Məhkəmə qərarları › İş №2(102)-6897/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6897/2019

28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6897/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı LPO QSC “Bank Standart” KBnin vəkili Vəkil və Cavabdeh vəkili X2 oğlunun iştirakları ilə İddiaçı LPO QSC “Bank Standart” KB-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 fevral 2 019-cu il tarixli, e-2(002)367/2019 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KBninCavabdeh Rafiloviçə qarşı “borc” tələbinə dair iddiası iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər:E.Şamayev, M.Məmmədov,Ş.Məhərrəmova; 2(103)-7515/2019) iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununapellyasiya şikayəti təmin edilməyərək Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 aprel 2008-ci il tarixli kredit m üqaviləsi üzrə 2709,30 manat əsas borc, 4706,66 manat faiz borcu, 841,37 manat cərimə borcu olmaqla, ümumilikdə 8257,33 manatın; 23 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə 3819,71 manat əsas borc, 6486,96 manat faiz borcu, 1206,67 manat cərimə borcu olmaqla, ümumilikdə 11513,34 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumununtutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış 30 aprel 2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz hesablanmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit vermişdir. Cavabdehlə bağlanmış 23 dekabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz hesablanmaqla 24 ay müddətinə 4000 manat məbl əğində kredit verilmişdir.Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehin iddia müddəti ilə bağlı etirazını qəbul etməyərək göstərmişdir ki, cavabdeh tərəfindən hər iki müqavilə üzrə 21.12.2015-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Odur ki, cavabdehdən 1-ci kredit müqaviləsi üzrə 2709, 30 manat əsas borcun, 4706, 66 manat faiz borcunun, 841,37 manat cərimə borcu olmaqla ümumilikdə 8257,33 manat, 2-ci kredit müqaviləsi üzrə 3819,71 manat əsas borcun, 6486, 96 manat faiz borcunun, 1206, 67 manat cərimə borcu olmaqla ümumilikdə 11 513,34 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” K B kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci,374.1-ci və 377.2-ci maddələrinin tələblərini pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında iddiaçı LPO “Bank Standart” KB-nin vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin məhkəməyə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Cavabdeh vəkili X1 kassasiya şikayətini n təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işi n faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, kredit verən cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada icra etməməsini əsas gətirərək borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən,öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən,fiziki və hüquqi şəxslər azad surətdə müq avilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739-cu maddəsinə əsasən,borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 372.1 -ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 –ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğun u bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında şərh olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-c i maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4- cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) şərh edilmişdir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tə rəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsinə görə iddia tələbinin rədd olunmasına dair qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və hazırki işdə iddia müddətinin axımı kredit müqavilələrinin müddəti bitdiyi tarixdən, yəni birinci müqavilə üzrə 30 aprel 2010-cu il tarixdən, ikinci müqavilə üzrə 23 dekabr 2010-cu il tarixdən hesablanmalıdır. İddiaçı hazırki iddia ərizəsi ilə 30 noyabr 2018-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən olunmuş 3 illik iddia müddəti bitdikdən sonra məhkəməyə m üraciət etmiş və məhkəmə araşdırılması zamanı Cavabdeh Rafiloviç 28 fevral 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə müraciət edərək, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı müqavilənin şərtinə istinad edərək iddia edir ki, iddia müddətinin hesablanması cavabdehin öhdəliklərinin tam həcmdə yerinə yetirilməsindən sonra başlanmalıdır. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilənin həmin şərti qanunvericiliyin tələblərinə zidd olaraq iddia müddəti institutunun ümumiyyətlə tətbiqinə imkan vermir. Digər tərəfdən A pellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin hesabına 21 dekabr 2015-ci il tarixdə 50 manat məbləğində pulun ödənilməsi də Azərbaycan Respublikası Mülki Məcəlləsinin anlamında iddia müddətinin axımının kəsilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, ilk olaraq həmin ödənişin məhz cavabdeh tərəfindən həyata keçirilərək onun tərəfindən borcun etiraf etməsinə dair sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır. Digər tərəfdən isə həmin ödəniş artıq iddia müddəti ötürüldükdən sonra həyata keçirilmiş və müddətin yenidən hesablanması üçün əsas ola bilməz. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanu ni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar