Məhkəmə qərarları › İş №2(102)-6916/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-6916/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6916/2022 30.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(105)-1548/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-2/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2014-cü il tarixli, L-KN0028184-F saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4304,68 ABŞ dolları əsas və 942,89 ABŞ dolları faiz olmaqla, cəmi 5247,57 ABŞ dolları borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 20 manat dövlət rüsumunun iddiaçı BOKT İddiaçı xeyrinə tutulması q ət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(105)-1548/2022 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(012)-2/2022 nömrəli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Həmin qətnamədən Cavabdeh3 tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamış, habelə qanunla müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkə mələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin təl əbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. İlk olaraq qeyd ol unmalıdır ki, kassasiya şikayətində kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasına istinad etməmiş, Mülki Prosessual Məcəlləsinin 149 və 418-ci maddələrinin dispozisiyalarını köçürərək, qətnamədə həmin prosessual normaların pozulmasını göstərmiş, lakin həmin normanın pozulmasının hazırki işdə konkret nədə ifadə olması, hazırki mübahisəyə aidiyyəti və qətnamənin ləğvi üçün nə kimi əsas olmasını göstərilməmişdir. Bununla da, kassator tərəfindən MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 07 oktyabr 2022-ci il tarixdə cavabdehin nümayəndəsi, Vəkil1 (order və etibarnamə i.v. 121-122) “Elektron Məhkəmə” İnformasiya Sistemində olan kabinetinə yerləşd irilmiş, hazırki kassasiya şikayəti isə MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla, 16 dekabr 2022-ci il tarixdə verilmiş və buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət olunmamışdır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi, habelə kassasiya şikayətinin məzmunu mülki prosessual qanunvericiliyin tələblərinə zidd olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2(105)-1548/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar