Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6848/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 noyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim E. Mehdiyev) 21 may 2018-ci il tarixli, 2(075)244/2018 nömrəli qətnaməsi ilə İddiaçı Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh2 verdiyi 500 manat və 50 0 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi, Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh1 verdiyi 2500 EVRO və 2000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi, Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh3 "xxxx" ASC-dəki hesabına köçürülmüş onun evinin kirayə haqqının 1700 manat məbləğində qalığının alınaraq ona qaytarılması və son üç ildə ona vurduqları 10000 manat məbləğində maddi-mənəvi ziyanlıqların cavabdehlərin arasında bölüşdürülərək ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu xərci özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(107)-2522/2018 nömrəli (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli, İ.Quliyev) qətnaməsinə əsasən İddi açı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(075)- 244/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli, qərarı ilə (sədrlik edən hakimlər E.Vəliyeva, Q.Əsgərov və S.Hacıyev, 2(102)1713/2019 saylı mülki iş) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(107)-2522/2018 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh1 500 avro və 2000 ABŞ dolları tutulmasının rədd edilməsi hissəsində ləğv edilib və mülki iş ləğv olunan hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 12 iyun 2019-cu il tar ixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən, məruzəçi), E.Hüseynov və V.Məlikov, 2(107)1966/2019 saylı mülki iş) hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(075)-244/2018 nömrəli qətnaməsi qismən-yəni “Cavabdeh1 500 avro və 2000 ABŞ dolları tutulmasının rədd edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 2000 ABŞ dolları və 500 avro pul, qətnamə icra olunan günə manata məzənnəsi üzrə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh2 verdiyi 500 manat və 500 ABŞ dolları məbləğində borcun, Cavabdeh1 verdiyi 2500 avro və 2000 ABŞ dol lar məbləğində borcun, Cavabdeh3 Rabitəbankdakı hesabına köçürülmüş kirayə haqqının 1700 manatın və son 3 ildə vurduqları 10.000 manat məbləğində maddi-mənəvi ziyanın cavabdehlər arasında bölüşdürülərək alınıb ona verilməsdinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vax tı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçıilə Cavabdeh1 qohumluq münasibətində olduğundan və onlara rasında qohumluq münasibətindən irəli gələn etibar və etimad yarandığından, iddiaçı sonuncuya (Cavabdeh1) 500 avro və 2000 ABŞ dolları məbləğində pul göndərmişdir. Tələbin bu hissəsi mübah isəsiz olmaqla yanaşı, fakt mövcudluğundan onun hanası məqsədlər üçün cavabdehə verilməsi də mühüm əhəmiyyət kəsb etməmiş və işin mahiyyətinə heç bir təsir göstərmir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 yuxarıda qeyd olunan pul məbləğinin qaytarılmamasının əsas səbəbini müddətin keçməsi ilə əlaqələndirmişdir. Kollegiya bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında yaranmış borc pul tələbi ilə bağlı borcun qaytarılması müddəti barədə razılaşma olmamışdır. Digər tərəfdən iddiaçı iddia ərizəsində 2000 ABŞ dolları və 500 avro pulla bağlı Cavabdeh1 onu qısa müddətə qaytaracağını bildirdiyini göstərməmişdir. İddia ərizəsində qeyd olunmuş 2015-ci ilin sentyabr ayınadək gözləməsi isə müqavilə müddəti və ya tərəflər arasındakı razılaşma müddəti kimi deyil, sadəcə iddiaçı tərəfindən qohu mluq münasibətində olan cavabdehə xoşluqla vaxt verməsi və ona güzəşt etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 386.1. maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcə llənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, İddiaçının iddia ərizəsində göstərdiklərinə əsasən o, 2016-cı ilin yanvar ayından pulunu tələb etməyə başlamış, lakin nəticəsi olmadığından 04.10.2017-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququ nun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Apellyasiya instaniyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh1 qarşı 2000 ABŞ dolları və 500 AVRO pulun qaytarılması tələbi üzrə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddiaçının ədalətli məhkəmə araş dırması hüququnu təmin etməmiş, nəticədə bu hissədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən-yəni “Cavabdeh1 500 avro və 2000 ABŞ dolları tutulmasının rədd edilməsi hissəsində” ləğv etməklə, həmin hissədə yeni qətnamə qəbul etməklə, Cavabdeh1 2000 ABŞ dolları və 500 avro pul, qətnamə icra olunan günə manata məzənnəsi üzrə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6848/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6848/2019
06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver