Məhkəmə qərarları › İş №2(102)-6850/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6850/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6850/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)1900/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Yevlax rayon məhkəməsinin (hakim Toğrul Əliyev) 22 yanvar 2019-cu il tаrixli, 2(039)710/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2111,72 manat, habe lə ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat, cəmi 2142,12 manat pulun iddiaçı X3 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax rayon məhkəməsinin 22 yanvar 2019-cu il tаrixli, qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 980 manat pulun tutularaq iddiaçı X4 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax rayon məhkəməsinə müraciət edərək cavabdehdən aldığı qalan 2600 manat pulun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Onun iddiaçıya heç bir borcu yoxdur. Borcun qaytarmasını Polis orqanında da verdiyi izahatında bildirmişdir. İddiaçının bankdan kredit götürməsinin ona heç bir aidiyyatı yoxdur. Məhkəmə bu halları nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsindən kassasiya şikayəti verən cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hissədə mübahisələndirir. İddiaçı isə iddia tələbinin rədd edilən hissəsindən şikayət verməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissəsi hazırki kassasiya baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağ ıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,2014-cü ilin oktyabr ayında Cavabdeh iddiaçı X2 2000 manat borc pul istəmişdir. X1 Ruslan Qardaş oğluna 1780 manat borc pul vermişdir. X6 pulu “xxxx” ASC-nin Mingəçevir şəhərində yerləşən filialından götürüb verdiyini bildirmiş və Cavabdeh xahiş etmişdir ki, ona verəcəyi pulu onun adından həmin Banka ödəsin. Tərəflər bu şəkildə razılığa gəlmişdir. Cavabdeh isə qeyd edilən məbləğdən 800 manatını iddiaçıya qaytarmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştir akçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı mаddəsində deyilir ki, borc müqаviləsi şifаhi bаğlаnır. Tərəflərin rаzılаşmаsı ilə yаzılı formаdаn dа istifаdə edilə bilər. Birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq və sadalanan normalara istinad edərək iddia tələbini qismən təmin etmiş və 2111,72 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat, cəmi 2142,12 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qaytarılmalı olan borc məbləğini 2142,12 mana t müəyyən edərkən düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, cavabdeh istər apellyasiya instansiyası məhkəməsinin iclasında, istərsə də birinci instansiya məhkəməsinin iclasında etiraf etmişdir ki, iddiaçıdan 1780 manat borc almışdır. Həmçinin iddiaçı cavabdehin borcundan 800 manat qaytardığını etiraf etmişdir. Beləliklə işin sübut olunan halları bundan ibarətdir ki, iddiaçı cavabdehə 1780 manat borc vermişdir. Cavabdeh isə həmin borcdan 800 manatını qaytarmışdır. İş üzrə iddiaçı və cavabdeh tərəfindən irəli sürülən başqa məbləğlərlə bağlı hər hansı bir mötəbər dəlil yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraqbelə qənaətə gəlmişdir ki, hazırda cavabdehin iddiaçıya 980 manat borcu vardır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətinə iddiaçıya heç bir borcunun olmamasını, borcunu qaytarmasını bildirsə də, bu hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh iddiaçıdan 1780 manat borc almasını verdiyi izahatlarda etiraf etmişdir. Lakin borcunun qaytarmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə gö rə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələn dirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1900/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar