Məhkəmə qərarları › İş №2(102)-688/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-688/2019

18.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-688/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 yanvar 2019-cu il İş № 2(102)-688/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh1 vəkili 1 iştirakı ilə, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.C.Xəlilov) 13 may 2016-cı il tarixli, 2(06 0)-2616/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 22.125,21 ABŞ dolları əsas kredit borcu, 1.718,89 ABŞ dolları məbləğində faiz borcu, 2.884,23 ABŞ dolları cərimə, cəmi 26.728,33 ABŞ dolları məbləğində kredit borcu, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ dolları, cərimə borcu üzrə 488,86 ABŞ dolları, cəmi 8.846,14 ABŞ dolları məbləğində kredit borcunun cavab deh1 və cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına cavabdeh1 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26.728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə 3.290,74 ABŞ dolla rı, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8.846,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və A.Ə.Abbasov) 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli (X1 qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinə cavabdeh1 apellyasiya şikayəti üzrə qismən, cərimə borclarına və 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə borcun ümumi məbləğinin valyutaya aid hissələrində dəyişiklik edilərək cavabdeh1 və cavabdeh2 müştərək qaydada 171/14SU saylı, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 100 (yüz) ABŞ dolları və 17-2/14SU saylı, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 (əlli) ABŞ dolları cərimə borcları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 sa ylı əlavə kredit müqaviləsi üzrə cavabdeh1 borcunun ümumi məbləği 3.290,74 (üç min iki yüz doxsan manat 74 qəpik) manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: “xxxx” Kommersiya Bankı ASC iddia ilə məhkəməyə müraciət edərək cavabdeh1 və cavabdeh2 iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 22.125,21 ABŞ dolları, faiz borcu üzrə 1.718,89 ABŞ dolları, cərimə borcu üzrə 2.884,23 ABŞ dolları, cəmi 26.728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz bo rcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ dolları, cərimə borcu üzrə 488,86 ABŞ dolları, cəmi 8.846,14 ABŞ dolları məbləğində kredit borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 1ünvan 1 22 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh1 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26. 728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə 3.290,74 ABŞ dolları, 05.12.2014-cü il tarixli, 172/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8.846,14 ABŞ dolları borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 52.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzilinə tutma yönəldikdə və əmlak satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qə rarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin cərimə borcu, əsas kredit və faiz borcu, cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 Sumqayıt şəhəri,ünvan 1-də 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılması və ipoteka ilə yüklü edilmiş yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, mühasibatlıq və əmtəəşünaslıq ekspertizasının nəticəsindən asılı olaraq əsas kredit və faiz borcunu, ipoteka predmetinin real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə mülki işi yenidən baxmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh1 vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 14 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilən hissəsində qüvvədə saxlanılmalı, dəyişdirilmədən saxlanılan hissəsində isə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktiki hallarınının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı təşkilatın 17-1/14SU saylı, 04 aprel 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 2884,23 ABŞ dolları və 17-2/14SU saylı, 05 dekabr 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 488,86 ABŞ dolları məbləğində cərimə pulu tələb etməsi və birinci instansiya məhkəməsinin həmin məbləğdə cərimə borclarını tutması tənasübsüz surətdə yüksəkdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə cavabdeh1 borcunun ümumi məbləğinin 3.290,74 manat olması göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəticələri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilən hissələri üzrə prosessual qanunvericiliyin tələblərinə uyğun olsa da, dəyişdirilmədən saxlanılan hissəsi üzrə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, işin mübahisəsiz hallarına əsasən “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında 03.04.2014-cü il tarixli, 17/14SU saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə-04.04.2016-cı il tarixədək illik 20 faiz ödəmək şərti ilə 50.000 ABŞ dolları məbləğində, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə - 05.08.2016-cı il tarixədək illik 28 faiz ödəmək şərti ilə 3.000 manat, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə-05.12.2016-cı il tarixədək illik 21 faiz ödəmək şərti ilə 10.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” Kommersiya Bankı ASC ilə cava bdeh2 arasında bağlanmış 03.04.2014-cü il tarixli, 17İ/14SU saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 1ünvan 1 22 saylı mənzili “xxxx” Kommersiya Bankı ASC-nin ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 04.04.2014-cü il tarixdə AR ƏMDK yanında 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı “xxxx” Kommersiya Bankı ASC ilə cavabdeh2 arasında bağlanmış 04.04.2014cü il tarixli, 17Z/14SU saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Cavabdeh1 08.10.2015-ci il tarixə 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 22125,21 ABŞ dolları, 1718,89 ABŞ dolları məbləğində faiz borcu, 2884,23 ABŞ dolları cərimə, cəmi 26728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 2999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3290,74 manat, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 7843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ dolları, cərimə borcu üzrə 488,86 ABŞ dolları, cəmi 8846,14 A BŞ dolları məbləğində kredit borcu yaranmışdır. 03.04.2014-cü il tarixli, 17/14SU əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzili “xxxx” Kommersiya Bankı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 03.04.2014-cü il tarixli, 17İ/14SU saylı ipoteka müqaviləsinə əsasən cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzili 03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini məqsədi ilə banka ipotekaya qoyulmuş və daşınmaz əmlakın qiymətləndirilməsi barədə 28.03.2014-cü il tarixli, 28 saylı ekspert rəyinə tərəflərin qarşılıqlı razılı ğına əsasən ipoteka predmetinin ilkin satış qiyməti 52000 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin də işin materiallarından görünür ki, cavabdeh1 apellyasiya şikayətində kredit müqavilələri üzrə əsas və faiz borclarını deyil, yalnız cərimə borclarını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Buna uyğun olaraq da apellyasiya instansiyası məhkəməsinin iddiaçı təşkilatın 17-1/14SU saylı, 04 aprel 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 2884,23 ABŞ dolları və 17-2/14SU saylı, 05 dekabr 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 488,86 ABŞ dolları məbləğində cərimə pulu tələb etməsi və birinci instansiya məhkəməsinin həmin məbləğdə cərimə borclarını tutması tənasübsüz surətdə yüksək olduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17-1/14SU saylı, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 100 ABŞ dolları və 17-2/14SU saylı, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 ABŞ dolları cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehlərin maddi və əmlak vəziyyətinə uyğun olmasına dair nəticəsi ilə məhkəmə kollegiyası razılaşır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri daxilində həmçinin cavabdeh1 ödəyəcəyi borcu səhvən 3.290,74 manat əvəzinə, 3.290,74 ABŞ dolları göstərilməsinə də düzgün olaraq hüquqi münasibət bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsində də dəyişiklik edərək 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə cavabdeh1 borcunun ümumi məbləğinin 3.290,74 manat olması göstərilməli olmasına nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin mübahisələndirilməyən his səsi üzrə də, yəni, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlməsi qanuni olmamışdır. Belə ki, apellyasiya şikayətində şikayət müəlliifi iddiaçı bankın göstərmiş olduğu cərimə borcunun kredit müqaviləsi üzrə tam şəkildə tutulmasını, halbuki bankın bunu iddia ərizəsində əsaslandırmamasını, bu ehtimal edilən gəlirlər olmasını, buna görə də, məhkəmə tərəfindən qətnamədə göstərilmiş cərimə borcları minimum həddə salınmalı olmasından başqa birinci instansiya məhkəməsinin qətnaməsini digər hissələrdə mübahisələndirmədiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnaməsində digər hissələr olan - 03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 22.125,21 ABŞ do lları əsas kredit borcu, 1.718,89 ABŞ dolları məbləğində faiz borcu, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ dolları kredit borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” K ommersiya Bankı ASC-nə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına cavabdeh1 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26.728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8.846,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən e dilməsi, cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılmalarına da qiymət verərək bu hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutu lduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamaqla kifayətlənməli, qətnamənin digər,yəni mübahisələndirilməyən hissələri üzrə nəticəyə gəlməli deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnamə si haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3.-cü maddəsinə müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci instansiya məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsində ləğv edilməsi nəticəsi kassasiya şikayətinin dəlilləri əsasında deyil, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinin tələbləri həddində olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin şikayətdə göstərilən hissələrdə ləğvi üçün əsas deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, kassator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətna məsinin yalnız cərimə borcu hissəsini mübahisələndirmiş və apellyasiya instansiyası məhkəməsi də onun şikayətinin bu dəlilil üzrə də düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman apellyasiya icraatı qaydasında mübahisələndirilməyən hissələrin yenidən kassasiya şikayətinin dəlilləri kimi təqdim edilməsi isə yolverilməzdir və apellyasiya instansiyası məhkəməsinin bu dəlillər üzrə ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına kollegiya hesab edir ki, hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün on un qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarında qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə 3 elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudl uğu, məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurikdiksiyaya malik olması və müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübabisə edilə bilməsin. Bu prinsip onu nəzərdə tutur ki, tərəflər işlərinə yalnız yenidən baxılması və yeni qərar qəbul edilməsi məqsədi ilə məhkəmə qərarına yenidən baxılmasına nail olmamalıdırlar. Yuxarı məhkəmələr məhkəmə qərarlarına yalnız yenidən baxılması xatirinə deyil, ədalət mühakiməsi həyata keçirilən zaman yol verilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə baxmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən əsaslı olduğundan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsinin Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilən hissəsində qüvvədə saxlanılmalı, dəyişdirilmədən saxlanılan hissəsi isə apellyasiya baxışının predmeti olmadığı üçün ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsinin Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilən hissəsində, yəni, «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17-1/14SU saylı, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 100 (yüz) ABŞ dolları və 17-2/14SU saylı, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 50 (əlli) ABŞ dolları cərimə borcları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilsin.», «05.08.2014-cü i l tarixli, 19mspSUM/14 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 borcunun ümumi məbləği 3.290,74 (üç min iki yüz doxsan manat 74 qəpik) manat müəyyən edilsin» hissələrində dəyişdirilmədən saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-41/2018 nömrəli iş üzrə 24 may 2018-ci il tarixli qətnaməsi Sumqayıt Şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(060)-2616/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılan, yəni, «03.04.2014-cü il tarixli, 17/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 22.125,21 ABŞ dolları əsas kredit borcu, 1.718,89 ABŞ dolları məbləğində faiz borcu, 05.08.2014-cü il tarixli, 19mspSUM/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.999,70 manat, faiz borcu üzrə 291,04 manat, cəmi 3.290,74 manat, 05.12.2014-cü il tarixli, 17-2/14SU saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 7.843,42 ABŞ dolları, faiz borcu üzrə 513,86 ABŞ dolları kredit borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi, borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda n satılması və əldə olunmuş vəsait hesabına cavabdeh1 04.04.2014-cü il tarixli, 17-1/14SU saylı əlavə kredit müqaviləsi üzrə 26.728,33 ABŞ dolları, 05.08.2014-cü il tarixli, 05.12.2014-cü il tarixli, 172/14SU saylı əlavə kredit müqaviləsi üzrə 8.846,14 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, cavabdeh1, cavabdeh2, cavabdeh3 və cavabdeh4 Sumqayıt şəhəri, ünvan 1-də 22 saylı mənzilindən açıq hərracda satıldıqdan sonra 1 ay ərzində çıxarılmalarına dair» hissəsi apellyasiya baxışının pr edmeti olmadığı üçün ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar