Məhkəmə qərarları › İş №2(102)-685/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-685/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-685/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “İddiaçıı” QSC-nin cavabdehlər Cavabdeh3-yə, Cavabdeh1, şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “İddiaçıı” QSC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)11184/2019 nömrəli qərardadı ndan Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, öhdəlik üzrə yaranmış borc məbləğinin və borcun vaxtında ödənilməməsinə görə dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2603/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və şirkəti tərəfindən iddiaçı «İddiaçıı» Qapalı Səhmdar Cəmiyyəti qarşısında göstərilmiş xidmət haqqının ödənilməsi öhdəliyinin yerinə yetirilməməsi hərəkət lərinin qanunsuz hesab edilməsi, cavabdehlər Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh1 və «Baghlan Qroup FZCO» şirkətindən müştərək qaydada iddiaçı «İddiaçıı» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə dəmiryolu vasitəsi ilə beynəlxalq yük daşınmasına görə 42777021 (qırx iki milyon yeddi yüz yetmiş yeddi min iyirmi bir) ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində və daxili yük daşımalara görə 137805 (yüz otuz yeddi min səkkiz yüz beş) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx.xx.2018-ci il tarixli, 2(103)-10684/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3-n in apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2603/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) 2(102)-4360/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh3-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-11184/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi apellyantlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Həmin qətnamədən Cavabdeh3 kassasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) xx.xx.2020-ci il tarixli, 2(103)-11184/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11184/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Qərardad belə əsaslandırı lmışdır ki, Cavabdeh3-nin direktoru F.Nadirxanov və vəkili S.İsmayılov tərəfindən verilmiş kassasiya şikayəti, vəkil tərəfindən imzalansa da, kassasiya şikayətinə vəkilin orderi əlavə olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh3 həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsindən onun tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, daha öncə də Cavabdeh3-nin nümayəndəsi və vəkili tərəfindən kassasiya şikayəti verilmiş və həmin zaman Ali Məhkəmə üçün nəzərdə tutulmuş order iş materiallarına əlavə edilmişdir. Məhkəmə ko llegiyası iş materialları ilə ətraflı tanış olmadığı üçün həmin orderə diqqət yetirməmiş və kassasiya şikayətini əsassız səbəbdən geri qaytarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin tərtib olunması üçün rəsmi müqavilə imzalanmadığına və vəkil orderi alınmadığına görə artıq bir məhkəmə instansiyasında istifadə olunmuş vəkil orderindən yenidən istifadə edilməsi yolverilməzdir. Apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Samir İsmayılov, kassasiya şikayətinin dəlillərini müda fiə edərək onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçıı” QSC-nin nümayəndəsi və vəkili Vəkil etirazın dəlillərinə uyğun izahat verərək şikayətin rədd olunmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 407.3. Şikayət onu verən şəxs və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

16. Maddə 407.4. Kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödən ilməsini sübut edən sənəd əlavə olunur.

17. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişdirsə kassasiya şikayəti geri qaytarılır.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, Cavabd eh3-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti müvafiq vəkil orderinin əlavə edilməməsi səbəbindən geri qaytarılmışdır.

23. Kassator bu qərarla ona görə razılaşmır ki, hazırkı iş üzrə daha öncə kassasiya şikayəti verilən zaman Ali Məhkəmə üçün nəzərdə tutulmuş vəkil orderi iş materiallarına əlavə edilmişdir.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, kassatorun istinad etdiyi vəkil orderi əsasında daha əvvəl verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin Mülki Kollegiyasında baxılmış və müvafiq qərar qəbul edilmişdir. Həmin orderin iş materiallarında olması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilən kassasiya şikayətinə yeni orderin əlavə edilməməsi üçün əsas ola bilməz.

25. Azərbaycan Respublikası Vəkillər X1 Ali Məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 838 nömrəli məktubda göstərilmişdir ki, “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsini təsdiq edən sənəddir.

26. Kollegiya qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə vəkilin orderinin əlavə olunmaması, bununla da MPM-nin 407.4-cü maddəsinə riayət edilməməsi barəd ə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır. Odur ki, kassasiya şikayətinin geri qaytarılması haqqında qərardad prosessual hüquq normalarına uyğundur (§ 16-17).

27. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)11184/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar