Məhkəmə qərarları › İş №2(102)-691/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-691/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-691/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi 14.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5810/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları AZ-İİ seriyalı 100142 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İddiaçı X1 arvadı olmuşdur. xx.xx.2020-ci il tarixli qanun üzrı vərəsəlik hüququ haqqında şəhadətnamənin elektron çıxarışından görünür ki, İddiaçı X1 vərəsəsidir. X2 məhkəməyə müraciət edərək 2020-ci ilin may ayında vəfat etmiş əri X1 Bakı şəhəri, Xətai rayonu, X qəsəbəsində çörək sexi işlədən Cavabdeh un məlumatlarını verdiyini, lakin Cavabdeh borclu qaldığı 60.000 manatın ona qaytarmadığını iddia etmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və yaranmış mübahisəli məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması və müraciətin formasının izah olunması qərarı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat əsas borcun, 3000 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla faizin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, X4 ilə 1989-cu ilin iyun ayının 22-də Sabunçu rayonun qeydiyyat şöbəsində qeydiyyatdan keçməklə rəsmi ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, 27 may 2020-ci ildə həyat yoldaşı qəflətən dünyasını dəyişmişdir. Hazırda o, qanun üzrə vərəsədir, bu barədə ona şəhadətnamə də verilmişdir, yoldaşı təxminən 1990-cı illərdən un alıb satmaqla, çörək sexlərinə verməklə məşğul olmuş, evdə həmişə ona demişdir ki, X qəsəbəsində Cavabdeh 90.000 manat borcu vardır, onun X qəsəbəsindəki un sexinə vermişdir, lakin bu gün sabah edərək pulu ödəməkdən yayınmış, iş dəftərində də bu barədə qeyd olunmuşdur. Həyat yoldaşının müraciətindən sonra dəfələrlə pulu istəsə də, hər dəfə verəcəyini bildirərək, borcu qaytarmaqdan yayınmış, hətta onunla telefon danışıqlarında səsini də yazmış, bildirmişdir ki, həyat yoldaşına 90.000 manat yox, 68.575 manat borcu vardır və tez bir zamanda qaytaracaqdır O, məcbur olub Bakı şəhəri BPİ-nəşikayət ərizəsi yazmışdır. Belə ki, yoldaşı yaşadıqları evi Dəvəçi un dəyirmanına girov qoyaraq un götürüb paylamış, həmin vaxt dəyirmana 60000 manat borcu qalmışdır. Həmin borc hələ də qalmışdır. Baş Polis İdarəsində cavabdeh həmin borcdan 8000 manatı ödəmişdir, hazırda 60000 borcu qalmışdır, xx.xx.2021-ci il tarix ində Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin “Cinayət işinin başlanılması haqqında” Qərar qəbul edilmiş, cavabdeh özü izahat verərək 60000 borcu olduğunu bildirmişdir. Bundan başqa cavabdeh borcu qaytarmağı gecikdirdiyi üçün həyat yoldaşının vəfat etməsindən sonra bir il üçün 60000 manat qalmış borcun 5 faizini vurduğu zərərə görə 3000 manat ödəməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının həyat yoldaşı ilə 14-15 il bundan əvvəl tanış olaraq iş birlikləri olmuşdur, müxtəlif vaxtlarda ona un məmulatı vermiş, o isə onun pulunu qaytarıb yeni un məmulatı almışdır, bir müddət keçdikdən sonra iddiaçı Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmiş, güya onun həyat yoldaşına 68.575 manat borcunun olmasını bildirmişdir, hətta izahatında bildirmişdir k i, onun yoldaşı ilə 10 il ticarət etmişdirlər, bundan sonra iddiaçı Polis Bölməsinə müraciət edərək, ondan 90.000 manat pul tələb etmişdir, bu zaman bölmədə təhqiqat aparılmış təhqiqat zamanı da bildirmişdir ki, iddiaçının həyat yoldaşı tərəfindən ona verilmiş un məmulatlarının istifadəyə yararsız olduğu səbəbindən vermiş olduğu un məmulatının böyük hissəsini iddiaçının yoldaşına İ.Təhməzova qaytarmışdır, həmin borcun bir hissəsini yəni 38.000 manatlıq hissəsində un məhsulunu İ.Təhməzovun özünə qaytarmışdır, 30.575 manat borcu qaldığını bildirmişdir, həmin borcdan iddiaçıya 8000 manat da qaytarmışdır, təhqiqat materiallarında açıq aşkar göstərilmişdir, hazırda ümumilikdə iddiaçının mərhum həyat yoldaşına 22575 manat borcu qalmışdır, yaxın zamanda da ona olan borcunu ödəməyə çalışacaqdır. B akı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 yanvar 2022-ci il tarixli, 2(011)-173/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh əsas borc kimi 60000 manat, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 3000 manat faiz borcu, ümumilikdə 63000 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh əvvəllər İ.Təhməzovdan 68.575 manat məbləğində un məmulatı aldığını etiraf etdiyindən, bundan geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair də sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbinin “illik 5 faiz olmaqla 3000 m anat məbləğinin ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, borc məbləği xx.xx.2020-ci il tarixdən əvvəl yarandığından və bu məbləğ iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxta qədər ödənilmədiyindən, o, “gecikdirilmiş vaxt üzrə illik faiz tutulması” barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, həmin məbləğin həddinə münasibətdə isə qeyd etmişdir ki, gecikdirilmiş müddət dövrü 1 ildən çox olmasına baxmayaraq, iddiaçının tələb etdiyi faiz məbləği “60000 manat borc məbləğinin illik 5%-ni təşkil edən 3000 manat” həddində olduğundan, bu məbləğin gecikdirilmiş vaxt üzrə faiz borcu kimi müəyyən olunması mümkündür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 427.2, 442, 443.1, 445.7, 448.1, 449.1, 449.4, 600.1, 600.4, 600.5, 739.1-ci maddələri, habelə Mülki Prosessual Məcəllənin 107, 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya 38600 manat borcdan 14800 manat qaytarmış və qalan məbləği də qaytaracağını bildirərək öhdəliyin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. 60.000 manat məbləğə münasibətdə borc müqaviləsi olmamış, bu norma yalnış tətbiq edilmiş, borc müqaviləsi üzrə 22575 manat borc qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-5810/2022 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi, E.Həsənov və V.Sadıqov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 470.1, 472.1, 472.2, 477.0.1, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 218.3, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etir azın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh (Vəkil2 oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdeh iddiaçıdan aldığı 38600 manatın 14800 manatını ödəmişdir. Bu faktı məhkəmənin diqqətinə çatdırmış, qalıq məbləğin ödənilməsindən boyun qaçırmağını da qeyd etmişdir. Belə ki, cavabdehin sözü gedən pul vəsaitinin xeyli hissəsini ödəməsi öhdəliyindən boyun qaçırmadığını bir daha təsdiq edir. İddiaçının qeyd etdiyi pul məbləğinin bütövlükdə 60000 manat olması məhkəmədə sübuta yetirilməmişdir. Kassator, şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 739-cu mad dələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla on dan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəa liyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi v ə prosessual hüquq normalarının tələblərini pozduğunu, iddia olunan məbləğdə borcunun olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür və iddiaçı onun arvadıdır. xx.xx.2020-ci il tarixli “Qanun üzrı vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən iddiaçı mərhum X1 vərəsəsidir. Hazırda iddiaçı, məhkəməyə müraciət edərək 2020-ci ilin may ayında vəfat etmiş əri X1 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində çörək sexi işlədən cavabdehə un məmulatları verdiyini, lakin cavabdehin borclu qaldığı 60.000 manat pulu bu vaxtadək ona qaytarmadığını iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci ins tansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, cavabdeh əvvəllər mərhum XX 68.575 manat məbləğində un məmulatı aldığını etiraf etdiyindən, bundan geri qaytarmalar və ya ödənişlərin aparılması barədə hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin, mülki iş materiallarına bununla bağlı sübutlar əlavə edilməmişdir və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbinin “illik 5 faiz olmaqla 3000 manat faiz ödənilməsi” hissəsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, borc məbləği xx.xx.2020-ci il tarixdən əvvəl yarandığından və bu məbləğ iddiaçı xx.xx.2021 -ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxta qədər ödənilmədiyindən, o, “gecikdirilmiş vaxt üzrə illik faiz tutulması” barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, həmçinin sözügedən məbləğin həddinə münasibətdə isə qeyd etmişdir ki, gecikdirilmiş müddət dövrü 1 ildən çox olmasına baxmayaraq, iddiaçının tələb etdiyi faiz məbləği “60000 manat borc məbləğinin illik 5%-ni təşkil edən 3000 manat” həddində olduğundan, bu məbləğin gecikdirilmiş vaxt üzrə faiz borcu kimi müəyyən edilməsi mülki materiallarına tam uyğundur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apel lyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-5810/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar