Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6896/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili AMnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 noyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Rzayev, 2(001)-6497/2018 saylı mülki iş) İddiaçı A SC-nin cavabdehlər Cavabdeh1 və NHna qarşı “kredit tələbinə dair” iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və NHndan müştərək qaydada kredit üzrə 2 699.30 manat məbləğində əsas, 346.99 manat məbləğində faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1055.20 manat faiz borcu, 155 manat cərimə, cəmi 4 256.49 (dörd min iki yüz əlli altı manat qırx doqquz qəpik) manat borc İddiaçı ASCnin xeyrinə tutulması, iddia dəbbə pulunun qalan hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən, İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 75%-i, yəni 22 (iyirmi iki) manatı cavabdehlər Cavabdeh1 və NHndan müştərək qaydada iddiaçının xeyrinə tutulması, qalan 25%-i, yəni 08 (səkkiz) manatı iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), A.Hüseynov və V.Sadıqov, 2(103)-7057/2019 saylı mülki iş) hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-6497/2018 saylı iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdeh NHndan kredit üzrə 2 699.30 manat məbləğində əsas, 346.99 manat məbləğində faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1055.20 manat faiz borcu, 155 manat cərimə, cəmi 4 256.49 (dörd min iki yüz əlli altı manat qırx doqquz qəpik) manat borc İddiaçı ASCnin xeyrinə tutulması və İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 75%i, yəni 22 (iyirmi i ki) manatı cavabdeh NHndan tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir. İşin halları İddiaçı ASC cavabdehlər Cavabdeh1 və NHna qarşı “kredit tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 11 oktybar 2012-ci il tarixli, 110 nömrəli kredit müqaviləsinə əsasən X1 İddiaçı ASC-nin filialından illik 15 ay müddətinə, illik 26% dərəcəsi ilə 3500 manat məbləğində borc almışdır. İddiaçı ASC ilə digər cavabdeh NH arasında 110/1 saylı, 11 oktyabr 2012-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. Cavabdeh1 və NHndan 08 yanvar 2018- ci il tarixinə 2699,30 manat əsas, 346,99 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1055,20 manat faiz borcu, 1551,23 manat cərimə və cəmi 5652,72 manat məbləğdə borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun borclu Cavabdeh1dan və NHndan müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili AM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İ ddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli, 110 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 qızma İddiaçı ASC-dən 15 ay müddətinə, illik 26% faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə NH arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli, 110/1 saylı Zaminlik müqaviləsinin məzmunundan aydın olmuşdur ki, “borclu” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, “Zaminlə” “Borclu” “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı bildirişlərə əsasən məlum olmuşdur ki, cavabdeh banka olan borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini ta mamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə NH arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli, 110/1 saylı Zaminlik müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, bu mü qavilyə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən krdit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və ya kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtlərini Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə almamış və düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Bu müqavilənin 3.1-ci bəndində göstərilən “müqavilə borclunun müqavilə üzrə kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir” ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin müddətin hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh NHndan kredit üzrə 2 699.30 manat məbləğində əsas, 346.99 manat məbləğində faiz, kredit mü qaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1055.20 manat faiz borcu, 155 manat cərimə, cəmi 4 256.49 (dörd min iki yüz əlli altı manat qırx doqquz qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması və İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 75%-i, yəni 22 (iyirmi iki) manatının cavabdeh NHndan tutulması hissəsində ləğv etməklə, iddia tələbini həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanm alı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6896/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6896/2019
06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver