəsəbəsində yerləşən bağ evinin və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiyməti 4.200.000 manat məbləğində müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayə tinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək ipoteka predmetlərinin ilkin satış qiymətinin əsaslandırılmamış ekspert rəyi əsasında verilməsini və s. əsas göstərməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunmasına dair hissədə ləğv edilib işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin vəkili kassasiya şikayətinın əsassız olduğunu bildirərək təm in edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını d əyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetləri olan fərdi yaşayış evinin ilkin satış qiymətini 4.500.000 manat, bağ evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətini 4.200.000 manat məbləğində müəyyən edərkən "xxxx" MMC-nin 25 fevral 2021-ci il tarixli qi ymətləndirmə rəyinə və eləcə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “MORİON” Qiymətləndirmə Mərkəzinin 09 mart 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin 2017-ci ildə işə baxılarkən "xxxx" MMC tərəfindən verilmiş rəy əsasında müəyyən olunmaqla həmin vaxtdan xeyli müddət keçdiyindən əmlakların ilkin satış qiyməti hazırda verilmiş mütəxəssis rəyləri əsasında müəyyən olunmalıdır. "xxxx" MMC tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli rəydə fərdi yaşayış evinin likvid dəyərinin 4.500.000 manat, bağ evinin likvid dəyərinin 4.200.000 manat, “MORİON” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixdə əmlakların likvid dəyəri müvafiq olaraq 4.600.000 manat və 4.300.000 manat məbləğində müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan qiymətləndirmə rəyləri arasındakı kəskin qiymət fərqinin səbəblərini araşdırmadan, bununla əlaqədar qənaətini əsaslandırmadan nəticəyə gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 24 aprel 2012 və 01 may 2014-cü il tarixli ipoteka müqavilələrində fərdi yaşayış evinin likvid dəyəri qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəy əsasında 1.600.000 manat, bağ evinin likvid dəyəri isə qiymətləndirmə şirkəti tərəfindən verilmiş rəy əsasında 1.800.000 manat məbləğində müəyyən olunmuşdur. 16 aprel 2015-ci il tarixdə ipoteka müqaviləsinə 3 №-li əlavə razılaşmada fərdi yaşayış evinin likvid dəyəri bank tərəfi ndən 1.700.000 manat, (i/v 42, İ cild), 27 aprel 2016-cı il tarixli əlavə razılaşmalarda ipoteka predmetlərinin bank tərəfindən müəyyən edilmiş likvid dəyərləri müvafiq olaraq 1.400.000 manat və 1.300.000 manat məbləğində (i/v.48,49), işə birinci instansiya məhkəməsində baxılarkən "xxxx" MMC tərəfindən verilmiş 03 noyabr 2017-ci il tarixli qiymətləndirmə rəylərində fərdi yaşayış evinin likvid dəyəri 1.520.000 manat məbləğində, bağ evinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri 1.640.000 manat məbləğində (İ cild, i/v 159-192) müəyyən olunmuşdur. Göründüyü kimi, ipoteka predmetlərinin dəyərinin müəyyən olunması ilə əlaqədar verilmiş 03 noyabr 2017-ci il tarixli (işə birinci instansiya məhkəməsində baxılarkən) ekspert rəyində ipoteka predmetlərinin dəyəri ipoteka müqavilələrində müəyyən olun muş qiymətlərdən aşağı olmuşdur. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin dəyərini müəyyən edərkən "xxxx" MMC tərəfindən verilmiş 03 noyabr 2017-ci il tarixli qiymətləndirmə hesabına əsaslanmışdır. "xxxx" MMC tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş 25 fevral 2021-ci il tarixli rəylərdə isə, yuxarıda qeyd olunduğu kimi fərdi yaşayış evinin bazar dəyəri 4.880.000 manat, likvid dəyəri 4.500.000 manat, bağ evinin torpaq sahəsi ilə birlikdə bazar dəyəri 4.500.000 manat, likvid dəyəri 4.200.000 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin əsaslandığı mütəxəssis rəylərində ipoteka predmetlərinin likvid dəyəri birinci instansiya məhkəməsinin əsaslandığı mütəxəssis rəylərində müəyyən olunduğundan təxminən 3 dəfə artıqdır. Apellyasiya instansiyası məhkəməsi həmin rəylər arasında olan qiymət fərqini onların verilmə vaxtları arasında xeyli müddət fərqinin olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının istinad etdiyi həmin əsas ehtimal xarakteri daşımaqla heç bir sübuta söykənmədiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi əmlakların likvid dəyərini müəyyən edərkən onların dəyərlərinin 03 noyabr 2017-ci il tarixidən sonra təxminən 3 dəfə artması, ümumiyyətlə əmlak bazarında daşınmaz əmlakların, o cümlədən fərdi yaşayış evi və bağ evlərinin dəyərinin üç dəfə artması barədə hər hansı bir sübut əldə etməmiş, göstərilən vəziyyətdə yalnız vaxt fərqinə əsaslanmaqla əmlakların likvid dəyərini müəyyən etmişdir. Göstərilən ziddiyyətli və ziyyətdə ipoteka predmeti olan əmlakların likvid dəyəri ilə əlaqədar işdə müəyyənlik olmadığından, kollegiya hesab edir ki, müxtəlif qiymətləndiricilərin birgə rəyi əsasında mübahisə predmeti olan əmlakların real likvid qiymətlərinin müəyyən olunması təmin olunmaqla həmin ziddiyyətlər aradan qaldırılmalı və nəticəsindən asılı olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə cavabdeh verən qanuni və əsaslı qətnamə qəbul olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-648/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məh kəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6844/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6844/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver