Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6895/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(103)-6378/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” A SC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 08.02.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən banka ödənilməmiş 14.511.52 manat faiz, 32.264.19 manat dəbbə pulu olmaqla, cəmi 46.775.71 manat məbləğində, 25.08.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən banka ödənilməmiş 1 manat əsas, 4800 manat faiz, 4.808.01 manat dəbbə pulu olmaqla, cəmi 9.609.01 manat məbləğində, 20.09.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən banka ödənilməmiş 11.999 manat əsas, 4.808.1 manat dəbbə pulu olmaqla, cəmi 16.807.01 manat məbləğində, 22.11.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən banka ödənilməmiş 30.000 manat əsas, 2.140 manat faiz, 9.921.31 manat dəbbə pulu olmaqla, cəmi 42.061.31 manat məbləğində, ümumilikdə 115.253.04 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 2(006)-3866/2018 saylı 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə 08.02.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən banka ödənilməmiş 14.511.52 (on dörd min beş yüz on bir manat əlli iki qəpik) manat faiz, 300 (üç yüz) manat dəbbə pulu olmaqla, cəmi 14.811.52 (on dörd min səkkiz yüz on bir ma nat əlli iki qəpik) manat məbləğində, 25.08.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən banka ödənilməmiş 1 (bir) manat əsas, 4800 (dörd min səkkiz yüz) manat faiz, 400 (dörd yüz) manat dəbbə pulu olmaqla, cəmi 5.200.01 (beş min iki yüz manat bir qəpik) manat məbləğində, 22.11.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən banka ödənilməmiş 30.000 (otuz min) manat əsas, 2.140 (iki min yüz qırx) manat faiz, 900 (doqquz yüz) manat dəbbə pulu olmaqla, cəmi 3.040 (üç min qırx) manat məbləğində, ümumilikdə 23.051.53 (iyirmi üç min əlli bir manat əlli üç qəpik) manat məbləğində borcun tutulması, Cavabdeh iddiaçı LPO “xxxx” ASC-nin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən v ə məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 22.05.2019-cu il tarixli 2(103)6378/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Nəsimi rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, həmin maddənin ikin ci hissəsini - “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 08.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə 300 manat müəyyən edilməsi 32.264.19 manat dəbbə borcu ilə, 25.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə 400 manat müəyyən edilməsi 4808.01 manat dəbbə borcu ilə, 22.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə 900 manat müəyyən edilməsi 9921.31 manat dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azald arkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Ümumiyyətlə, müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Qeyd etmək vacibdir ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq kredit təşkilatı kredit üzrə hesablanan faizləri (gəliri) alıb-almamasından asılı olmayaraq bu faizlərə görə gəlir vergisi və ƏDV, əmanətçilərə isə faiz ödəyir. Borclu, faizləri və digər borc öhdəliklərini ona verilmiş cədvəl üzrə vaxtında ödəmədikdə, kreditor ziyana düçar olur. Bu ziyanın qarşısını almaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada kredit müqavilələrində dəbbə pulunun ödənilməsi sanksiyası nəzərdə tutulmuşdur. Cavabdehdən tutulmalı cərimənin həcmini formal məbl əğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Cavabdeh qeyd olunan müqavilələri imza etməklə, öz iradə ifadəsini bildirmiş və müqavilənin şərtlərinə uyğun olaraq üzərinə düşən vəzifələri icra etmək öhdəliyi götürmüşdür. Müqavilə tərəflər arasında bağlanan iki tərəfli əqddir və öhdəliklərin icrası müqavilənin xarakterik xüsusiyyətidir. Buna baxmayaraq, müqavilənin digər tərəfi olan Cavabdeh öz öhdəliklərinin icrasından yayınmış, ona verilmiş kredit borcunu vaxtında və tam ödəməmiş, bunun nəticəsində Banka zərər vurmuşdur. “xxxx” ASC ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi var, bu halda bankı borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum eləmək qeyri obyektiv və qərəzlidir. Apellyasiya məhkəməsinin q ətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv olunmalı iş üzrə Bankın iddiasını təmin edən qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayəti qətnamənin dəbbə pulu tələbinin tam təmin edilməməsi hissəsindən verildiyindən, məhkəmə qətnaməsininqanuniliyi həmin hissədə yoxlanılır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.02.2010-cu il tarixli Kredit müqaviləsi ilə cavabdehə 24 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 120.000 manat məbləğində, 25.08.2011–ci il tarixli Kredit müqaviləsi ilə 12 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 30.000 manat məbləğin də, 22.11.2011-ci il tarixli Kredit müqaviləsi ilə cavabdehə 24 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 30.000 manat məbləğində kredit verilmiş, Ləğv prosesində olan “xxxx” ASC tərəfindən Cavabdeh 25 aprel 2018-ci il tarixli xəbərdarlıq məktubu ilə banka borcu olduğu bildirilmış və 5 gün ərzində borcun ödənilməsi təklif edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, bankın iddia tələbi əsas borc və faiz məbləğlərində tam təmin edilmiş, lakin dəbbə pulu MPM-nin 467-cimaddəsinə istinad edilməklə azaldılaraq 08.02.2010-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 300 manat, 25.08.2011-ci il tarixli kredit müqaviləsi üzrə 400 manat, 22.11.2011-ci il tarixli kredit müqaviləsi üzrə 900 man at məbləğində cərimə borcunun tutulması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi dəbbə pulunun məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehdən tələb edilən 08.02.2010-cu il tarixli Kredit müqaviləsi üzrə 32.264.19 manat, 25.08.2011-ci il tarixli Kredit müqaviləsi üzrə 4.808.01 manat, 22.11.2011-ci il tarixli Kredit müqaviləsi üzrə isə 9.921. 31 manat dəbbə pulunu məbləğinin tələb edilən əsas və faiz borcuna münasibətdə xeyli yüksək hesab etmiş və həmin məbləğləri azaltmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız hesab edərək, qeyd edir ki, dəbbə pulu müəyyən edilərkən həm kreditorun əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2019-cu il tarixli 2(103)-6378/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Q
Məhkəmə qərarları › İş №2(102)-6895/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6895/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver