Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-686/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 ASC-in Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)1991/2*22 nömrəli, *6 oktyabr 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC-in Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 14 mart 2*14-cü il tarixli, 123-14 ABFŞ nömrəli kredit müqaviləsinə (bundan sonra – kredit müqaviləsi) əsasən bank cavabdehə 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 318** ABŞ dolları məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 47*2,85 ABŞ dolları əsas borc, 5912,34 ABŞ dolları faiz borcu, 7135,82 ABŞ dolları cərimə borcu və kredit borcu bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 24 dekabr 2*14-cü il tarixli qərarına əsasən hesablanmış 684,45 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 18435,46 ABŞ dolları məbləğində borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 1* manat və 3* manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı1 ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borclu bank qarşısında öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, borclunun 12 fevral 2*21-ci il tarixə banka olan əsas borcu 47*2,85 ABŞ dolları, faiz borcu 5912,34 ABŞ dolları olmaqla, 7135,82 ABŞ dolları cərimə borcu və kredit borcu bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 24 dekabr 2*14-cü il tarixli, qərarına əsasən hesablanmış 684,45 ABŞ dolları faiz borcu olmaqla ümumili kdə 18435,46 ABŞ dolları təşkil etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş, qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və həmin borcların qısa müddət ərzində banka ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirilməmişdir.
4. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, banka borcunu tam ödəmiş, bu barədə bank trəfindən ona arayış verilmşidir. Bank tərəfindən əsassız olaraq ona borc hesablanmaqda davam etmişdir.
5. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra – birinci insta nsiya məhkəməsi) 2(*71)-5*2/2*21 nömrəli iş üzrə *6 sentyabr 2*21-ci il tarixli qətnaməsi ilə (hakim Həmid Əzizov) iddia tələbi rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş 16 dekabr 2*19-cu il tarixli ödəniş qəbzinə əsasən banka olan borcun tam ödənilməsi öz təsdiqini tapmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 462.1-ci və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qətnamə Mülki Məcəllənin müvafiq normalarının, Konstitusiya Məhkəməsinin 24 dekabr 2*14-cü il tarixli qərarının tələblərinin pozulması ilə çıxarılmışdır. Məhkəmənin 16 dekabr 2*19-cu il tarixli ödəniş qəbzinə görə cavabdehin banka borcunun qalmaması barədə gəldiyi nəticə əsassızdır, cavabdeh tərəfindən təqdim olunmuş qəbz 13.12.2*19-cu il tarixli ödəniş qəbzi olub həmin qəbzdə 25*** manat kredit ödənişi olunduğu ğörünür, lakin kreditin tam ödənişi göstərilməyib, bu barədə bankın nümayəndəsi tərəfindən məhkəməyə bildirilsə də məhkəmə bu hala heç bir əhəmiyyət verməmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(1*6)-1991/ 22 nömrəli iş üzrə 6 oktyabr 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Zeynalov (sədrlik edən və məruzəçi), T.Kərimov və T.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə əslinə baxış keçirilmiş 13.12.2*19-cu il tarixli qəbzlə, mənzil üzərindən girov qeydiyyatının götürülməsi barədə İddiaçı1 ASC-in 16 dekabr 2*19-cu il tarixli məktubu ilə, bankın 13 dekabr 2*19-cu il tarixli məktubu ilə, işin digər faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 ASC-yə olan borcunu ödəmişdir, ona görə də birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətin in dəlilləri
12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
15. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
16. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi
28. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətində irəli sürülmüş dəlillərlə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə u yğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Apellyasiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. İddiaçı1 İdarə Heyətinin sədri tərəfindən verilmiş *6*22755 nömrəli 13 dekabr 2*19-cu il tarixli arayışına görə Cavabdeh banka 25*** manat ödədikdən sonra İddiaçı1 ASC qarşısında heç bir öhdəliyi qalmayacaqdır, həmin tarixli mədaxil qəbzinə görə Cavabdeh banka 25*** manat ödəniş etmişdir. Bundan sonra kreditin təminatı kimi ipoteka yüklü edilmiş və X1 mülkiyyətində olan Bakı şəhərindəki mənzilin ipotekadan azad olunmasına dair İddiaçı1ın Şirvan filialının müdiri tərəfindən ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Şəhəp Əraz i İdarəsinə AB ŞNF *4-**819 nömrəli 16 dekabr 2*19-cu il tarixli məktub göndərilmişdir. Göründüyü kimi bank özü cavabdehin heç bir öhdəliyinin qalmadığını etiraf etmişdir.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-1991/2*22 nömrəli, *6 oktyabr 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.