Məhkəmə qərarları › İş №2(102)-6900/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6900/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6900/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh, X1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı pul tələbinə dair əmr çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Ray on Məhkəməsinin 20.07.2017-ci il tarixli, 2(005)5735/2017 nömrəli məhkəmə əmri ilə, xx.xx.1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, ünvan 1 ünvandada qeydiyyatda olan Cavabdeh kreditor ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı xeyrinə 130.414 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmasına dair əmr verilmişdir. Borclu Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.07.2017-ci il tarixli, 2(005)-5735/2017 nömrəli məhkəmə əmrinə etiraz edərək, məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli, 2(005)5735/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.07.20 17ci il tarixli, 2(005)-5735/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və məhkəmə həmin mülki iş üzrə iddia icraatına keçmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(005)215/2018 saylı qətnaməsi ilə, iddia təmin edilərək Cavabdeh 130.414 (bir yüz otuz min dörd yüz on dörd) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Nər imanov Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2018ci il tarixli qərarı ilə, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə olan 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X1na qarşı “borcun qaytarılması” tələbinə dair 2(103)-2688/19 saylı mülki işlə İddiaçı cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(103)-110/19 saylı mülki iş 2(103)-1 10/19 nömrə altında bir icraatda birləşdirilmişdir. Belə ki, bir icraatda birləşdirilmiş ikinci iş üzrə, kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək borclu X1ndan 129000 ABŞ Dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(005)7431/2017 nömrəli məhkəmə əmri ilə, ərizə təmin edilmişdir. Borclu X1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 2017-ci il tarixli, 2(005)-7431/2017 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(005)7431/2017 qərardadı ilə hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tar ixli, 2(005)-7431/2017 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(005)356/2018 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, cavabdeh (borclu) X1ndan İddiaçı xeyrinə 129 000 (bir yüz iyirmi doqquz min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, cavabdehdən əlavə olaraq 10 (on) manat dövlət rüsumu tutuması və dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(005)- 356/2018 saylı qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X1na qarşı cavabdehdən 129000 ABŞ dolları pulun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2018ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 21 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(103)-110/2019 saylı qətnaməsi (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov) ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməyərək Bakı şə həri Nərimanov Rayon Məhkəməsinin 2(005)-215/2018 saylı mülki işi üzrə və 2(005)-356/2018 saylı mülki işi üzrə 15 yanvar 2018-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh, X1 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış və aydınlaşdırılmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlinərək qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahi ş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassas iya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırm a kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 739.1, 882.1, 882.2, 385-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh və X1 İddiaçı qarşısında borc pulu qaytaracağı öhdəliyini götürmüş, onların arasında bununla bağlı 20.04.2016-cı il tarixdə müqavilələrin bağlanmış, lakin cavabdehlər həmin müqavilələrin şərtlərini pozaraq üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmişlər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, cavabdehlər müqavilələrdə nəzərdə tutulmuş borcu qaytarmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, 20 aprel 2016-cı il tarixdə İddiaçı və Cavabdeh arasında “borcun etirafı haqqında müqavilə” bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq olunmuş, müqaviləyə görə Cavabdeh İddiaçı 130.414 (bir yüz otuz min dörd yüz on dörd) ABŞ dolları borclu olduğunu etiraf edərək həmin məbləği 16 dekab r 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, işin materiallarından görünür ki, 20 aprel 2016-cı il tarixdə İddiaçı və X1 arasında “borcun etirafı haqqında müqavilə” bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq olunmuş, müqaviləyə görə X1 İddiaçı 129.000 (bir yüz iyirmi doqquz min) ABŞ dolları borclu olduğunu etiraf edərək həmin məbləği 16 dekabr 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə bağlanmış müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh iddiaçıya 130.414 (bir yüz otuz min dörd yüz on dörd) ABŞ dolları məbləğində borcu olduğunu etiraf etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən borclu aldığı pulu 16 dekabr 2016-cı il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. X1 ilə bağlanmış müqaviləni n 2-ci bəndinə əsasən X1 iddiaçıya 129 000 (yüz iyirmi doqquz min) ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən borclu aldığı pulu 16 dekabr 2016-cı il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının tələblərinə əsasən borclular müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmirlər. Onlardan dəfələrlə borcunu qaytarmağı tələb edilsə də hər dəfə bir bəhanə ilə öhdəliyini icra etməkdən yayınırlar. Cavabdehlərin hər iki iddia üzrə onlara qarşı olan iddialara etirazlarının əsası kimi tələb olunan borc məbləğinin tam olaraq ödənilməsinə və heç bir borcun qalmamasına istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilik də nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qa ytarmağı öhdəsinə götürür; Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından hər iki iş üzrə iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, hər iki iş üzrə iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış 20 aprel 2016-cı il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan və zifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələbləri baxımından Cavabdeh və X1 İddiaçı qarşısında borc pulu qaytaracağı öhdəliyini götürmələri, onların arasında bununla bağlı 20.04.2016-cı il tarixdə müqavilələrin bağlandığı və iş üzrə cavabdehlərin həmin müqavilələrin şərtlərini pozaraq üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməməklərinə dair nəticələrini qanuni və əsaslı sayır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində X4 şikayəti üzrə aparılmış araşdırma zamanı 11.05.2017-ci il tarixində verdiyi yazılı izahatında iddiaçı bildirmişdir ki, X5, X6 və X7 tanışlığı olub. Onların təklif etdikləri ünvan 1 ünvanındakı 748,9 kv.metr evi Sumqayıt Şəhər Asan Xidmətdə alqı-satqı etmiş və halallaşmışlar. Alqı-satqıda bi r çox şəxs iştirak edib, habelə X8 və atası. Alqı-satqı zamanı 194.000 manat nağd vermişdir, 367.675 manatı isə X5, X6 və X7in borcundan silmişdir. Evin zirzəmisində 15.000 manat X8a vermiş və sonuncu notariat qaydada ərizə vermişdir ki, sözügedən mənzilə dair hər hansı iddiası olmayacaqdır. Alqı-satqı Sumqayıt şəhərində baş tutmuş və orada da pulu vermişdir. 120.000 manat Banka qalan hissəsini isə X5lə X6 qardaşlarına vermiş, onlar 20.000 manat pulu X8 vermişdir. Ertəsi gün isə 8.000 manatı X5 X8 vermişdir. Həmçinin, işin materiallarından görünür ki, işə apellyasiya icraatı qaydasında baxılarkən iddiaçının yuxarıda qeyd olunan təhqiqat materiallarındakı izahatı ilə bağlı göstərdikərindən məlum olmuşdur ki, o, cavabdehləri kommersiya fəaliyyəti ilə bağlı tanımış, ticarət fəaliyyətləri ilə bağlı cavabdehlərin və qardaşı X6in borcu olmuş, həmin borcun hazırda məhkəmə mübahisəsinin predmeti olan müqavilələrdəki borca aidiyyəti olmamışdır. Təhqiqat materiallarında onun izahatında qeyd olunan silinmiş 367.675 manatı həmin köhnə haqq-hesab borclarından silmişdir. Göstərilən 367.675 manatın müqavilələrdə etiraf olunan borca heç bir aidiyyəti yoxdur. 194.000 manat aldığı evin xərcləri olmuş, 20.000 manatı X8 halallıq almaq üçün vermişdir ki, ucuz ev alması üçün Şövqi adlı şəxslə tanış etdi deyə, sonra X8evin onun olduğunu bildirmiş, daha sonra isə evin 5-6 nəfərə satıldığını öyrənmişdir və evin başqa şəxslərə satılması ilə bağlı hazırda məhkəmə mübahisəsi gedir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 21.11.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə ə sasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 823,9 kv.m fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi X2 tərəfindən İddiaçı 120000 manata satılmış, daşınmaz əmlaka dair sonuncunun adına reyestrdən çıxarış verilmişdir. Kollegiya qeyd edir ki, kassatorların şikayətlərinin əsas qayəsi ondan ibarətdir ki, etiraf olunan borcun mövcudluğunu mübahisələndirməsələr də, apellyasiya instansiyası məhkəməsi iddiaçının münasib qiymətə daşınmaz əmlak əldə etməsinin əvəzində həmin borcun iddiaçı tərəfindən onlara bağışlanmasına (əvəzləşdirilməsinə), iddiaçının özü tərəfindən tərtib edilmiş sadə yazılı formalı, hesabat xarakterli qeydi və iddiaçının polis bölməsində verdiyi izahatında düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apelly asiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı polis bölməsində verdiyi izahatında borcu tam sildiyini deyil, cavabdehin və digərlərinin ümumi borcundan 367.675 manat sildiyini göstərmişdir. Ümumi borcun isə nə qədər olduğu işdən görünmür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışı zamanı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının həmin izahatında sildiyi borcun məhz borcun etirafı haqqında 20.04.2016-cı il tarixli müqavilələr üzrə etiraf olunan borc olduğunu konkret göstərməməklə yanaşı, həmin izahatda iddiaçının s ildiyi borcu manatla ifadə edilmiş və borcun etirafı haqqında hər iki müqavilədə isə borc məbləği xarici valyuta ilə müəyyən olunmuşdur. Kollegiya daha sonra apellyasiya instansiyası məhkəməsinin cavabdehlər tərəfindən müqavilələrdə nəzərdə tutulmuş borcu qaytarması ilə bağlı hər hansı sübut təqdim edilməməsinə dair nəticəsi ilə də razılaşır. Belə ki, sözügedən borcun etirafı müqavilələrinin 4-cü bəndində tərəflər razılaşdırmışlar ki, müqavilə üzrə ödənişlər edildikdə bu barədə notariusa yazılı məlumat verilməlidir. İş materiallarında müqavilə üzrə ödənişin aparılması barədə notariusa məlumat verilməsinə dair hər hansı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmi ş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyi üçün iddia tələbinin təmin olunması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh və X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 14 fevral 2019-cu il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar