Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6902/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5537/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İdd iaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10R000012994 saylı kredit razılaşması üzrə 59.536,4 ABŞ dolları məbləğində kredit borcu, 20.110,86 ABŞ dolları məbləğində faiz borcu və 29.763,33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 109.410,99 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan xxx-ci mərtəbəsində xüsusi mül kiyyətdə olan 83.7 kv.m ümumi, 46.2 kv.m yaşayış, 37.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 88 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan xxx-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 83.7 kv.m ümumi, 46.2 kv.m yaşayış, 37.5 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 88 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakimlər Məzahir Sadıqov) 15 avqust 2018-ci il tari xli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş; 59536,4 ABŞ dolları əsas borc, 20110,86 ABŞ dolları faiz borcu, 15000 ABŞ dolları cərimə olmaqla, cəmi 94647,26 ABŞ dolları borcun (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla), iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənilmiş 200 manat pulun müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus olan və Banka ipoteka qoyulmuş xxx nömrəli mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, ilkin satış qiyməti 110.000 manat olmaqla mənzilin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, borca ödənildikdən sonra satışdan əldə edilən vəsaitindən artıq qalan pulun Cavabdeh3 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra ipoteka predmeti olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 07 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)875/2018 saylı iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilərək, dəbbə pulunun mə bləği 500 (beş yüz) ABŞ dolları müəyyən edilmiş, qətnamə Cavabdeh3 qarşı təmin olunmuş qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhkəmələr işə birtərəfli yanaşara q, bank tərəfindən hesablanmış faiz və cərimə borcunun miqdarının obyektiv müəyyən edilməsi üçün hər hansı araşdırma aparmamış, işin faktiki hallarına nəzər yetirməmişdir. Bununla da cavabdehlərin hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnən qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Birinci instansiya Məhkəməsində işə baxılarkən məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verməmişdir. Cavabdehin Məhkəmə qətnaməsi qəbul olunmasından sonradan xəbəri olmuşdur. Bu da çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Əgər cavabdeh tərəfin məhkəmə baxışında iştirakı təmin edilsəydi, işin baxılmasında sənədlərin tədqiqində iştirak edər və vəsatətlər verə bilərdi ki, məhkəmə onu bu hüquqdan məhru m etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Cavabdeh3 sonuncu məhkəmə iclasında vəkillə təmsil olunmasını və ona məhkəmə iclası barədə məlumat verilməsini göstərir ki, bu fikir əsassızdır. Çünki iş materiallarında məhkəmə qətnaməsi çıxan günə məhkəmə iclasının təyin olunmasından nə Cavabdeh3, nə digər cavabdehlərə, nə də ki, onun vəkilinə məhkəmə tərəfindən məlumat verilməsi barədə hər hansı bir bildirişin çatdırılması barədə məlumat əlavə edilməmişdir. Bütün bunlar da məhkəmə tərəfindən iş üzrə sənədlərlə tanış olmaq, işdə iddiaçının təqdim etdiyi sübutlarla qarşı etirazlar etmək, vəsatətlər vermək və onların surətlərini götürmək, həmçinin digər prosessual hüquqlardan cavabdehi məhrum etmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilərək alınmış rəyə uyğun əmlakın ilkin satış qiyməti dəyərindən çox aşağı dəyərləndirilmişdir. Belə ki, əmlakın qiymətləndirilməsi obyektiv aparılmamış, mənzilin təmirinin əla vəziyyətdə olması, yerləşmə mövqeyi və digər mühüm amillər nəzərə alınmamış və mənzilin qiyməti dəyərindən aşağı həddə qiymətləndirilmişdir. Məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş mübahisələndirilən və ödənilmiş məbləğlərin uyğunlaşdırılması və bununla bağlı banka olan borcun dəqiq məbləğini müəyyən etməmişdir. Halbuki məhkəmə bu mübahisəni düzgün qaydada həll etməkdən ötrü xüsusi biliyə malik olan ekspertlərin rəyini aldıqdan sonra iş üzrə borcun həcmini dəqiqləşdirməli və bundan sonra sübutları qiymətləndirməli və düzgün nəticəyə gəlməli idi. Məhkəmələr ipoteka predmetinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində mən zildən Cavabdeh3 çıxarılması və mənzilin boşaldılması hissəsində də səhv nəticəyə gəlmişlər. Belə ki, Qanunda birbaşa ipotekaya tutma yönəldilmə və o satıldıqdan sonra həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslər çıxarılması qeyd olunur. Göründüyü kimi hələ bu baş verərsə məhkəmə qətnaməsi qanuni qüvvəyə minməli, ipoteka predmeti satılmalı, bundan sonra əmlakın mülkiyyətçisinin həmin evdən, mənzildən qeydiyyatda olan şəxsləri çıxarmaq hüququ yaranır. Bu hüquq da ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından sonra həyata keçirilməli hüquq olduğundan məhkəmənin bu cür mövqeyi də qanunsuzdur. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını düzgün araşdırmamış, eyni zamanda öz qətnaməsi ilə işin həqiqi hallarını ümumiyyətlə nəzərə almamışdır. Həmçinin işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər prosessual hüquq normalarına da riayət etməyərək, ciddi hüquq pozuntularına yol vermişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili yyy kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 27 yanvar 2014- cü il tarixli 10L000005985 saylı kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi əsasında İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2014-cü il tarixli 10R000012994 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 kredit xətti müqaviləsinə əsasən 36 ay müddətinə, aylıq 1.6667 faiz ödəmək şərti ilə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi 27 yanvar 2014-cü il tarixdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və kredit müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Bundan başqa, kredit müqaviləsi üzrə pul məbləğinin qaytarılmasının təminatı olaraq Cavabdeh3 özünə məxsus yyy nömrəli mənzilini İddiaçı QSC-nə ipoteka qoymuşdur. Cavabdeh3 31 yanvar 2014-cü il tarixdə kassa məxaric orderinə imza edərək kredit məbləğini nağd olaraq İddiaçı QSC-dən almışdır. Lakin cavabdehlər müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 02 mart 2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 06 dekabr 2017-ci il tarixə Banka əsas b orcu 59.536,4 ABŞ dolları, faiz borcu 20.110,86 ABŞ dolları, cərimə borcu 29.763,33 ABŞ dolları olmaqla, cəmi borcu 109.410,59 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tələb olunan əsas və faiz borcunun məbləğinin işdə olan sənədlərlə təsdiq olunduğu nəticəsinə gəlmiş, tərəflərin əmlak vəziyyətini, həm borclunun, həm də kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulunun təmin olunan məbləği 500 ABŞ dolları müəyyənləşdirilməlidir. “X2” MMC tərəfindən verilmiş 14 iyun 2018-ci il tarixli 088/18 nömrəli rəyə əsasən, ipoteka predmeti olan yyy nömrəli mənzilinin hazırkı dövrə olan orta bazar qiyməti 110000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 əsas və faiz borcunun tutulması və tutman ın ipoteka predmetinə yönəldilməsi hissələrində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh3 Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, Banka daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir. Faiz borcu əsas borca mütənasibdir. Tələb olunan əsas və faiz borcunun məbləği işdə olan maliyyə sənədləri (ödəniş cədvəli, hesabdan çıxarış və maliyyə arayışı) ilə təsdiq olunduğu üçün iş üzrə ekspertiza təyin olunmasına ehtiyac yoxdur. Cavabdeh3 məhkəmə baxışı barədə məlumatlandırılmadığı barəd ə apellyasiya şikayətinin dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, cavabdeh məhkəmə baxışı barədə məlumatlı olmuş, məhkəmə proseslərində, o cümlədən, sonuncu məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil olunmuşdur. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini məhkəmə baxışı zamanı keçirilmiş müstəqil qiymətləndirici rəyi əsasında müəyyən etmişdir. Cavabdeh3 həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakın qiymətinin daha yüksək olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci mad dəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil ola n icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəməyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəli yin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri h esab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan faiz və dəbbə məbləğlərinin dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehdən tələb edilən əsas kredit borcu və faiz məbləğinin tərəflər arasında imzalanmış ödəniş qrafikinə uyğundur. Cavabdeh borcun düzgün hesablanmaması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən hallar iş üzrə müəyyən ed ilmir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qiymətləndirici “X2” MMC tərəfindən əmlaka qiymət qoyularkən «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edildiyindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Kassasi ya şikayətində cavabdeh ipotekanın satış qiymətinin aşağı olduğunu qeyd etsə də, kassasiya şikayətinə bu barədə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşaya n yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunveric ilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Buna görə də, kassasiya şikayətinin ipoteka predmetinə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində mənzildən çıxarılma və mənzilin boşaldılması hissəsində məhkəmələrin səhv nəticəyə gəlməsi barədə dəlilləri əsassızdır. Cavabdeh3 məhkəmə baxışı barədə məlumatlandırılmadığı barədə kassasiya şikayətinin dəlili də iş materialları ilə təkzib olunur. Belə ki, cavabdeh məhkəmə baxışı barədə məlumatlı olmuş, məhkəmə proseslərində, o cümlədən, birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5537/19 saylı, 07 may 2019- cu il tarixli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6902/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6902/2019
30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver