Məhkəmə qərarları › İş №2(102)-6864/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6864/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6864/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7700/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Leyla Talıbova) 2(011)-3480/2018 saylı iş üzrə 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia t ələbi təmin edilmiş, Cavabdeh 28305 manat pulun və 30 manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 2(103)-10440/2018 saylı 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdehapellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədənsaxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) 2(102)-2055/2019 saylı 09 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiy asının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və tələbini dəqiqləşdirərək dəhlizdə yerləşən dəyəri 200 manat olan iri ekranlı Domofonun, dəyəri 1500 manat olan dörd qapıdan ibarət şifonerin, dəyəri 1800 manat olan dörd güzgülü qapıdan ibarət şifonerin, dəyəri 1 50 manat olan çilçırağın, dəyəri 150 manat olan xalçanın, dəyəri 500 manat olan 2.5x3 ölçüdə xalçanın, dəyəri 160 manat olan 16 bölməli qızdırıcı radiatorun, yataq otağında yerləşən dəyəri 4000 manat olan yataq dəstinin (bir ədəd taxt, bir ədəd iki güzgülü qapıdan ibarət şifoner, bir ədəd türmo, bir ədəd tumba), dəyəri 300 manat olan bir ədəd yataq örtüyünün, bir ədəd yorğanın, iki ədəd yastığın, bir ədəd döşəyin, bir dəst dəyəri 1600 manat olan pərdənin, bir ədəd sentifon yorğan dəstinin, otuz ədəd yataq dəstinin, dəyəri 200 manat olan 3 lampa örtüsü olan çilçırağın, iki ədəd dəyəri 100 manat olan gecəlampalarının, dəyəri 800 manat olan Gree markalı kondisionerin, dəyəri 110 manat olan 10 bölməli qızdırıcı radiatorun, uşaq otağında yerləşən dəyəri 800 manat olan iki ədəd çarpayının, dəy əri 600 manat olan dörd qapılı bir ədəd şifonerin, dəyəri 300 manat olan bir ədəd yazı masasının, dəyəri 1200 manat olan bir dəst pərdənin, dəyəri 200 manat olan yorğandöşək dəstinin, Qonaq otağında yerləşən dəyəri 4000 manat olan dəri yumşaq dəstin (divan və iki kreslo), dəyəri 1500 manat olan 6 ədəd stuldan ibarət masanın, bir ədəd dəyəri 150 manat olan jurnal masasının, dəyəri 2000 manat olan bir dəst pərdənin, dəyəri 800 manat olan 6 ədəd lampa örtüklü çilçırağın, dəyəri 1200 manat olan Gree markalı kondisionerin, dəyəri 600 manat olan televizor altlığının, dəyəri 700 manat olan bir ədəd Samsung markalı 80 sm ölçüdə LCD televizorun, dəyəri 400 manat olan 2x3 ölçülü xalçanın, dəyəri 110 manat olan 10 bölməli qızdırıcı radiatorun, mətbəxdə yerləşən dəyəri 3000 manat olan mətbəx mebelinin, dəyəri 200 manat olan aspiratorun, dəyəri 250 manat olan 4 stuldan ibarət masanın, dəyəri 750 manat olan İndesit markalı soyuducunun, dəyəri 800 manat olan Gree markalı kondisionerinin, dəyəri 250 manat olan 3 lampa örtülü çilçırağın, dəyəri 150 manat olan jalüz pərdənin, dəyəri 80 manat olan termosun, dəyəri 140 manat olan 4 ədəd keramika qazan dəstinin, dəyəri 80 manat olan 24 ədəddən ibarət qaşığın, hərəsi 6 ədəd olmaqla çəngəl-bıçaq dəstinin, dəyəri 150 manat olan 24 ədəd boşqab dəstinin, dəyəri 110 manat olan 10 bölməli qızdırıcı radiatorun, hamamda dəyəri 80 manat olan bir ədəd güzgünün, dəyəri 150 manat olan quruducunun,dəyəri 300 manat olan unitaz, dəyəri 1500 manat olan Ariston markalı kombinin, dəyəri 140 manat olan Evrolux markalı tozsoranın, dəyəri 70 manat olan paltar asanın Cavabdehdan alınıb ona verilməsi, bu mümüknü olmadıqda isə onların bazar dəyəri hesab edilən 28305 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ünvan 1 ünvanında “xxxx” MTK (bundan sonra MTK) tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən, sahəsi 119 kvadrat metr olan 3 otaqdan ibarət 14 nömrəli mənzillə bağlı MTK ilə müqavilə bağlamaqla həmin mənzilin payçısı olmuşdur. Mənzil alındıqdan sonra iddiaçılar tərəfindən təmir edilmiş və bütün lazımi məişət əşyaları və avadanlıqlarla təchiz edilmişdir. Bir müddət sonra iddiaçının həyat yoldaşı olan digər İddiaçı1 həmin mənzili cavabdehə məxsus olmuş “xxxx” MMC t ərəfindən Gəncə şəhəri, H.Əliyev prospekti 50 ünvanında inşa edilmiş sahəsi 160 kvadrat metr olan qeyri-yaşayış sahəsi ilə dəyişdirmişdir. Bununla bağlı evdə yaranmış söz-söhbətdən sonra cavabdehə mənzilin geri qaytarılması ilə bağlı müraciət edilsə də, sonuncu imtina etdiyindən və eyni zamanda bütün bu proseslər İddiaçı2 bununla bağlı razılıq ərizəsi olmadan baş tutduğundan o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdeh “xxxx” MTK-ya qarşı protokolun, müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilərək müqavilənin əslinin qaytarılması və mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilərək ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası nın 1-ci blok, 3-cü mərtəbədə yerləşən, sahəsi 119 kvadrat metr olan 3 otaqdan ibarət 14 nömrəli mənzilinin İddiaçı2 adından Cavabdeh adına keçirilməsi barədə “xxxx” MTK-nın ümumi iclasının 20 fevral 2016-cı il tarixli 02 N-li protokolunun etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı2 ilə “xxxx” MTK arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli müqavilənin əslinin qaytarılmasının və mənzilin F Q.Ələkbərovaya təhvil verilməsinin MTK-ya həvalə edilməsi, həmin mənzilə dair MTK ilə L.D.Luşpay arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq İddiaçı2 təhvil verilməsi, 23 fevral 2016-cı il tarixli müqaviləyə əsasən ödənilmiş 90.000 manatın MTK-dan alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 i yul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, “xxxx” MTK-nın apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə MTK ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqaviləyə əsasən ödənilmiş 90000 manat məbləğində pul vəsaitinin MTK-dan alınaraq Cavabdeh verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli, 2(102)-8992/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı mübahisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul edildi kdən sonra MTK-nın komendantı iddiaçı tərəfə bildirmişdi ki, cavabdeh tərəf mənzildəki əşyaları boşaltmağa başlamışdır. Bununla bağlı iddiaçı tərəf müvafiq polis bölməsinə şikayət ünvanlasa da, məsələ mülki xarakterli olduğundan heç bir tədbir görülməmişdir. Qətnamə icraya yönəldikdən sonra Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən icra sənədi icra edilərkən mənzilə daxil olunmuş və mənzilin tam olaraq boş vəziyyətdə olması müəyyən edilmişdir. Mənzil iddiaçı tərəfə təhvil verilərək icra sənədi icra edilmiş və bununla bağlı 19.02.2018-ci il tarixli akt tərtib edilmişdir. Mənzillə bağlı olaraq vaxtilə cavabdehlə qanunsuz olaraq müqavilə bağlanarkən iddiaçı tərəfə məxsus olan bütün əşyalar təmin mənzildə olmuş, yəni iddiaçılara məxsus olan əmlaklar mənzildən çıxarılmamışdır. Laki n mənzili təhvil alarkən cavabdeh tərəfin iddiaçılara məxsus olan bütün əmlaklarının daşıdıqlarının şahidi olmuşdular. Cavabdeh tərəfin bu özbaşına hərəkətlərinin qarşısını almaq üçün və özlərinə məxsus olan əmlaklarının geri alınması məqsədilə iddiaçılar yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi qətna mədə sübutlara və şahidlərin verdiyi ifadələrlə bağlı qeyd etmişdir ki, mənzildən cavabdehin məhz hansı əşyaları, avadanlıqları söküb aparması, mənzildən çıxarılan əşyaların, avadanlıqların adlarını, sayını, qiymətini və sair əlamətlərini göstərməmişlər, şahid ifadələri ilə bağlı onların maraqlı şəxslərin ifadələri olduğu üçün qəbuledilməz olduğunu qeyd etmişdir. Məhkəmənin bu cür mövqeyi tamamilə qəbuledilməz və qərəzli yanaşmadır. Çünki iddia ərizəsində əmlakların otaqlarda yerləşmə yerinə uyğun adları, sayı çeşidləri sadalanmış, əlamətləri göstərilmiş və qiymətləri də qeyd edilmişdir. Əmlakların qiyməti ilə bağlı müstəqil qiymətləndirici tərəfindən mütəxəssis rəyi də tərtib edilmişdir. Şahidlərin maraqlı şəxslər olması ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki pros essual Məcəlləsinin 62-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Qanunun tələbindən də göründüyü kimi şahid düzgün ifadə verməyə borcludur və yalan ifadə verməyə görə məsuliyyət daşıyır. Lakin məhkəmənin şahidləri maraqlı şəxs kimi qələmə verməklə onların ifadələrini şübhə altına alması əsassızdır və marağın nədə ifadə olunmas ı anlaşılan deyil. Məhkəmə bununla iddiaçıların əmlak hüquqlarının kobud şəkildə pozulmasına və cavabdehin isə özgə əmlakı hesabına əsassız varlanmasına rəvac vermişdir. Qətnamədə qeyd edilmişdir ki, mübahisəli əmlaklarla bağlı tərəfər arasında hər hansı bir akt tərtib edilməmiş və mənzil təhvil verilərkən boş vəziyyətdə təhvil verilmişdir.Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı1la cavabdehin oğlu arasında əmlakların yerləşdiyi mənzillə bağlı sövdələşmə olarkən orada yerləşən əmlaklarla bağlı hər hansı sövdələşmə olmamışdır. Əmlaklar iddiaçılara məxsus olmuşdur və ümumi dəyəri 30000 manata yaxın olan əmlaklar cavabdehə verilə bilməzdi. Əmlaklar müvəqqəti olaraq mənzildə saxlanılmışdı. Mənzillə bağlı sövdələşmə olarkən gələcəkdə tərəfər arasında hər hansı bir mübahisənin olmayacağını güm an etmək mümkün olmadığından əmlaklarla bağlı bağlanmasına da zərurət yox idi. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mü əyyən edilən hallarından görünür ki,Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdeh “xxxx” MTK-ya qarşı protokolun, müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilərək müqavilənin əslinin qaytarılması və mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilərək ünvan 1 ünvanında “xxxx” MTK (bundan sonra MTK) tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən, sahəsi 119 kvadrat metr olan 3 otaqdan ibarət 14 nömrəli mənzilinin İddiaçı2 adından Cavabdeh adına keçirilməsi barədə “xxxx” MTK-nın ümumi iclasının 20 fevral 2016-cı il tarixli 02 N-li protokolunun etibarsız hesab edilməsi, həmin mənzilə dair İddiaçı2 ilə “xxxx” MTK arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli müqavilənin əsli nin qaytarılmasının və mənzilin F Q.Ələkbərovaya təhvil verilməsinin MTK-ya həvalə edilməsi, həmin mənzilə dair MTK ilə L.D.Luşpay arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq İddiaçı2 təhvil verilməsi, 23 fevral 2016-cı il tarixli müqaviləyə əsasən ödənilmiş 90000 manatın MTK-dan alınaraq Cavabdeh qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, “xxxx” MTK-nın apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə MTK ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli müqaviləyə əsasən ödənilmiş 90000 manat məbləğində pul vəsaitinin MTK-dan alınar aq Cavabdeh verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli, 2(102)-8992/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış qətnamənin icrası qaydasında icra məmurunun iştirakı ilə tərtib edilmiş 19 fevral 2018-ci il tarixli aktla müəyyən edilir ki, sözügedən mənzil tam olaraq boş vəziyyətdə İddiaçı2 əri İddiaçı1 və nümayəndəsi İlkin Ukalayevə təhvil verilmişdir. Hazırda iddiaçılar iddia ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən əşyaları cavabdehdən tələb edirlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq müəy yənetmişdir ki, mübahisə predmeti olan mənzil Cavabdeh satılarkən və ona təhvil verilərkən mənzildə əşyaların olması, hansı əşyaların mənzildə qalmasına dair akt tərtib edilməmiş, ümumiyyətlə buna dair hər hansı sənəd məhkəməyə tədim edilməmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnamə üzrə iddiaçı məhkəməyə müraciət edərkən mənzilin məhz içərisində olan əşyalarla, avadanlıqlarla birlikdə cavabdehə təhvil verilməsini göstərməmiş, eləcə də qətnamənin icrası qaydasında mənzili təhvil alarkən icra məmurunun iştirakı ilə tərtib edilmiş sözügedən aktda ona məxsus əşyaların, avadanlıqların mənzildə aşkar edilməməsinə, həmin əşyaların, avadanlıqların mənzildən cavabdeh tərəfindən sökülüb aparılmasına dair heç bir qeyd aparılmamışdır. “Azərbaycan Res publikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında da təsbit edilib göstərilmişdir. Həmin Qərarda MPM-nin 82.3-cü maddəsinə şərh verilərək göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər ifadələrində İddiaçı2 məxsus mənzilin içərisində olan əşyalarla, avadanlıqlarla birlikdə Cavabdeh təhvil verilməsini və evi boşald arkən cavabdehin İddiaçı2 məxsus olan əşyaları, avadanlıqları da söküb özü ilə aparmasını göstərsələr də, onlar ifadələrində mənzildən cavabdehin məhz hansı əşyaları, avadanlıqları söküb aparmasını, mənzildən çıxarılan əşyaların, avadanlıqların adlarını, sayını, qiymətlərini və sair əlamətlərini göstərməmişlər. Həmçinin məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onlar maraqlı şəxslərin ifadələri olduğu üçün qəbul edilməməlidir. Belə ki, tərəflərin dəvət etdiyi şahidlər iş üzrə maraqlı şəxslər olub onları dəvət etmiş şəxslərin mövqeyinə uyğun ifadə vermişlər. Ona görə də həmin ifadələr hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəmişdir ki, birinci intansiya məhkəməsi mübahisən in faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. İddiaçılar iddia tələbinin faktiki əsası kimi göstərilən halları sübut edə bilməmişlər. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçılar kassasiya şikayətində qeyd etmişlər ki, iddia ərizəsində əmlakların otaqlarda yerləşmə yerin ə uyğun adları, sayı çeşidləri sadalanmış, əlamətləri göstərilmiş və qiymətləri də qeyd edilmişdir. Əmlakların qiyməti ilə bağlı müstəqil qiymətləndirici tərəfindən mütəxəssis rəyi də tərtib edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin əmlakların mənzildən aparılması barədə şahidlərin ifadələrinə münasibətdə şahidlər tərəfindən əmlakların adlarınını, çeşidlərinin göstərilmədiyini qeyd etmişdir. İddia ərizəsində və mütəxəssis rəyində bu göstəricilərin qeyd edilməsi şahidlərin ifadələrinin mötəbər olması nəticəsinə gəlməyə əsas vermir. İddiaçı1la cavabdehin oğlu arasında əmlakların yerləşdiyi mənzillə orada yerləşən əmlaklarla bağlı hər hansı sövdələşmə olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdehin oğlunun arasında sövdələşmə olmaması, iddiaçıların iddia tələblərinin əsaslı olması anlamına gəlmir. İddiaçılar öz iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut etməli, bu barədə məhkəməyə sübut təqdim etməli olduqları halda bunun öhdəsindən gələ bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7700/2019 nömrəli iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar