Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6901/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh1tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10110/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Abbas Əliyev) 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddianı n qismən təmin edilməsi, cavabdehlər X2, Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 66569,5 ABŞ dolları əsas borc, 15384,95 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, 82954,35 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə manatla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvanə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, ünvanin hərracda ilkin satış qiyməti 120000 manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin cavabdeh X4 iddiaçı banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzil hərracdan satıldıqdan bir ay sonra X4 oranı tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi eləcə də aparılmış qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq, Sərraf-Qiymətləndirmə MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 10 dekbar 2018-ci il tarixli qətnaməs i ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiuş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X6 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 66775,46 ABŞ dolları, faiz borcu üzrə 33496,79 ABŞ dolları və 7000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 107272,25 ABŞ dolları məbləğində pul ödəniş gününə olan məzənnə ilə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 21 manat xidmət haqqının tutularaq İddiaçı-nin xeyrinə öd ənilməsi, borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvanə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin hərracda ilkin satış qiymətinin 120000 manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsait cavabdeh X4 iddiaçı banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzilin hərracdan satıldıqdan bir ay gec olmayan müddətə Cavabdeh1 tərəfindən mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmiş, qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və X1ndan müştərək qaydada İd diaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 66775,46 ABŞ Dolları məbləğində kredit borcu, 15764,19 ABŞ Dolları məbləğində faiz borcu və 31785,99 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 114325,64 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka prednetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, ev 10 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan 15 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 114325, ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində döv lət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan 15 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzilinə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan 06.06.2018-ci il tarixdə İddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh2 və Cavabd eh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 66775,46 ABŞ dolları məbləğində əsas borcun, 33496,79 ABŞ dolları məbləğində faiz borcu və 63828,58 Abş dolları məbləğində cərimə olmaqla, ümumilikdə 164100 ABŞ dolları 83 sent məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mənzilin real dəyəri ilə ilkin satış qiyməti kəskin fərqlənir. Bu barədə apellyasiya şikayətində qeyd etsə də, məhkəmə bununla bağlı heç bir araşdırma aprmayaraq səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mənzilin real bazar qiymətinin müəyyən etmək üçün ekspertiza keçirməmişdir. Tərəflərin izahatları: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh1 verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisləndirilir. Həmçinin iddiaçı və digər cavabdehlər qətnamədən kassasiya şikayəti verməmişlər Ona görə də, dispotizivlik və prosessual qənaət prinsipi baxımından məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilməyən hissələri kassasiya qaydasında yoxlanılmamalıdır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək he sab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı ilə X6 arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan evi ipoteka qoyulmuş, eyni zamanda Cavabdeh1 ilə zaminlik müqaviləsi imzalanmışdır. İş üzrə İddiaçı-i həmin məbləğdə pulu cavabdeh X5 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İddiaçı bank iddia tələbi ilə məhkəməyə müraciət etmiş, apellyasiya instansiyası məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qisməb təmin etmişdir. Cavabdeh kassasiya şikayətində qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış № 002M**********01 nömrəli, 15.10.2014-cü il tarixli daşınmaz əmlak ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı-i ilə Cavabdeh1 arasında bağlanmış 002L**********97 saylı 15.10.2014-cü il tarixli kredit xətti müqaviləsinin təminatı qismində ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 adına qeydiyyata alınmış mənzil ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Ns 002M**********01 nömrəli, 15.10.2014-cü il tarixli daşınmaz əmlak ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 67449,80 manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(005)-82/ 2018 nömrəli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin 03.05.2018-ci il tarixli ekspert rəyi ilə ünvanin 20.04.2018-ci il tarixə bazar dəyəri 120000 manat müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə ipoteka predmetinin qiymətini müəyyən etmək üçün tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiymətlə kifayətlənməmiş, müstəqil qiymətləndirici cəlb edərək mənzilin 2018-ci ilə olan bazar dəyərini müəyyən etmişdir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olmasını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edilməmiş, mənzilin qiymətinin əslində nə qədər olması, bu barədə hər hansı bir rəyi məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlillər i apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10110/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min
Məhkəmə qərarları › İş №2(102)-6901/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6901/2019
07.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver