Məhkəmə qərarları › İş №2(102)-6881/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6881/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6881/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4233/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 15 oktyabr 2015-ci il tarixdə "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik istifadə dərəcəsi 21 faiz olmaqla 14.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, N-də yerləşən bir otaqlı yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş, müqavilə notariatda təsdiq edilməklə bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən 20 a prel 2018-ci il tarixə cəmi 18.756,99 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-339/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: M.Ə.Rüstəmli) iddia qismən təmin edilərək cavabdehdən cəmi 17.292,24 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan cavabdehə məxsus mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, artıq qalmış pul vəsaitinin mülkiyyətçiyə qaytarılması, mənzilin ilkin satış qiymətinin 45.000 manat dəyərində müəyyən olunması, mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh mənzildən məcburi qaydada çıxarılması, onun həmin mənzilə olan istifadə hüququnun itirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək borcun restrukturizasiya edilmədən ondan tutulmasını, 5000 manatdan artıq ödədiyi pul məbləğinin nəzərə alınmamasını, faiz və dəbbə pulunun düzgün hesablanmamasını, eləcə də, ilkin satış qiymətinin müəyyən olunarkən mənzilin real bazar qiymətinin 60.000 manatdan çox təşkil etməsinin nəzərə alınmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4233/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışıinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)-339/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4233/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh qərardaddan kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini xahiş etmişdir. Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasrına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə 408.1.3 Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında kassasiya şikayətinə dövlət rüsumu qismində əlavə edilmiş sənədin işə aidliyi müəyyən edilməmiş, rüsum ödənilməsi barədə 24046 nömrəli qəbz kassasiya şikayəti verən şəxs və ya onun vəkili tərəfindən deyil, işə aidiyyəti olmayan digər bir şəxs ( X1) tərəfindən ödən ildiyindən kassasiya şikayətinə görə dövlət rüsumunun ödənilməsi barədə qəbz hesab edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilən vəziyyətdə kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq ko llegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4233/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar