Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6887/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(103)5034/2019 saylı qətnaməsindən iddiaçı “N” şirkəti və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, iş № 2(005)-2287/2018) iddiaçı “N” şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı b orcun və maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov, iş № 2(103)10149/2018) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov, iş № 2(102)-1208/2019) iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş dir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdehlərdən müştərək qaydada 13.200 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmamasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Kommersiya fəaliyyəti ilə məşğul olan “N” şirkəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında şüşə materiallarının alqı-satqısı barədə əldə olunmuş razılığa əsasən 2016-cı ilin noyabr ayında şirkət tərəfindən cavabdehlərə dəyəri 50.275 manat təşkil edən 4030 kv.metr şüşə verilmi şdir. Şüşənin dəyərinin tam ödənilməməsini iddia edən şirkətlə cavabdehlər arasında mübahisə yarandığından 2018-ci ilin mart ayında şirkət iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şüşənin ödənilməmiş dəyərini təşkil edən 13.200 manatın və borcun ödəniləcək günə qədər hesablanacaq bank uçot dərəcəsi məbləğinin cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi ilə əlaqədar yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək cavabdehlərin əməlində cinayətin əlamətlərinin olmasına baxmayaraq iş üzrə xüsusi qərardadın çıxarılmamasını və s. əsas göstərməklə qətnamənin iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 kassasiya şikayəti verərək onlarla şirkət arasında hər hansı müqavilənin bağlanmamasını, birgə fəaliyyətin nəticəsi olaraq iddiaçıya idxal olunan malın dəyərindən 3 dəfə artıq pul ödənilməsini, onun tərəfindən heç bir pozuntuya yol verilməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya səd rlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlərin həqiqətən də iddiaçıya 15.200 manat məbləğində borcları qalmış və bu Cavabdeh2 tərəfindən verilmiş qəbzlə təsdiq olunur. Həmin borcun 2000 manatı sonradan cavabdehlər tərəfindən ödənilmiş, qalan borc 13200 manat təşkil etmişdir. Şirkət tərəfindən göndərilmiş şüşələrin sınmış vəziyyətdə olması barədə akt, müəyyən olunduğu kimi sonradan tərtib olunmuş, həmin aktı Cavabdeh2 əvəzinə Nəzər Nəzərli imzalamışdır. Müəyyən olunmuşdur ki, cavabdehlər şirkətdən qəbul etdikləri şüşənin dəyərini ödəmək barədə üzərlərinə öhdəlik götürsələr də öhdəliklərinə əməl etməmişlər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra e dilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Kollegiya şirkətin nümayəndəsinin dəlillərini müzakirə edərək hesab edir ki, həmin dəlillər qətnamənin qismən ləğv edilməsi üçün əsas ola bilməz. Tərəflər ar asında baş vermiş mübahisə mülki hüquq münasibətindən yaranmış öhdəliklə bağlı olmaqla cavabdehlərin əməllərində cinayətin əlamətləri olmadığından, eləcə də, həmin məsələ istintaq orqanı tərəfindən araşdırılmaqla cinayət işinin başlanmasından imtina olunduğuna görə, kollegiya hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılması üçün əsaslar olmamışdır. Tərəflər arasında müqavilə münasibətlərinin yaranması və cavabdehlərin öz öhdəliklərini lazımınca icra etməməsi sübuta yetirildiyindən, kollegiya Cavabdeh1 kassasiya şikayətini də əsassız sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 30 may 2019cu il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6887/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6887/2019
06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver