Məhkəmə qərarları › İş №2(102)-6869/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6869/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6869/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X4 ibarət tərkibdə, Novruzova Ülviyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X9 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli, 2(103)-2542/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 14.09.2017-ci il tarixli, 2(006)6984/2017 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 19706 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 28.08.2018-ci il tarixli, 2(006)6984/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2(006)-6984/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 02.11.2018-ci il tarixli, 2(006)5773/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələ binə dair iddiası təmin edilərək, Cavabdeh 19706 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 25.02.2019-cu il tarixli, 2(103)-2542/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli, 2(006)-5773/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 19.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun xeyrinə 20000 ABŞ dolları (həmin məbləğdən 500 AZN çıxılaraq) məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili X9 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəmə iclasında müraciət etsə də, məhkəmə onun ərizəsinə nəinki münasibət bildirməmiş, habelə ərizəni iş materiallarına əlavə etməməklə, iddiaçının maraqları naminə qə tnamə qəbul etmişdir. Cavabdeh bu barədə apellyasiya instansiya məhkəməsində bildirmiş olsa da, bu hal məhkəmə iclas protokolunda əks etdirilməmiş, nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar 2008-ci il tarixinə təsadüf etsə də o, 2017-ci ildə müqavilə tələbləri ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdeh məhkəmədə iddiaçıya 2850 ABŞ dolları borclu olduğunu, həmin məbləğin ona 2014-cü ilin əvvəlində qaytarılmasını etiraf etmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan işin faktiki halları aydınlaşdırılmamış, qətnamədə ifadə edilən nəticələr işin faktiki hallarına uyğun olmamış, işin halları sübut olunmamışdır. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X9 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 və onun nümayəndəsi və vəkili Alışov Rahim Nüsrət oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(106)-576/2019 nömrəli qətnaməsinin dəyişdirilməməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmam alıdır. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh şifahi razılıq əsasında 20.000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini tezliklə iddiaçıya qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin borcdan cəmi 500 manat ödəniş etmişdir. Qeyd edilməlidir ki, hər iki instansiya məhkəməsi tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması qənaətinə şahid ifadələri əsasında gəlmişdir. İş materiallarından da müəyyən olunur ki, tərəflər arasında borc müqaviləsi münasibətlərinin yaranması şahid ifadələrindən başqa hər hansı sübutla təsdiqini tapmır. Belə olan halda işə mahiyyəti üzrə baxmış məhkəmələr mülki prosessual qanunvericiliyin tələblərindən çıxış etməklə şahid ifadələrinə əsaslanaraq qənaətlərini əsaslandırmışlar. Lakin hər iki instansiya məhkəməsində məhkəməyə dindirilməsi üçün tərəflər tərəfindən dəvət edilmiş şahidlərin ifadələri arasında ziddiyyət olması, həmçinin iddiaçı cavabdehdən 20000 ABŞ dollarının tutulmasını tələb etsə də, cavabdehin borc məbləğini 2850 manat civarında qəbul etməsi araşdırılmamış, iddiaçı tərəfindən məhkəməyə çağırılmış şahid X2 xanımın ona Yusif müəllimin üzərində 20000 ABŞ dolları pul olmasını bildirdiyini, buna görə onu aparmasını tapşırdığını bildirməsinə, onun həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verildiyini görməməsinə, cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin isə cavabdehin iddiaçıya borcu olduğu 2850 ABŞ dolları pulu ödəməsi məqsədilə onlar dan borc almasına və borc almasının məqsədini onlara bildirməsinə qiymət verməmiş, işin hansı araşdırılmış halları əsasında iddiaçının cavabdehə 20000 ABŞ dolları verməsinin təsdiq olunduğunu əsaslandıra bilməmiş, həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinə bilinməsi üçün məhkəmə araşdırmasını tam aparmamış, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Çünki şahid ifadələri arasında ziddiyyətlərin mövcud olması məhkəmə araşdırmasının davam etdirilməsinə kifayət qədər əsas verir. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak e dən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bən di) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kassasiya kollegiyası hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyy ətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsd iqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, nəticədə mahiyyətcə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, ka ssasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli 2(103)2542/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar