Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-685/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1178/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. Masallı Rayon Polis X1 icraatında olmuş ********* saylı cinayət işi üzrə müstəntiq X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla, istintaqın yekunlaşdırılması ilə bağlı digər məsələlər həll edilməklə yanaşı, İddiaçı müraciəti ilə bağlı Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda İddiaçı şahid qismində verdiyi ifadədə aşağıdakılar əksini tapmışdır: «...2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına kimi Cavabdeh 33850 ABŞ dolları pul vermişdir. Mirkamran həmin pulun xeyli hissəsini qaytardıqdan sonra ümumilikdə 10000 ABŞ dolları borclu qalmışdır....İstintaq dövrü ərzində Mirkamran aldığı pul borcunu gətirib qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır. Bu sə bəbdən Cavabdeh heç bir şikayət və tələbi yoxdur».
2. Qeyd olunan qərardan həmçinin görünür ki, Cavabdeh təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirib ki, «İddiaçı istintaq sənədlərində ondan 33850 ABŞ dolları almağını və aldadaraq həmin məbləğdə pulunu ələ keçirməsini göstərsə də, həqiqətdə Fərəcə olan borcunun xeyli hissəsini ödəyib, 10000 ABŞ dolları borclu qalmışdır. Həmin məbləği də istintaq dövründə razılığa gəlib tamamilə ödəmişdir».
3. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 6(106)15/2023 saylı qərarına əsasən, Masallı rayon Polis X1 icraatında olmuş ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan həmin qərarla hüquqlarının pozulduğunu hesab e dən şəxs İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi barədə Masallı Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 6(050)-6/2023 nömrəli qərarından Masallı rayon prokuroru tərəfindən verilmiş protestlə əlaqədar həmin qərarın qanuniliyi və əsaslılığı yoxlanılmış, nəticədə protestin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 6(050)-6/2023 saylı qərarının ləğv edilməsi, İddiaçı şikayətinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 33850 ABŞ dolları məbləğdə borcun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etmə klə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh bank sahəsində işlədiyi dövrdən tanımışdır və münasibətləri həmin vaxtdan yaranmışdır. Cavabdeh ona Almaniya və Gürcüstandan maşın gətirərək satdığını və qızıl alğı-satqısı ilə məşğul olduğunu, pulunun az olduğunu və onu da özünə şərik edərək bizneslə məşğul ola biləcəyini və yekunda qazancdan ona pul verəcəyini bildirmişdir. Cavabdehlə aralarında yaxşı münasibət olduğu üçün və pul qazanmaq istədiyindən ona 2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına kimi hissəhissə olmaqla ümumilikdə 33850 ABŞ dolları (57545 manat) məbləğində pul vermişdir. Belə ki, cavabdeh 2019-cu ilin mart ayında ona müəyyən işlər görmək üçün 10000 ABŞ dolları pul lazım olduğunu, həmin puldan ona qazanc verəcəyini bildirmiş və iddiaçıdan pul istəmişdir. Ona inanıb ilkin olaraq ona 10000 ABŞ dolları pul vermişdir. Cavabdeh edəcəyi alverdən ona qazanc olaraq əlavə pul verəcəyini bildirmişdir. O, cavabdehə inanmış, daha sonra isə ona hissə-hissə əlavə pul məbləğləri vermişdir. Ona ümumilikdə 33850 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh ondan pul aldıqdan sonra - 2020-ci ilin sentyabr ayında öyrənmişdir ki, o, Masallı rayonunda müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitləri almış və onları aldatmışdır. Bundan sonra o, narahat olmuş və cavabdehdən pulunun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh onun pulunu qaytarmamış və söz vermişdir ki, yaxın zamanda hissə-hissə qaytaracaqdır. Cavabdehlə borcun qaytarılması üçün aralarında dəfələrlə telefon danışıqları olmuş, cavabdeh “Whatsapp” yazışmalarında ona borcu olmasını etiraf etmiş və qayt aracağını bildirmişdir. Cavabdeh pulunu qaytarmadığı üçün Masallı rayon polis şöbəsinə şikayət etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh müxtəlif şəxslərdən dələduzluq yolu ilə külli miqdarda pul vəsaiti ələ keçirmişdir. Bundan sonra, müstəntiq onu aldadaraq və təzyiq göstərərək cavabdehin həbs olunmaması üçün ona ərizə yazdırmışdır ki, guya cavabdeh ona olan 33850 ABŞ dolları məbləğində borcunu tam olaraq qaytarmışdır. Həmin vaxt zərərçəkənlərdən biri olan X6 da onun pulunun qaytarılması barədə ərizə vermiş və ona da bildirmişdir ki, bu məzmunda ərizə versə, cavabdeh həbs olunmayacaq və onların pulunu qaytaracaqdır. Onlara inanaraq, pulunun qaytarılmasını istədiyi və qorxduğu üçün cavabdehin həbs olunacağı təqdirdə pulunun batacağını fikirləşdiyindən şikayətini geri götü rmüş və pulunun qaytarılmasını gözləmişdir. Halbuki, cavabdeh onun pulunu qaytarmamışdır. Masallı RPŞ-nin istintaq bölməsinin müstəntiqi Aqşin Səfərlinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. O, dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etsə də, onu aldadaraq pulunu qaytarmamışdır Cavabdeh ondan 33850 ABŞ dolları məbləğində pul alması onun tərəfindən Masallı RPŞ-də vermiş olduğu izahatında təsdiq olunmuşdur.
6. Masallı Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(050)-2862/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh tərəfin etirazına əsasən qiyabi qətnamə ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsində işə yenidən baxılanda Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək bildirmişdir ki, Masallı rayon sakinləri İdd iaçı və qeyri-şəxslər arasında borc münasibətləri olmuşdur. Onlardan dəfələrlə pul alıb faizlə artıqlaması ilə qaytarmışdır. 2019-cu ildən etibarən həm səhhəti ilə bağlı ciddi problemlər yaşadığından, həm də lombard təşkilatı açmaq üçün kredit əldə edə bilmədiyindən maddi sıxıntıya düşmüşdür. Bu səbəbdən də borcunu qaytara bilməmişdir. Dəfələrlə onlarla danışıb möhlət istəmiş və bu müddət ərzində qismən olsa da, borclarını qaytarmışdır. Buna baxmayaraq, Fərəc və digərləri barəsində əsassız olaraq polis şöbəsinə şikayət edib onları aldadıb dələduzluq etməsini göstərmişlər. Halbuki, onlara qarşı dələduzluq etməmişdir. Şikayətlər əsasında DİN-in Masallı RPŞ-nin İB-in baş müstəntiqi polis kapitanı X2 icraatında ********* saylı cinayət işi başlanmış, aparılan araşdırmalarla şikayətçilərin onlar a qarşı dələduzluq etmə iddiaları təsdiqini tapmamışdır. Borc məbləğini istintaq dövründə şikayətçilərə, o cümlədən İddiaçı ödənilmişdir. Bununla bağlı İddiaçı istintaqda öz ifadəsi var. İddiaçı ona olan borcunu tam şəkildə ödədiyini təsdiq etmiş və ona heç bir borcunun olmaması iş üzrə tələb etdiyi 33.850 ABŞ dolları və ona qarşı pul iddiası olmadığını istintaqda verdiyi ifadəsində və notarial qaydada sənəddə öz əksini tapmışdır. İddiaçı istintaq zamanı ifadəsində bildirmişdir: “İstintaq dövrü ərzində Mirkamran aldığı borc pulu qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır.” Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. ********* saylı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar, səhifə 11, absaz 6-da qeyd olunmuşdur: “...İddiaçı...ərizə i lə müraciət edərək, borcların tamamilə ödənilməsi və heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. ********* saylı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəsini almışdır. İddiaçı iki il sonra ona qarşı əsassız olaraq iddia qaldırmış, iddia ərizsəinə hüç bir sübüt əlavə etməmişdir. O, ona qarşı olan borcunu tam şəkildə qaytarmışdır.
8. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-775/2024 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia təmin edilərək, Cavabdeh 33850 ABŞ dolları pulun ödəniş gününə olan manat məzənnəsi ilə, o cümlədən dövlət rüsumuna görə ödənilmiş 262.64 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxış ı iclasında tədqiq edilən kompakt disklərdə olan səs yazlarından məlum olur ki, Cavabdeh arasında İddiaçı yenidən borc pul alınması ilə bağlı telefon danışıqları olmuş, İddiaçı telefonda Cavabdeh və onun qardaşı Kənan Sadıqovla pul tələbi ilə bağlı söhbətlər aparmışdır. Dialoqlardan aydın görünür ki, söhbət 33850 ABŞ dollar puldan gedir. Cavabdehin qardaşı Kənan danışıqların birində pulun polis şöbəsində ödənildiyini, digər danışıqda isə şikayətçi Azərə verilməsini, hətta belə olacağını bilsəydi İddiaçı özünə verəcəyini bildirmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər şifahi formada 2019-2020ci illər ərzində hissə-hissə müxtəlif məbləğlərdə borc müqaviləsi bağlamış olsalar da, işin hallarına əsasən alınan məbləğlər manat ekvivaletində hər dəfə 3000 manatdan artıq olduğu üçün, Mülki Məcəllə ilə müəyyən edilmiş forma və şərtlərə uyğun olaraq yazılı müqavilə bağlanmadığına görə, həmin müqavilələr MM-nin 337.1-ci maddəsinin tələbi baxımından etibarsız müqavilələrdir. Ona görə də pul məbləği MM-nin 337.5.-ci maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh etiraz ərizəsinə əsasən o, 33.850 ABŞ dollar pul almasını təsdiq etmiş, lakin həmin məbləği polis şöbəsinə edilmiş şikayətdən sonra qaytarmasını bildirir. Lakin məhkəmə baxışı iclasında tədqiq edilən kompakt disklərdə olan səs yazlarından məlum olur ki, Cavabdeh arasında İddiaçı yenidən borc pul alınması ilə bağlı telefon danışıqları olmuş, İddiaçı telefonda Cavabdeh və onun qardaşı Kənan Sadıqovla pul tələbi ilə bağlı söhbətlər aparmı ş, həmin danışıqların heç birində Cavabdeh konkret olaraq 33850 ABŞ dolları pulu qaytarmasını bildirməmişdir. Dialoqlardan aydın görünür ki, söhbət 33850 ABŞ dollar puldan gedir. Cavabdehin qardaşı Kənan danışıqların birində pulun polis şöbəsində ödənildiyini, digər danışıqda isə şikayətçi Azərə verilməsini, hətta belə olacağını bilsəydi İddiaçı özünə verəcəyini bildirmişdir. Həmin səs yazısının əldə olunmasında cavabdehin şəxsi toxunulmazlıq hüququnun pozulmadığı, onun şəxsiyyəti ilə bağlı dəyərlərə ziyan dəymədiyi kəmə hesab etmişdir ki, səs yazısı olan disk sübut növü kimi Mülki Prosessual Məcəllənin 76-cı maddəsinin tələbləri baxımından qanuni olmuşdur. İddiaçı nəzarət icraat qaydasında Masallı rayon polis şöbəsinin müstəntiqi Aqşin Səfərlinin cinayət işi başlanmasının rədd olunması ba rədə xx.xx.2021-ci il tarixli qərarından vermiş olduğu şikayət bir daha əsas vermişdir ki, ona 33850 ABŞ dolları pul faktiki olaraq qaytarılmamışdır. Nümayəndə izahatında 33850 ABŞ dolları pulu oğlu Kənanla birlikdə Kənanın avtomobilində İddiaçı verdiyini bildirdiyi halda, tədqiq edilmiş səs yazısında Kənan Sadıqov dolayısı ilə pulun Azər adlı şəxsə ödənildiyini bildirir. Bu ziddiyyətli məqam cavabdeh tərəfin etirazının əsaslarının mötəbərliyinə şübhə və təbii ki, cavabdehin istinad etdiyi borcun qaytarılması ilə bağlı teleqramın və polis şöbəsində verilmiş izahatların təkzibolunmaz sübut kimi qiymətləndirilməsinə maneə yaradır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh barəsində verilmiş şikayətlə bağlı başlanmış cinayət işi üzrə pulun ödənilməsi barədə telerqamın məzmu nu və sübutların qiymətləndirilməsi barədə 14 iyul 2021-ci il tarixli qərarda izahatlarda qeyd olunmuş hallar işin faktiki hallarına uyğun deyil, məhkəmə araşdırması ilə ziddiyyətli məqamlar təhlil edilmiş və həqiqət bu olmuşdur ki, Cavabdeh İddiaçı faktiki olaraq heç bir ödəniş etməmiş və 33850 ABŞ dolları borclu qalmışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2, 152.7, 337.5, 385.1, 390.1, 390.4 və 390.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddi a tələbinə etirazın dəlillərinə uyğun əısaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, ********* saylı cinayət işi üzrə xx.xx.2021-ci il tarixli qərardan göründüyü kimi İddiaçı istintaqa ifadəsində bildiurmişdir ki, “İstintaq dövrü ərzində isə Mirkamran aldığı pul borcunu da gətirib qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır.” Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar qanuni qüvvəsini almışdır. Lakin əsassız varlanmaq istəyən iddiaçı eyni məbləği ondan növəbti dəfə almaq məqsədi ilə məhkəməyə üz tutub. İddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdi. Lakin onun qanunsuz tələbləri təsdiqini tapmadan xitam verildi. Məhkəmə bu barədə müvafiq quruma sorğu verib işin yekun nəticəsi ilə bağlı materialları əldə edə bilərdi, məhkəmə onun şifahi vəsatətini təmin etməmişdir. İddiaçının yaşı, həyat təcrübəsi, məşğul olduğu fəaliyyət onun sadəlövh biri olmadığını, kiməsə boş sözə inanıb belə bir böyük məbləğin ona ödənilmədən şikayət və tələbinin olmamasını barədə ərizə verməsi, teleqram vurması sadəcə gülüş doğura bilər. Məhkəmə iddiaçının izahatını bu hissədə araşdırmamış, ona hüquqi qiymət verməmişdir. İddiaçı borcu olan şəxsin pulu ödəmədən azadlığa buraxılmasına göz yumacaq qədər, aldadılacaq qədər sadə biri deyildir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halları və faktları araşdırmayıb. Məhkəmə qətnaməsində, məhkəmə baxışı iclasında tədqiq edilən kompakt disklərdə olan səs yazlarına istinad edir. Qeyd edir ki, İddiaçıla yenidən borc pul alınması ilə bağ lı telefon danışıqları olmuşdur. Lakin məhkəmə həqiqətən həmin danışıqları telefon danışığı olması və ya kənardan hədə-qorxu altında yazılan səs yazısı olmasına qiymət verməmişdir. Onunla söhbət telefon danışığında ola bilər. Orada o ondan yenidən faizə pul istəyir. Söhbət yeni faiz borcundan gedir. Ona borcunun ödənilməsi ilə bağlı kifayət qədər sübutlar var. X5 səsi isə qətnamədə qeyd edilən kimi iddiaçı ilə qardaşı arasında olan dialoq deyil. İddiaçı qardaşının üstünə kriminal aləmdə tanınan şəxs gətizdirib. Həmin şəxs hazırda cəzaçəkmə müəssisəsindədir. Ona bu sözləri şikayətçi Azərə verilməsini, hətta belə olacağını bilsəydi İddiaçı özünə verərdi deməsinə təzyiq edilib. Fərəc də gizlindən səsi yazıb. Həmin səsin telefon danışığı və ya qanunsuz səs yazısı olmasını məhkəmə araşdırmayıb. Həmin görüşün tam səs yazısı olsa, orada Fərəc də Kənana deyir ki, “indi o pulu mən qardaşından ikinci dəfə alım sən də bax”. Nəyə görəsə o hissəyə çatanda səs yazısı kəsilir. Bunun araşdırlması ilə bağlı məhkəməyə etibarnamə üzrə nümayəndəsi atası Nümayəndə vəsatət versə də, məhkəmə digər vəsatətləri kimi bunu təmin etməmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1178/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – P.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və C.F.İmanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmiş, İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 132 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh verilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur.
18. Kollegiya qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2021-ci il tarixli qərardan göründüyü kimi İddiaçı şahid qismində ifadəsində “...2019-cu ilin mart ayından 2020-ci ilin avqust ayına kimi Cavabdeh 33850 ABŞ dolları pul vermişdir. Mirkamran həmin pulun xeyli hissəsini qay tardıqdan sonra ümumilikdə 10000 ABŞ dolları borclu qalmışdır....İstintaq dövrü ərzində Mirkamran aldığı pul borcunu gətirib qaytarmışdır. Onunla heç bir borc münasibəti qalmamışdır. Bu səbəbdən Cavabdeh heç bir şikayət və tələbi yoxdur” bildirmişdir. Cavabdeh təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, “....İddiaçı istintaq sənədlərində ondan 33850 ABŞ dolları almağını və aldadaraq həmin məbləğdə pulunu ələ keçirməsini göstərsə də, həqiqətdə Fərəcə olan borcunun xeyli hissəsini ödəyib, 10000 ABŞ dolları borclu qalmışdır. Həmin məbləği də istintaq dövründə razılığa girib tamamilə ödəmişdir. Həmin qərarla müəyyən edilir ki, İddiaçı olan borc tamamilə ödənilib, o da heç bir şikayət və tələbinin olmaması barədə istintaqa izahat verib, notarial təsdiqli ərizə təq dim edib və teleqramlar vurmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində hazırkı iş üzrə cavabdehin dəymiş ziyanı ona tam olaraq ödədiyi, heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması həmin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi nəticəsinə gəlməyə imkan vermir.
20. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mövcud səs yazısına qiymət verərkən qeyd edib ki, cavabdeh iddiaçıya zəng edərək ondan borca pul istəyir. Həmin səs yazısında iddiaçı tərəfindən cavabdehə konkret olaraq tələb edilən məbləğdə borcun olmasını deməsi və cavabdehin isə həmin pul vəsaitini qaytarmalı olmasını etiraf etməsi öz əksini tapmamışdır. Bu zaman cavabdehin “33000 dollar” ifadəsinə qarşılıq olaraq onu qaytardığını deməməsi, habelə sonradan hüquq-mühafizə orqanlarına cavabdehdən şikayətlər etməsi hal-hazırda qüvvədə olan prosessual qərarın preyudisiallığına rəğmən iddianın təmin edilməsi üçün əsas ola bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi r ki, iddiaçının onun müstəntiq tərəfindən aldadılması və təzyiq edilərək cavabdehin həbs olunmaması üçün cavabdehin 33850 ABŞ dolları məbləğində borcunu tam olaraq qaytarmasına dair ona ərizə yazdırması barədə dəlili də hər hansı sübutla təsdiq edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmayaraq, gəlinən nəticəni işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı hesab etmir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında münasibətlərin hüquqi təbiətinə qiymət verərək hesab etmişdir ki, iddiaçının yuxarıda qeyd edilən və cavabdeh tərəfindən ona mübahisəli pul vəsaitinin qaytarılmasının təsdiqinə dair ərizəsi həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəşt lər əsasında həll olunması kimi dəyərləndirilməlidir.
24. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 21, 385.1, 386.1, 1096.1, 1097.1-ci, MPM-in 7, 14, 77, 82, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 385, 442, 443, 445, 448, 1096-ci və MPM-in 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırlmışdır ki, apellyasiya instansiyası məhkəməsi səs yazılarını tam olaraq tədqiq etməmişdir. Qətnamədə səs yazılarındakı cəmi 2 cümləyə qiymət verimişdir, əgər səs yazıla rı tam araşdırılmış olsaydı o zaman digər cümlələrə də hüquqi qiymət verilərdi. Hakim işi tam araşdırmadığı üçün sübutlarıda tam araşdırmamış və qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarından göründüyü kimi cavabdehə tərəfindən 33.850 ABŞ dolları məbləğində pulun verilməsi təsdiq edilmişdir. Lakin cavabdehin həmin pulu ona qaytarması barədə heç bir sübut yoxdur. Sadəcə cavabdeh, onun qohumları, Azər və müstəntiq onu aldadaraq borcun ödəniləcəyini bildirmişlər, o da cavabdehin həbs olunmaması və pulunun qaytarılmasını istədiyi üçün şikayətini geri götürmüş, əslində pul ona ödənilməmişdir. Məhkəməyə təqdim etmiş olduğu səs yazıları cinayət işinin başlanmasının rədd olunmasından sonrakı tarixə aid olmuş, məhkəmə iclası zamanı və CD diskdə olan tarixlərdən də aydın olmuşdur ki, səs yaz ıları cinayət işinin başlanması rədd olunduqdan sonrakı tarixə aiddir. Belə olan halda məhkəmə artıq həmin münasibətlərə yenidən hüquqi qiymət verə bilərdi, çünki artıq səs yazıları yeni faktlar meydana çıxarmış və cavabdeh ona borcunun ödənilmədiyini, borcun qalmasını və onun aldadılmadığını, borcun Azər adlı şəxsə verilməsini səs yazısında açıq-aşkar etiraf etmişdir. Səs yazıları da sübut növlərindən biridir və həmin səs yazıları tərəflər arasında olduğu üçün qanuni hesab olunur və buna görə də məhkəmə səs yazılarına istinadən iddianı təmin etməlidir. Səs yazılarına diqqətlə baxış keçirildikdə borcun qaytarılmaması açıq-aşkar sübuta yetirilir, sadəcə olaraq səslərə diqqətlə qulaq asmaq və tədqiq etmək kifayət edir. Lakin apellyasiya instansiyası məhkəməsində səs yazıları tam olaraq və ət raflı tədqiq olunmadığı üçün məhkəmə qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş apellyasiya şikayətində açıq şəkildə göstərilmişdir ki, “qardaşı Kənan həqiqətən mənə səs yazısında pulun Azərə verilməsini, belə olacağını bilsəydi özümə verərdi” cümləsinin təzyiq altında deyilməsini göstərmişdir. Lakin həmin təzyiqin hansı şəraitdə və kim tərəfindən olması barədə məhkəməyə sübut təqdim olunmamışdır. Həmçinin, səs yazısından görünmüşdür ki, Kənan Sadıqov sərbəst danışır və avtomobil idarə edir, buda sübut edir ki, Mirkamran qardaşının səsinin ona məxsus olmasını və pulun Azərə verilməsini etiraf etmişdir. Lakin məhkəmə həmin etirafıda sübut kimi qəbul etməmişdir. Məhkəmə göstərmişdir ki, artıq qanuni qüvvəyə minmiş polisin qərarı vardır və preyu disial əhəmiyyət daşıyır. Səs yazılarında açıq görünmüşdür ki, cavabdeh pulu qaytarmamışdır. Cavabdeh tərəf özü apellyasiya şikayətində demək olar ki, iddianı etiraf etmişdir, lakin səs yazılarının hədəqorxu altında yazılması barədə heç bir sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakı ndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
32. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd v erməlidir.
33. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
34. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
35. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc m üqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin h allarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməsi zəruri sayır. Tərəflərin arasında borc öhdəliyinin olmasını tərəflər qəbul edir. İş üzrə düzgün nəticəyə gəlmək üçün həlledici hal – borc öhdəliyinin cavabdeh tərəfindən icra edilib edilməməsi ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi Masa llı Rayon Polis X1 icraatında olmuş ********* saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla, müəyyən edilmiş hallara MPM-in 82.4-cü maddəsinə əsasən preyudisial hal kimi qəbul etmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 82.4-cü maddəsində hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində iki məlumat mənbəyinin məcburiliyini müəyyən edir:
1. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü;
2. Məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı.
51. Göründüyü kimi MPM-in 82.4-cü maddəsinə uyğun olaraq istintaq orqanının qərarının məhkəmələr üçün məcbiri qüvvəsi nəzərdə tutulmayıb. Buna görə də apelyasiya instansiyası məhkəməsinin MPM-in 82.4-cü maddəsinə istinad etməsi əsassızdır.
52. Lakin bu hal h azırda baxılan işin halları baxımından iş üzrə apelyasiya instansiyası qətnaməsinin ləğvinə əsas ola bilməz. Çünki MPM-in 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
53. Bu baxımdan işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən, yalnız Masallı Rayon Polis X1 icraatında olmuş ********* saylı cinayət işi üzrə xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara istinad etməklə kifayətlənməyib, həmin iş üzrə iddiaçının və cavabdehin ifadələrini, sübut kimi qəbul etmiş, həmçinin iddiaçının təqdim etdiyi səs yazılarını dinləyib təhlil etm əklə qiymətləndirmiş, əsaslandırılmış nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, istintaq orqanının cinayət işi üzrə qərarı məcburi qüvvəyə malik olmadığına baxmayaraq, tərəflərin həmin cinayət işi üzrə verdiyi ifadə və izahatları məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilər.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1178/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.