Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6891/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC-nin cavabdehlər Cavabd eh4-nə, Cavabdeh1 və Cavabdeh5nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-yə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi eyni tarixdə qəbul etdiyi xüsusi qərardadla Bankın vəzifəli şəxslərinin əməllərində və hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olması ehtimalı barədə Nərimanov Rayon Prokurorluğuna məlumat verilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(103)-10614/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-yə a id edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2(102)-7623/2018 saylı qərarı ilə İddiaçı İKB ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(103)-10614/2017 saylı qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli 2(103)-3679/2019 saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək kredit müqaviləsi üzrə 808.878 ( səkkiz yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat əsas, 308.188 (üç yüz səkkiz min yüz səksən səkkiz) manat 83 qəpik faiz, 111706 (yüz on bir min yeddi yüz altı) manat dəbbə pulu, cəmi ******* (bir milyon iki yüz iyirmi səkkiz min yeddi yüz yetmiş iki) manat 83 qəpik borcun Cavabdeh4-dən tutularaq iddiaçı “İddiaçı İKB” ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiymətinin 990000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş Cavabdeh5nə məxsus ünvan 2 ünvanda yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına ilkin satış qiyməti 550000 manat məbləğində müəyyən edil məklə açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı İKB ASC iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə 808.878 (səkkiz yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat əsas, 734016 (yeddi yüz otuz dörd min on altı) manat faiz, 252875 (iki yüz əlli iki min səkkiz yüz yetmiş beş) manat dəbbə pulu, cəmi ******* (bir milyon yeddi yüz doxsan beş min yeddi yüz altmış doqquz) manat borcun Cavabdeh4-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “İddiaçı İKB” ASC-nin xeyrinə tutulması və tələbin 11 fevral 2010-cu il tarixli, 665 a nömrəli, 11 fevral 2010-cu il tarixli, 665 b nömrəli, 11 fevral 2010-cu il tarixli, 665 d nömrəli ipoteka müqavilələri üzrə müvafiq olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 27 fevral 2008-ci il tarixli, 3M/123 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 677,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh5nə məxsus ünvan 2 ünvanda yerləşən, 27 fevral 2008-ci il tarixli, 3M/i22 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 1168,1 kv.m ümumi, 446,90 kv.metr əsas, 721,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən 0,90 ha torpaq sahəsi, ünvan 3 ünvanda yerləşən 1.90 ha-dan artıq torpaq sahəsi və ünvan 4 ünvanda yerləşən 4.825 ha sahədən ibarət mart 2008-ci il tarixli, 3M/21 nömrəli notarial qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş torpaq sahələrinə, 11 fevral 2010-cu il tarixli, 665 c nömrəli sonrakı girov müqaviləsi üzrə girov predmetlərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İKB ASC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh3 və Cavabdeh2 vəfat etdiyindən iş üzrə cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddiaçı İKB ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək kredit müqaviləsi üzrə 808878 manat əsas, 734016 manat faiz, 252875 manat dəbbə pulu, cəmi ******* manat borcun, Cavabdeh4-dən tutularaq iddiaçı “İddiaçı İKB” ASC-nin xeyrinə ödənilməsi və tələbin 11 fevral 2010-cu il tarixli, 665 b nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 27 fevral 2008-ci il tarixli, 3M/123 qe ydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 677,8 kv.metr əsas, 222,70 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və 12 fevral 2010-cu il tarixli 665 c nömrəli sonrakı girov müqaviləsi üzrə Cavabdeh5nə məxsus ünvan 2 ünvanda yerləşən 27 fevral 2008-ci il tarixli, 3M/122 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 1168,10 kv.metr ümumi, 446,90 əsas, 721,20 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının tələblərinin pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini, iddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəs inə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 08 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlərdən Cavabdeh1 kassasiya şikayəti verdiyindən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi yalnız kassasiya şikayəti vermiş cavabdhehə münasibətdə yoxlanılmalıdır. Belə ki, baxışının hədləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığının Cavabdeh1 münasibətd ə tam yoxlanılması təşkil edir. Digər cavabdeh kassasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, digər cavabdehin şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.5, 279, 295, 297, 298.1, 298.2, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 421.2, 425.1, 462.1, 467, 739, 741, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.3.3, 59.3-cü maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, 27.03.2019-cu il tarixli maliyyə arayışına nəzərə alaraq, kredit müqaviləsi üzrə 808.878 (səkkiz yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat əsas, 308.188 (üç yüz səkkiz min yüz səksən səkkiz) manat 83 qəpik faiz borcu Cavabdeh4-dən tutularaq iddiaçı “İddiaçı İKB” ASC-nin xeyrinə ödənilməli, iddiaçı tərəfındən tələb edilən 252875 (iki yüz əlli iki min səkkiz yüz yetmiş beş) manat dəbbə pulu azaldılaraq 111706 (yüz on bir min yeddi yüz altı) manat məbləğində cərimə tutulmalı, ipoteka predmetlərinin ilkin qiyməti ilə bağlı tərəflər hər hansı razılıq əldə olunduğundan qeyd olunan ipoteka müqavilələrindəki qiymətlər ilkin satış qiyməti üçün əsas götürülməklə tutma ipoteka ilə yüklü edilmiş Cavabd eh1 məxsus ünvan 1 ünvanda yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına və ipoteka ilə yüklü edilmiş Cavabdeh5nə məxsus ünvan 2 ünvanda yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, iddiaçı Bank ilə cavabdeh “xxxx” MMC arasında 11.02.2010-cu il tarixdə bağlanmış 1856/1175/03 nömrəli “xxxx” əsasən, Bank tərəfindən cavabdeh MM Cyə 24 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə, 1.143.000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüş, bu “Kredit müqaviləsinin” təminatı kimi Bank ilə Cavabdeh1 arasında, sonuncuya məxsus qeyri-yaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11.02.2010-cu il tarixli, 665 b nömrəli “Sonrakı ipoteka müqaviləsi” bağlanmışdır. İşin materiallarından görünür ki, eyni zamanda kredit müqaviləsinin təminatı kimi Bank ilə Cavabdeh5 arasında, sonuncuya məxsus digər qeyri-yaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11.02.2010-cu il tarixli, 665 a nömrəli “Sonrakı ipoteka müqaviləsi”, Cavabdeh2 arasında sonuncuya məxsus: ünvan 3 ünvanda yerləşən 0.90 ha torpaq sahəsi, ünvan 3 ünvanda yerləşən 1.90 ha-dan artıq torpaq sahəsi və ünvan 4 ünvanda yerləşən 4.825 ha sahədən ibarət Mar t 2008-ci il tarixli, 3M/-21 nömrəli notarial qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş torpaq sahələrinin sonrakı ipoteka qoyulması barədə 12 fevral 2010-cu il tarixli, 665 d nömrəli ipoteka, həmçinin Cavabdeh5 arasında ünvan 2 ünvanda yerləşən Cavabdeh5nə məxsus 12 fevral 2010-cu -il tarixli, 665 c nömrəli sonrakı girov müqaviləsinə əlavə olunmuş siyahıda göstərilən avadanlıqların girova qoyulması barədə 12 fevral 2010-cu il tarixli 665 c nömrəli sonrakı girov müqaviləsi, Cavabdeh3 arasında 11 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üsulu kimi 25 noyabr 2010-cu il tarixli, 1856/1175/03/Z-2 nömrəli zaminlik, Cavabdeh2 arasında 11 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üsulu kimi 25 noyabr 2010-cu il tarixli, 1856/1175/0 3/Z nömrəli zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarından görünür ki, iddiaçı Cavabdeh3 və Cavabdeh2 vəfat etdiklərindən iş üzrə cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədi ilə 808878 manat, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 734016 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 252875 manat, cəmi isə ******* manat məbləğində pulun MMC-dən tutularaq Banka ödənilməsi, tutmanın Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 677,8 kv.metr əsas, 222,70 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, həmçinin cavabdeh KM-yə məxsus ünvan 2 ünvanda yer ləşən 446,90 kv.metr əsas, 721,20 kv.metr köməkçi sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsini iddia etmiş, cavabdeh tərəf isə iddiaya olan etiazın əsası kimi Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsini sübut edəcək dəlillərin olmaması və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. İş materiallarında olan 27.03.2019-cu il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC-nin 15 fevral 2012-ci il tarixinə yəni, kredit müqaviləsi müddəti bitən tarixə faiz borcu 308.188,83 manat təşkil edir. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən əsas göstərişlərdən biri işə baxan məhkəmələr iddiaçı bank tərəfindən cavabdeh “xxxx” MMC-yə borc verilmədiyini qeyd etmiş, lakin borc verilmədiyi təqdirdə bank səlahiyyətli nümayəndəsinin iştirakı ilə 04.11.2013-cü il tarixli “Borcun köçürülməsi hüququn güzəşti” haqqında müqavilənin bağlanmasına, “xxxx” MMC tərəfindən borc alınmadığı halda həmin borcun digər şəxsə güzəşt edilməsi barədə müqavilə bağlanmasına hüquqi qiymət verməməsi olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 420-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əsasən yeni apellyasiya baxışı zamanı haqlı olaraq iş materiallarına əlavə edilmiş 04.11.2013-cü il tarixli “Borcun köçürülməsi və hüququn güzəşti” haqqında müqaviləyə sübut növü kimi qiymət vermişdir. Belə ki, həmin müqavilədən görünür ki, kreditor İddiaçı İKB ASC, ilkin borclu X5 və yeni borclu “xxxx” M MC-nin direktoru X3 və üçücü şəxs “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən, ilkin borclu müqavilənin 1.2-ci bəndində qeyd olunan kredit müqavilələri üzrə 7.793.587 manat əsas borc olmaqla cəmi 11.000.000 manat məbləğində borcun yeni borcluya köçürülməsinin həyata keçirilməsi, yəni kreditor qarşısında əsas öhdəliyin ödənilməsinin yeni borclu tərəfindən ödənilməsinin öhdəsinə götürməsi və bunun müqavilində üçüncü tərəf (ilkin borclunun təsisçisi olduğu cəmiyyət) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmışünvan 5 ünvanda yerləşən 1.6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5, 6, 7 və 8-ci blokkarı üzrə və binaların yerləşəcəyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarının yeni borlcunun xeyrinə imtina etməyi öh dələrinə götürmələri barədə razılığa gəlmişlər. Müqavilənin 1.2-ci bəndində bir neçə kredit müqaviləsi üzrə, o cümlədən “xxxx” MMC arasında bağlanmış ********* saylı 11.02.2010-ci il tarixli, yəni hazırki iş üzrə kredit müqaviləsi üzrə 808.878 manat məbləğində əsasə kredit borcu və ona hesablanan faizlərin İddiaçı İKB ASC tərəfindən ilkin borcalandan imtina edilməsi barədə razılığa gəlinmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iş üzrə cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə dair Azərbaycan Respublikasının MPM-in 106.3-cü maddəsinə uyğun gəldiyi hüquqi mövqeyi ilə də razılaşır. belə ki, həmin ərizədən müəyyən edilir ki, (işv. 126) cavabdehin ona kredit verilməsi i nkar edilməmiş, ona verilmiş krediti tamamilə ödədiyi bildirilmişdir. Qeyd edilən normaya əsasən isə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəməyə təqdim etdiyi yazılı ərizədə ona kredit verilməsini etiraf etməsinə və bu halı mübahisələndirməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə kredit verilməsinə dair iş materiallarında sübutların olmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. İşin bu halını həmçinin kassator şikayətində qeyd edərək göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş borc təxminin 2013-cü ilin dekabr ayında ödənilmişdir. Ona görə ki, borcun köçürülməsi və hüququn güzəşti haqqın da 04.11.2013-cü il tarixli müqavilənin 2.1.1 və 2.1.2 bəndləri üzrə tələblər ilkin borclu və üçüncü şəxs tərəfindən yerinə yetirilərək sənədlər paket şəklində yeni borcluya və iddiaçıya verilmişdir. Kassator şikayətində yeni borclu və iddiaçının qeyd edilən müqavilənin 2.2.5-ci bəndi ilə üzərlərinə götürülən öhdəlikləri yerinə yetirməməsini göstərsə də, yeni apellyasiya baxışı zamanı qeyd edilən halı mübahisələndirməsinə baxmayaraq təsdiq edici, mötəbər sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə iddia müddətinin tətbiq edilməli olmamasına dair hüquqi mövqeyi ilə də razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunların a uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında həmçinin iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. İşin materiallarından görünür ki, Bank tərəfindən öhdəliyin icra müddəti 11.02.2012-ci il tarixə kimi müəyyən edilmişdir. Belə olan halda, iddia müddətinin axımı 11.02.2012-ci il tarixdən başlamış hesab olunur. Bank həmin tarixdən 5 il keçdik dən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilənin məzmununda da iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, iddia ərizəsi ilə 24.04.2017-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq işin araşdırılmış halları əsasında iddiaçının müddətin ötürülüməsi əsası kimi qeyd edilən halları, yəni, İddiaçı” İKB ASC-nin keçmiş rəhbərliyi tərəfindən bütün hüquqi əhəmiyyət kəsb edən sənədlər və aktlar gizlədilməsi, məhv edilməsi və bunun da nəticəsi olaraq iddiaçının vaxtında məhkəməyə müraciət etməsinin qarşısını almaqla iddia müddətinin ötürülməsinə süni şəkildə yol verilməsi, X5 ilə İddiaçı İKB ASC arasında bağlanılmış kredit müqaviləsindən, həmçinin bu müqavilə üzrə cavabdehə külli miqdarda kredit verilməsini köhnə rəhbərlik işçiləri vəzifələrindən azad olunduqdan sonra müəyyən olunmasını inandırıcı sayaraq nəzərə almış və müəyyən edilmiş hallara qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikd ə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şə xs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir ki, iş materiallarına əsasən tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehlərdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tə ləb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud ol an qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndiril məli olmasına dair apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin ipoteka predmetlərinin ilkin qiyməti ilə bağlı tərəflər arasında razılıq əldə olunduğundan qeyd olunan ipoteka müqavilələrindəki qiymətlərin də ilkin satış qiyməti üçün əsas götürülməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh old uğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını t əmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və y a əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyas ı məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 08 aprel 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-6891/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6891/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver