Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6871/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5322/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 1 4 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 02R000031233 saylı kredit razılaşması üzrə 16131,04 ABŞ dolları kredit borcu, 2881,31 ABŞ dolları faiz borcu, 7632,44 ABŞ dolları cərimə olmaqla, cəmi 26644.79 ABŞ dollarının, 002R********** saylı kredit razılaşması üzrə 52564.55 ABŞ dolları kredit borcu, 11234.68 ABŞ dolları faiz borcu, 25598.23 ABŞ dolları cərimə olmaqla, cəmi 89397.46 ABŞ dollarının, hər iki müqavilə üzrə ümumilikdə 116042.25 ABŞ do lları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 8a saylı evin 71 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin satılması, 116042.25 ABŞ dolları məbləğində borcun, iddianın qaldırılması üçün 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunmuş vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, q alan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra həmin mənzildən Cavabdeh1 mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması və mənzilin boşaldılması, İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.08.2007-ci il tarixli 02L000000495 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 23.05.2008-ci il tarixli 495 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 300000 ABŞ dolları, kredit xəttinin müddəti isə artırılaraq 120 ay müəyyən olunmuşdur. Bu müqavilyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.01.2014-cü il tarixli 02R000031233 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.03.2015-ci il tarixli 02R000031233S saylı, 30.09.2015-ci il tarixli 02R000031233SA saylı və 18.03.2016-cı il tarixli 02R000031233SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razıl aşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.01.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18868,96 ABŞ dolları ödəmiş, onun 16131.04 ABŞ doları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.11.2017-ci il tarixə 306 gün üçün hesablanmış f aiz borcu 2881.31 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. 13.11.2017-ci il tarixə 306 gün üçün hesablanmış cərimə 7632.44 ABŞ dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.12.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 31 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 67000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.03.2015-ci il tarixli 002R**********S saylı, 30.09.2015-ci il tarixli 002R**********SA saylı, 18.03.2016-cı il tarixl i 002R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşmaları üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.10.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1445.45 ABŞ dolları ödəmiş, onun 52564.55 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibar ət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.11.2017-ci il tarixə 392 gün üçün hesablanmış faiz borcu 11234.68 ABŞ dolları təşkil edi. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. 13.11.2017-ci il tarixə 392 gün üçün hesablanmış cərimə 25598.23 ABŞ dolları təşkil edir. Kredir xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu, müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmçinin öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı 23.05.2008-ci il tarixli 02M000000487 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.10924 ha torpaq sahəsində yerləşən 11 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində 106.8 kv.m ümumi, 63.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8a saylı evin 71 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 avqust 2018-ci il tarixli 2(008)-2431/2018 nömrəli qərardadı ilə (hakim İmran Burcayev) iş üzrə müstəqil qiymətləndirici təyin edilmiş, qiymət ləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin Mənzilin qiymətləndirilməsi barədə 06.11.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 71 nömrəli mənzilin 06.11.2018-ci il tarixinə olan bazar dəyəri 138500 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 23 yanvar 2019-cu il tarixli 2(008)-297/2019 nömrəli qərardadı ilə (hakim İmran Burcayev) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 6883 nömrəli 15.07.2019-cu il tarixli Ekspert Rəyindən görünür ki, iş materiallarında olan kreditin statusuna və 29.01.2014-cü il tarixli 02R00003123 saylı kredit razılaşmasının, eləcə də əlavə sazişlərin qeyd olunan şər tləri nəzərə alınaraq Cavabdeh1 11.08.2017-ci il tarixinə İddiaçı QSC-yə olan borcu 11.08.2017-ci il tarixə əsas borc üzrə 18584,72 ABŞ dolları, faiz borcu üzrə 1951,40 ABŞ dolları təşkil edir. 26.12.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə iş materiallarında olan kreditin statusuna və 26.12.2014-cü il tarixli 002R********** saylı kredit razılaşmasının, eləcə də əlavə sazişlərin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 11.08.2017-ci il tarixə İddiaçı QSC-yə olan borcu əsas borcu üzrə 54913.97 ABŞ dolları, faiz borcu üzrə 11013,70 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin 18 fevral 2020-ci il tarixli 2(008)-139/2020 nömrəli qətnaməsi ilə (hakim – Adilə Paşayeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29.0 1.2014-cü il tarixli, 02R000031233 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16131.04 ABŞ dolları əsas, 1951.40 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18582.44 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaitinin, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 26.12.2014-cü il tarixli, 002R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 52564,55 ABŞ dolları əsas, 11013,70 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 64578.25 ABŞ dolları məbləğində ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaitinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumunun, 20 manat xidmət haqqının tutularaq İddiaçı QSC-nin hesabına köçürülməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 8a saylı evin 71 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda 71 saylı mənzilin ilkin satış qiymətinin 138500 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 250 manat eksp ertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermiş, digər Cavabdeh2 zamin qismində bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşımış, bunun nəticəsində bankın cavabdehlərə müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin ban k qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi, 26.12.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə faiz borcu 11013.70 ABŞ dolları olduğu halda, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında həmin məbləğ 11234,68 ABŞ dolları göstərilmişdir. Bu səbəbdən də, faiz borcu 11013.70 ABŞ dolları həddində müəyyən edilməlidir. 29.01.2014-cü il tarixli 002R000031233 saylı kredit razılaşması üzrə faiz borcu 1951,40 ABŞ dolları olduğu halda, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında həmin məbləğ 2881,31 ABŞ dolları göstərilmişdir. Bu səbəbdən də, faiz borcu 1951,40 ABŞ dolları həddində müəyyən edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər ilə iddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmış və cavabdehlərin bağlanmış kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Məhkəmə i ddia tələbinin Cavabdeh2 münasibətdə olan hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə 29.01.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcun 16131.04ABŞ dolları, faiz borcunun 1951,40 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə gö rə hesablanmış 7632,44 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 500 ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə 29.12.2014-cü il tarixli kredit razılaşması üzrə əsas borcun 52564,55 ABŞ dolları, faiz borcunun 11013,70 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 25598.23 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 1000 ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hərracdan əldə olunmuş vəsa it borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 8a, 71 saylı mənzilin hazırki bazar qiyməti 138500 manat məbləğində müəyyən edilmiş, cavabdehlərin Banka olan borcu isə 138500 manatdan çoxdur. Buna görə də, həmin mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etməyəcəyi üçün qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış İpoteka Müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, cavabdehlər çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Cavabdeh1 məxsus ipotekaya qoyulmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 8a, 71 saylı mənzilə tutma yönəldikdə və açıq hərracdan satıldıqdan sonra onun mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi,mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, id dia bu hissələrdə təmin edilə bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə məcburi qaydada çıxarılma üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır; İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı ba ş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 279, 295, 319.1, 319.6, 421.2, 423.2, 428.4, 439.1, 442, 445.1, 445.2.1, 448.1, 449.4, 462.1, 465.2, 467, 470.1, 472, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 34.1.1, 41.1, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin qismən – “ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasının təmin edilməməsi və dəbbə pulunun azaldılması” hissələrində ləğv edilərək iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Fuad Talışinski) 06 iyul 2021-ci il tarixli, 2(103)-5322/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(008)-139/2020 saylı qətnaməsinin qismən, yəni iddianın «ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması»nın rədd olunması hissədə ləğv olunması, iddianın həmin hissədə təmin olunması, Cavabdeh1 ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 8a saylı evin 71 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec bir ay ərzində oranı tərk etmədikdə həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılaraq mənzilin boşaldılması, qətnamənin apelyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirlmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandır mışdır ki, ilkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında müvafiq kredit, ipoteka və zaminlik müqavillərinin bağlanması işin mübahisə olunmayan hallarıdır. İddiaçı apelyasiya şikayətində hər iki kredit razılaşması üzrə tələb olunan dəbbə (cərimə) pulunun azaldılmasını, iddianın həmin hissədə tam təmin olunmalı olmasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki birinci instansiya məhkəməsi haqlı olaraq işin hallarını və cavabdehin maddi vəziyyətini nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmışdır ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, apellyasiya şikayətinin dəlillərini həmin hissədə əsaslandıra bilməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası iddiaçının qeyd edilə n hissədə apelyasiya şikayəti ilə razılaşmır. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini digər hissədə əsaslı sayır. Belə ki, birinci instansiya iddianı «ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması» hissədə təmin etməmişdir. Halbuki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İşdən görünür ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün məhz Cavabdeh1 tərəfindən ipoteka qoyulmuşdur. Belə olan halda isə iddia qeyd edilən hissədə əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq, əsassız olaraq iddianı həmin hissədə rədd etmişdir. Bu səbəbdən də, qətnamə MPM-nin 3851.1-ci maddəsinə əsasən həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Kasasiya şikay ətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Cavabdeh1 ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 8a saylı evin 71 mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec bir ay ərzində oranı tərk etmədikdə həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılaraq mənzilin boşaldılması” tələbinin təmin olunması hissəsində qismən ləğv edilməklə həmin hissədə iddia tələbinni rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Kollegiyası mübahisələndirdiyi qətnamənin iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, yəni birinci ins tansiya məhkəməsinin qətnaməsinin «ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması»nın təmin olunması hissəsində ləğv etməklə maddi hüquq normasının zamana görə tətbiqində yanlışlığa yol verilmişdir. Belə ki, "İpoteka haqqında" Qanunun qüvvədə olan 59.4-cü maddəsinə 28 dekabr 2018-ci il tarixli Qanunla dəyişiklik edilmədən öncə həmin bənd belə redaksiyada idi ki, “Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.” Köhnə redaksiyada olan Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır: b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır: c) mənzildə yaşayan şəxslər alqısatqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır: d) bu tələblərə yeni icraatda baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi ipoteka haqqında qanunun 59.4-cü maddəsinə dəyişiklik ediləndən öncə bağlandığından dolayısı ilə tərəflər arasında hüquq münasibətləri qanundakı dəyişiklikdən öncə yarandığından AR MPM-nin 217.2-ci maddəsinin tələbləri pozulmuşdur. İpoteka ya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə “Cavabdeh1 ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 8a saylı evin 71 mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec bir ay ərzində oranı tərk etmədikdə həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılaraq mənzilin boşaldılması” hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin möv qeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməklə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin tətbiq edilməli ol duğu halda, həmin Qanunun hazırda qüvvədə olan 59.4-cü maddəsinin tətbiq edilməsi nəticəsində mübahisələndirilən hissədə iddia tələbinin təmin edilməsinin əsassızlığı ilə əsaslandırılsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddia tələbi apelyasiya kollegiyası tərəfindən cavabdehin qeyd etdiyi kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsi ilə deyil, həmin Qanunun 59.3-cü maddəsi ilə əsaslandırılmışdır ki, həmin normaya da mübahisəli hüquq münasibətinin yarandığı zamanda hər hansı dəyişiklik edilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5322/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.