Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-688/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(103)5840/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbay can Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 08 sentyabr 2021-ci il tarixli, 6067nkADJ\21 nömrəli kredit müqaviləsi ilə "xxxx" KB ASC tərəfindən Cavabdeh illik 7 faiz olmaqla, 60 ay müddətinə 17225 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 15929,38 manat əsas borc, 235,7 manat faiz borcu, 73,17 manat cərimə olmaqla, cəmi 16238,25 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 138,72 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsasla ndırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.
4. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023-cü il tarixli rəyinə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış və tərəflər arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 6067nkADJ\21 saylı Kredit Müqaviləsinin şərtləri nəzərə alınmaqla, iddia tələbinin tarixinə yəni 25 avqust 2022-ci il tarixə cavabdehin iddiaçıya olan cəmi borcu 16202,24 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 15900,29 manat, faiz borcu üzrə 228,79 manat, cərimə faizi üzrə 73,17 manat.
5. İş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 16 may 2023-cü i l tarixli rəyinə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış və tərəflər arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 6067nkADJ\21 saylı və 25 avqust 2014-cü il tarixli 4612nkİNSH/14 saylı Kredit Müqavilələrinin şərtləri nəzərə alınmaqla, cavabdehin iddiaçıya 25 avqust 2014-cü il tarixli 4612nkİNSH/14 saylı Kredit Müqaviləsi üzrə 08 sentyabr 2021-ci il tarixə 8268,60 ABŞ dolları əsas borcu, 3020,66 ABŞ dolları faiz borcu, 08 sentyabr 2021-ci il tarixli 6067nkADJ\21 saylı Kredit Müqaviləsi üzrə 25 avqust 2022-ci il tarixə 15900,29 manat əsas borcu, 228,79 manat faiz borcu, 73,17 manat cərimə faizi müəyyən edilir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(010)235/2023 nömrəli qətnaməsi ilə ( hakim L.O.Talıbova) iddia qismən təmin edilərək, Cavabdeh 08 sentyabr 2021-ci il tarixli, 6067nkADJ\21 saylı kredit müqaviləsi üzrə 15900,29 manat əsas, 228,79 manat faiz, 73,17 manat cərimə, cəmi 16202,25 manat məbləğində borcun və 138,72 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması, ekspertiza xərci – 200 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 449.4, 739.1, 739.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 i yul 2023-cü il tarixli, 2(010)-235/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(103)-5840/2023 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevdən və F.H.Qasımovdan ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(010)-235/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh nə birinci, nə də apellyasiya instansi ya məhkəməsində borc məbləğinin şişirdilmiş olması ilə bağlı arqumentin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdeh apellyasiya şikayətində ümumi olaraq borc məbləğinin şişirdilmiş olmasını vurğulasa da, iddia tələbinin hansı həcmdə dəyişdirilməli olması ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Nəticə etibarı ilə cavabdeh 08 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2023-cü il tarixli rəyi ilə müəyyən edilmiş borc məbləğindən daha az məbləğdə əsas, faiz və cərimə borcunun olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.
11. Nəzərə alınmalıdır ki, 08 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin təyinatı tərəflər arasında bağlanmış 25 avqust 2014-cü il t arixli kredit müqaviləsi üzrə yaranmış 10143 ABŞ dolları məbləğində borcun bağlanması olmuşdur. Halbuki məhkəmə ekspertinin qeyd edilən rəyində 25 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə (8.268,60 + 3.020,66) 11289,26 ABŞ dolları, yəni daha yüksək məbləğdə borcunun olduğu göstərilmişdir. Başqa sözlə, 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlanan zaman 25 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə daha yüksək məbləğdə borc mövcud olmuşdur.
12. Bununla belə, cavabdeh apellyasiya şikayətinin dəlillərinə və öz mövqeyinə uyğun olaraq, nə 25 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 08 sentyabr 2021-ci il tarixə 10143 ABŞ dolları məbləğində borcdan daha az borcunun olduğunu (halbuki, 08 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin bağlanması, yəni onun tərəf indən imzalanması artıq bu məbləğin mübahisələndirilməsini istisna edir və sonradan 08 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlər aparması da həmin müqaviləni bəyənməsi kimi qiymətləndirilir), nə də ki, 08 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə ekspertinin rəyində göstərilən borc məbləğindən daha az məbləğdə borcunun yarandığını sübuta yetirə bilir. Hər bir halda, reallıqda ödənilmiş, lakin hesabdan çıxarış məlumatlarında əks olunmamış ödənişlər mövcuddursa, cavabdeh bunu təsdiq edən ödəniş qəbzləri təqdim etməli idi, lakin etməmişdir. Apellyasiya məhkəməsi də ödənilmiş, lakin iddiaçı tərəfindən nəzərə alınmamış hər hansı ödənişin olmasını müəyyən etməmişdir.
13. İddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razıl aşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən cərimə borcunun ödənilməsini tələb edir. Bu məbləğə münasibətdə də iddiaçının tələbi ilə məhkəmə ekspertinin mövqeyi üst-üstə düşür.
14. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi, habelə borcun hər hansı başqa qaydada hesablanması üçün də əsas mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(103)-5840/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən Mülki Məcəllənin 739.1-ci, Mülki Prosessual Məcəllənin 103-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, iddiaçı əsassız olaraq yüksək məbləğdə borcu tələb etmiş, məhkəmə isə əsas və faiz borcuna münasibətdə cavabdehin mövqeyini nəzərə almadan, ekspert rəyinə istinad etmişdir.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prose ssual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Hazırki kassasiya baxışının predmetini cavabdehin şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cər imə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
22. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş, işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır.
25. Kassasiya şikayətinin dəlilləri açıq aydın əsassızdır.
26. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazının dəlilləri üzrə yoxlama apara raq iş üzrə ilkin və əlavə ekspertizalar keçirmiş və əsaslı olaraq ekspert rəyi ilə müəyyən olunan məbləğdə borcu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.
27. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübu tlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
29. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcalanın iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcun məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, i ş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(103)-5840/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.