Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-688/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi 14.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-4953/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı ilə (borcverən, yaxud i ddiaçı) Cavabdeh (borcalan, yaxud cavabdeh) arasında bağlanmış və 12 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli “kredit müqaviləsi” nə əsasən borc verən borc alana 75.000 manat məbləğində borc verir, borc alan isə həmin məbləği 27 dekabr 2021-ci il tarixədək borc verənə tam həcmdə qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75.000 manat borcun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunmuş faktiki halına istinad edərək belə əsaslandırmışdır ki, cavabdeh həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, bu günədək bo rcu qaytarmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2(009)-758/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilmişdir. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 75,000 manat məbləğində pul vəsaitini müqavilə ilə razılaşdırılmış müddətdə tam həcmdə olmaqla borcverənə qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 739.1, 740.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119 və 220.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh a pelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlansa da, əslində həmin müqavilə üzrə iddiaçı tərəfindən borc alana pul ödənilməmişdir, başqa sözlə, tərəflərin müqavilə üzrə hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmamışdır. Lakin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət daşıyan bu və digər halları nəzərə almamış, yalnız iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən iddianı təmin etmişdir. Eyni zamanda həmin kredit müqaviləsi tərəflər arasında yalnız görünüş üçün bağlanmışdır, başqa sözlə müqavilə uydurma olmaqla, əhəmiyyətsizdir. Həmçinin mə hkəmə işə baxarkən cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, nəticədə cavabdeh özünün müdafiəsini təşkil edə bilməmişdir. Bununla məhkəmə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etməklə, prosessual hüquq normasının kobud pozuntusuna yol vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)4953/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova sədrlik edən, məruzəçi, R.Həsənov və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qənaəti bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh 75.000 manat borc almasını qeyd etməklə müqaviləyə imza etmişdir. Həmçinin, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Göndərilmiş poçt zərfləri isə “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bu əsasdan kollegiya məhkəm ə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin “iddiaçının pretenziya qaydasına əməl etməməsi” barədə dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki mübahisə isə tərəflər arasında borcun qaytarılması ilə bağlı yarandığından bu cür mübahisələr üzrə məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh, tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlanmasını bildirsə də həmin müqavilənin görünüş üçün bağlanması və əhəmiyyətsiz əqd hesab olunması üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 386.2, 739.1, 740.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilər ək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətini kassator onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ona iddiaçı tərəfindən hər hansı pul məbləği verilməmişdir. Həmin müqavilə görünüş üçün bağlanmaqla, uydurma əqddir. Kassator şikayətində onu da qeyd etmişdir ki, işə baxılarkən iddiaçı və onun nümayəndəsinin iştirakı təmin edilməmiş, nəticədə o müdafiəsini təmin edə bilməmişdir. Kassasiya şikayətinin digər dəlili isə mübahisənin həllinin məhkəmədənkənar pretenziya qaydasına əməl olunmadan məhkəmə qaydasında həyata keçirilməsi ilə bağlı olmuşdur. Kassator hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.1-ci maddələri tətbiq olunmalı, məhkəmə ərizəni baxılmamış saxlamalı idi. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 340.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) x eyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 21 7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etmə klə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apel lyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli “kredit müqaviləsi” nə əsasən iddiaçı cavabdehə 75.000 manat məbləğində borc pul verib və sonuncu həmin borcu 27 dekabr 2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyas iya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh müqavilə üzrə pul vəsaitinin ona verilmədiyini bildirsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh 75.000 manat borc almasını qeyd etməklə müqaviləyə imza etmişdir. Həmçinin, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan eləcə də apellya siya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Göndərilmiş poçt zərfləri isə “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin “iddiaçının pretenziya qaydasına əməl etməməsi” barədə dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutu lmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki mübahisə isə tərəflər arasında borcun qaytarılması ilə bağlı yarandığından bu cür mübahisələr üzrə məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, cavabdeh, tərəflər arasında bağlanmış müqavilənin görünüş üçün bağlanmasını bildirsə də həmin müqavilənin görünüş üçün bağlanması və əhəmiyyətsiz əqd hesab olunması üçün əsaslar müəyyən edilməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər i ştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-4953/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.