Məhkəmə qərarları › İş №2(102)-6856/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6856/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6856/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-1626/2018 saylı iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmi n edilmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 125861-1-11250/1 saylı, 03.06.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə uzrə 406.384,81 ABŞ dolları əsas borc, 50.070 ABŞ dolları faiz borcu, 10 000 ABŞ dolları cərimə, cəmi 466.454,81 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, 25861-1-11250/2 saylı, 06.11.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə 114.267,98 ABŞ dolları əsas borc, 14220 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə, cəmi 130.487,98 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə cavabdehlər Cavabdeh1, Cavabde h2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, "25861-1-11250/3 saylı 27.04.2015-ci il tarixli “Bərpa olmayan krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə 400.000,00 ABŞ dolları əsas borcun, 47.957,34 ABŞ dolları faiz, 20.000,00 ABŞ dolları məbləğində cərimə, cəmi 467.957,34 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx” ASC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydiyyat alınması üçün ödənilmiş 60 manat dövlət rüsumun 50%i 45 manatının iddiaçıya aid edilməsi, qalan 50%-i yəni 45 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ıçlundan v ə Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri, yəni 145 manat məbləğində pul vəsaitinin 50 %-i yəni 72 manat 50 qəpiyinin iddiaçıdan, qalan 50 %-i yəni 72 manat 50 qəpiyinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı tərəfindən “xxxx” MMC-yə ödənilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaitinin 50 %-i yəni 300 manatının iddiaçının özünə aid edilməsi, digər 50 %-i yəni 300 manatının isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh2 məxs us olan Abşeron rayonu ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 552800 manat məbəğində müəyyən edilməsi, Cavabdeh2 məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 175300 manat məbəğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh2 veri lməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka predmetlərinin Cavabdeh2 tərəfindən boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-10903/2018 saylı qətnaməsi ilə (hakimlər A.İmanov sədrlik edən, məruzəçi E.Nəbiyev və R.Qurbanov) apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2018 saylı iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı krediti müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərzəsi ilə məhkəməyə müracət etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ****** saylı, 03.06.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə 417.215 ABŞ dolları məbləğində əsas borcun, 50.070 ABŞ dolları məbləğində faiz, 20588.50 ABŞ dolları məbləğində cərimə, cəmi 487873.50 ABŞ dolları; 125861-1-11250/2 saylı, 06.11.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə 118.257 ABŞ dolları məbləğində əsas borcun, 14.220 ABŞ dolları məbləğində faiz, 5.121 ABŞ dolları məbləğində cərimə, cəmi 137.598 ABŞ dolları; 125861-1-11250/3 saylı 27.04.2015-ci il tarixli “Bərpa olmayan krediti müqaviləsi” üzrə 412.206 ABŞ dolları məbləğində əsas borcun, 49.000 ABŞ dolları məbləğində faiz, 58764.00 ABŞ dolları məbləğində cərimə, cəmi 578.734 ABŞ dolları; həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 AZN məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 smayıl oğlundan alınaraq İddiaçı-yə ödənilməsi, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına-ilkin satış qiyməti 469000 AZN m əbləğində müəyyənləşdirilməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsinə, qeyri-yaşayış binasının açıq hərracdan satılması, boşaldılması və satışdan əldə olunmuş vəsaitin “xxxx” ASC-yə ödənilməsi, Cavabdeh2una məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinə-ilkin satış qiyməti 175 300 AZN məbləğində müəyyənləşdirilməklə yönəldilməsi və əmlaklar açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “xxxx ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsasla ndırmışlar ki, cavabdehin iddiaçıya olan əsas borcu şişirdilmiş, apellyasiya instansiyası məhkəməsi mövcud qanunvericiliyi yalnış tətbiq etməklə cavabdeh tərəfindən irəli sürülmüş əsasları ayrı-ayrılıqda təhlil edərək qiymət verməməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edil məsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir gö stərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arsında bağlanılmış *******saylı, 03.06.2014-cü il tarixli baş kerdit razılaşmasında əsasən bank tərəfindən borcalana 2 000 000 manat və ya ABŞ dolları 13.06.2014-cü il tarixdən 03.06.2024-cü il tarixədək kredit xətti açılmışdır. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış ******* saylı, 03.06.2014-cü il tarixli “komersiya kredit müqaviləsi”nin əslindən görünür ki, bank tərəfindən borcalana birinci tranş üzrə 270000, ikinci tranş üzrə 50000, üçüncü tranş üzrə 80000, dördüncü tranş üzrə 80000 ABŞ dolları, 48 ay müddətinə illik '8 faiz hesablanmaqla cəmi 510000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 125861-1-112 50/1 saylı, 03.06.2014-cü il tarixli “Komersiya kredit müqaviləsi”nə dəyişiklik edilməsi barədə 17 fevral 2016-cı il tarixli 01 saylı Razılaşmadan görünür ki, borc alanın 17 fevral 2016-cı il tarixə olan borcu 417215 ABŞ dollarıdır. Razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini 28 ay ərzində 03.06.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür və 3503.50 ABŞ dolları cərimə borcu mövcuddur. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 125861-111250/2 saylı, 06.11.2014-cü il tarixli “Komersiya kredit müqaviləsi”ndən görünür ki, bank tərəfindən borcalana 48 ay müddətinə illik 18 faiz hesablanmaqla cəmi 127000 -BŞ dollarıməbləğində kredit verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 125861-1-11250/2 saylı, 06.11.2014-cü il tarixli “Komersiya kredit müqaviləs i”nə dəyişiklik edilməsi barədə 17 fevral 2016-cı il tarixli 01 saylı razılaşmadan görünür ki, borc alanın 17 fevral 2016-cı il tarixə olan borcu 118257 ABŞ dollarıdır. Razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini 33 ay ərzində illik 14 % olmaqla, 06.11.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür və 625 ABŞ dolları cərimə borcu mövcuddur. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 125861-1-11250/3 saylı, 27.04.2015-ci il tarixli “Bərpa olunmayan kredit xətti” müqaviləsinin əslindən görünür ki, bank tərəfindən borcalana 1 -ci tranş üzrə 100000, 2-ci tranş üzrə 100 000, 3-cü tranş üzrə 100 000, 4-cü tranş üzrə 100 000 olmaqla 60 ay müddətinə illik 15 faiz hesablanmaqla 400 000 ABŞ dolları kredit verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 125861-11125 0/3 saylı 27.04.2015-ci il tarixli “bərpa olunmayan kredit xətti” müqaviləsinə dəyişiklik edilməsi barədə 17 fevral 2016-cı il tarixə olan borcu 412206 ABŞ dollarıdır. Razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini 50 ay ərzində illik 14 % olmaqla 5674 ABŞ dolları cərimə borcu mövcuddur. İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında 03.06.2014-cü il tarixdə bağlanmış zaminlik müqavilələrindən görünür ki, 03.06.2014-cü il tarixli Baş Kredit Razılaşmasından və həmin razılaşmanın ayrılmaz hissəsi olan müqavilələrdən və dəyişikliklərdən irəli gələn öhdəliklər üzrə borclu ilə bərabər məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan görünür ki, Abşeron rayonu ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən- 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binası tam mülkiyyət hüququu üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən- 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binası xxxx ASC-nin xeyrinə hüquq yüklü edilmişdir. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Döv lət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, -Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsi xxxx ASC-nin xeyrinə yüklü edilmişdir. İşdə olan 21.06.2018-ci il tarixli ekspert rəyindən görünür ki, 03.06.2014-cü il tarixli 125861-1-11250/1 saylı kommersiya krediti müqaviləsi üzrə 07.10.0216-cı il tarixə cavabdehin banka olan borcu əsas borcu üzrə 406.384,81 ABŞ dolları, faiz borcu 50.070,05 ABŞ dollar ı, 06.11.2014-cü il tarixli 125861-1-11250/2 saylı kommersiya krediti müqaviləsi üzrə 07.10.0216-ci il tarixə cavabdehin banka olan borcu əsas borcu üzrə 114.267,98 ABŞ dolları, faiz borcu 14.220,33 ABŞ dolları, 27.04.2015-ci il tarixli 125861-111250/3 saylı kommersiya krediti müqaviləsi üzrə 07.10.0216-cı il tarixə cavabdehin banka olan borcu əsas borcu üzrə 400.000,00 ABŞ dolları, faiz borcu 47.957,34 ABŞ dolları hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 125861-1-11250/1 saylı, 03.06.2014-cü il tarixli baş «erdit Razılaşmasından görünür ki, bank tərəfindən borcalana 2 000 000 manat və ya ABŞ dolları 03.06.2014-cü il tarixdən 03.06.2024-cü il tarixədək kredit xətti açılmış, 125861-1-11250/2 say lı, 06.11.2014-cü il tarixli “Komersiya kredit müqaviləsi”nə əsasən bank tərəfindən borcalana 48 ay müddətinə illik 18 faiz hesablanmaqla cəmi 127000 ABŞ dolları məbləğində kredit verilmiş, “125861-1-11250/3 saylı, 27.04.2015-ci il tarixli “Bərpa olunmayan kredit xətti” müqaviləsinə asasən bank tərəfindən borcalana 1-ci tranş üzrə 100000, 2-ci tranş üzrə 100 000, 3-cü tranş üzrə 100 000, 4-cü tranş üzrə 100 000 olmaqla 60 ay müddətinə illik 15 faiz hesablanmaqla 400 000 ABŞ dolları kredit verilmişdir. İş üzrə iddiaçı “xxxx” ASC həmin məbləğlərdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdə likləri tam icra etməmiş, bununla da sazişin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin manatın devalvasiyasını nəzərə almadığı barədə apellyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə” dair 14.05.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli olduğu, müqavil ədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 448.1, 739.1, 739.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin po zulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmış dır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar