Məhkəmə qərarları › İş №2(102)-6882/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6882/2019

07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6882/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Açıq Səhmdar Cımiyyətinin vəkili Bədəlov MÜrsəl Natiq oğlunun iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11642/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Tale Kərimov) 20 iyul 2018-ci il tarixl i, 2(001)-729/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 04 sentyabr 2014cü il tarixli RBNPU-0223 saylı kredit müqaviləsi üzrə 4182,03 manat əsas borc, 499,04 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilikdə 4731,07 manat məbləğində borcun, 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə 101835,54 manat əsas borc, 12238,62 manat faiz borcu, 50 manat cərimə olmaqla ümumilkdə 114124,16 manat məbləğində borcun və iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin 45,6 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərclərinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, hər iki kredit müqaviləsi üzrə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67,55 kvadrat metr ümumi, 46,05 k vadrat metr yaşayış, 21,5 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilə ilkin satış qiyməti 72000 manat müəyyən edilməklə yönəldilməsi, evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, tutma mənzilə yönəldikdən və satıldıqdan sonra ən geci bir ay müddətində cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması, mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, hər iki müqavilə üzrə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 110,2 manat hissəsinin cavabdehdən, 34.8 manat hissəs inin isə iddiaçıdan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 18 dekbar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə faizlərin tutulması və ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissələrində ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə tutlmalı olan faizlərin məbləği 27362,31 manat müəyyən edilmiş, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 67,55 kvadrat metr ümumi, 46,05 kvadrat metr yaşayış, 21,5 kvadrat metr yardımçı sahədən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 80000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə 101835,54 manat əsas borc, 27362.31 manat faiz borcu, 20444.8 manat cərimə olmaqla cəmi 149642.65 manat borcun, 04 sentyabr 2014-cü il tarixli RBNPU-0223 nömrəli kredit müqaviləsi üzrə 4286,33 manat əsas b orc, 506,22 manat faiz borcu, 6200 manat cərimə olmaqla cəmi 10992,55 manat borcun, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bilirişin qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumlarının, tələblərin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 47 saylı evin 45 nömrəli mənzilinə yönəldilməsi, evin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabına qeyd edilən pul vəsaitlərinin ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldlması, əldə edilmiş vəsaitin borcların ödənilməsi üçün yetərli olmadığı təqdirdə, hər ik i müqavilə üzrə qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04 sentyabr 2014-cü il tarixdə bağlanmış RBNPT-0223 saylı «Yay istehlak krediti» müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 24% müəyyən edilməklə 36 ay müddətinə 31000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehin mülkiyyətində olan ünvani 04 sentyabr 2014-cü il tarixli 023/14 nömrəli sonrakı ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilmiş, müqavilə notariat qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bundan başqa tərəflər arasında 25 yanvar 2017-ci il tarixdə bağlanmış RBNPT-0053 saylı istehlak krediti müqavilə sinə əsasən cavabdehə illik faiz dərəcəsi 27% müəyyən edilməklə 60 ay müddətinə 102224 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehin mülkiyyətində olan ünvani 25 yanvar 2017-ci il tarixdə sonrakı ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilmiş, müqavilə notariat qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən kredit müqavilələrinin şərtləri pozulmuş, cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini vaxtındı və lazımınca icra etməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar verilmiş, lakin bunlara baxmayaraq cavabdeh öhdəliklərinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişd ir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə faiz borcunu artırmaqda düzgün nəticəyə gəlməmişdir. İş üzrə ekeprt rəyi alındıqdan sonra məhkəmə əlavə ekspertizanını keçirilməsini təmin etməli idi. Mənzilin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Digər tərəfdən banka ödədiyi ödənişlər nəzərə alınmamışdır. Məhkəmə bu hallara diqqət verməyərək düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflə rin izahatları: İddiaçı Açıq Səhmdar Cımiyyətinin vəkili X məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kolle giyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında 04 sentyabr 2014-cü il tarixli RBNPU-0223 saylı və 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqavilələrinin bağlanması, cavabdehə müvafiq olaraq illik faiz dərəcəsi 24% müəyyən edilməklə 36 ay müddətinə qaytarılması şərti ilə 31000 manat məbləğində və illik faiz dərəcəsi 27% müəyyən edilməklə 60 ay müddətinə qaytarılması şərti ilə 102224 manat məbləğində kreditlər verilməsi, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 45 nömrəli mənzilin iddiaçı qarşısında ipoteka ilə yüklü edilməsi, öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsi işin mübahisə olunmayan hallarıdır. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İddiaçı və cavabdeh apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş kredit borclarını mübahisələndirmişlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayəti ilə qismən razılaşaraq qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbini bir neçə dəfə dəyişdirmiş, sonda cavabdehdən 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixə - 101835,54 manat əsas borcun, 27362,31 manat faiz borcunun, 20444,8 manat cərimənin tutulmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə borcu 23 yanvar 2018-ci il tarixə deyil, 05 iyul 2017-ci il tarixə (ilkin tələb üzrə maliyyə arayışının tarixinə) olan vəziyyətdə müəyyən etmişdir. Qeyd edilən tarixə isə ekspertin müəyyən etdiyi əsas və faiz borcu iddiaçının həmin tarixə tələb etdiyi əsas və faiz borcu ilə analoji olmuşdur. Eyni zamanda, işdə olan sübutlardan (ekspertiza rəyi, hesabdan çıxarış, kredit tarixi və s.) görünür ki, cavabdeh 25 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, 28 mart 2017-ci il tarixdə cəmi 388,56 manat ödəniş etməklə kifayətlənmişdir. B irinci instansiya məhkəməsi isə iddia tələbinin dəyişdirilməsini (artırılmasını), yəni faizlərin 23 yanvar 2018-ci il tarixə 27362.31 manat həddində tələb olmasını nəzərə almamışdır. Ödəniş cədvəlindən də aydın görünür ki, cavabdehin kredit müqaviləsi üzrə faizləri iddia tələbində göstərilən tarixə analoji olmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 25 yanvar 2017-ci il tarixli RBNPT-0053 saylı kredit müqaviləsi üzrə faizlər 27362,31 manat həcmində təmin olunmalıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunu mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, cavabdeh borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sü but edə bilməmişdir. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı dəbbə pulunun tutulması hissəsində qismən təmin etmiş, Mülki Məcəllənin 467.1-ci maddəsinə əsasən tələb olunmuş cərimələrin məbləğlərini azaltmışdır ki, həmin məbləğlər də əsas borca münasibətdə tənasübsüz deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissədə də dəyişdirilməlidir. Belə ki, işdə olan ipoteka müqaviləsindən görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın dəyəri 76000 manat həddində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilməsi məqsədilə müstəqil qiymətləndirici (“xxxx" MMC) təyin edilmiş, müstəqil qiymət ləndiricinin 15 dekabr 2017-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 80000 manat, likvid dəyəri isə 72000 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipotekanın ilkin satış qiymətinin 80000 manat həddində müəyyən olunması obyektiv və ədalətlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə faiz borcunu artırmaqda düzgün nəticəyə gəlməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, iddiaçı iddia tələbininin dəyişdirilməsi barədə ərizələr vermiş, lakin birinci instansiya məhkəməsi bu ərizələri nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin həcminin arıtırılması barədə ərizəni nəzərə alaraq faiz borcunu müəyyən etməkdə düzgün nəticəyə gəlmiş, hər hansı bir prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Cavabdeh iş üzrə ekeprt rəyi alındıqdan sonra məhkəmənin əlavə ekspertizanın keçirilməsini təmin etməli olmasını göstərmişdir. Lakin cavabdeh əlavə eksp ertizanını keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Cavabdeh kassasiya şikayətində mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyini qeyd etmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halı da əsaslandırmamış, iş üzrə mənzilin qiymətləndirilməsinə dair rəyin əsassızlığına səbəb olacaq hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11642/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar